Bildirişlər
1. Küfrü aradan qaldırmaq üçün küframiz sözləri nəql etmək olar.
2. Müxaliflərin baxışlarını nəzərdən keçirib rədd etməklə möminləri sığortalayın.
3. Məadı inkar edənlərin iddiaları əsassızdır, onların heç bir dəlili yoxdur.
4. Küframiz sözlərə sərt cavab verilməlidir.
5. Allahın məhdudiyyətsiz elmi əhatəsi Qiyamətin gerçəkləşəcəyinə sübutdur.
6. Qiyamət vaxtı qeybə aid məlumatlardandır.
7. Qiyamət sorğusu Allahın sonsuz elminə əsaslanır.
8. İlahi elmdə əşyaların böyük-kiçikliyinin fərqi yoxdur. (Kiçik bir mıx və uca bir qalaya baxmağın göz üçün fərqi yoxdur. Allahın elmi kiçik və böyük əşyaları eyni dərəcədə əhatə edir.)
Ayə 4:
﴿لِيَجْزِيَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُوْلَئِكَ لَهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ﴾
“(Qiyamət sorğusu ona görədir ki) iman gətirib saleh işlər görənlər mükafatlandırılsın. Əfv və gözəl ruzi onlar üçün qərar verilib.”
Dostları ilə paylaş: |