Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,22 Mb.
səhifə305/621
tarix10.01.2022
ölçüsü1,22 Mb.
#108478
1   ...   301   302   303   304   305   306   307   308   ...   621

● Ayə 6:


﴿يَرِثُنِي وَيَرِثُ مِنْ آلِ يَعْقُوبَ وَاجْعَلْهُ رَبِّ رَضِيًّا﴾

(Pərvərdigara! Mənə elə bir canişin əta et ki,) mənə və Yaqub nəslinə varis olsun. Pərvərdigara! Onu bəyənilmiş qərar ver.”



● Ayə 7:


﴿يَا زَكَرِيَّا إِنَّا نُبَشِّرُكَ بِغُلَامٍ اسْمُهُ يَحْيَى لَمْ نَجْعَل لَّهُ مِن قَبْلُ سَمِيًّا﴾

(Allah-təala buyurdu:) Ey Zəkəriyya! Biz səni Yəhya adlı bir oğlan övladı ilə müjdələyirik. Əvvəllər kimsəyə onun adını qoymamışıq.”



● Ayə 8:


﴿قَالَ رَبِّ أَنَّى يَكُونُ لِي غُلَامٌ وَكَانَتِ امْرَأَتِي عَاقِرًا وَقَدْ بَلَغْتُ مِنَ الْكِبَرِ عِتِيًّا﴾

(Zəkəriyya) dedi: «Pərvərdigara! Zövcəm sonsuz, mən isə qoca və zəif ikən oğlum necə ola bilər?»”



Nöqtələr


● Quran ayələrində irs dedikdə bəzən elm, bəzən hökumət nəzərdə tutulur.1 Amma xüsusi bir dəlil olmadıqda irs sözü mal-mülk kimi başa düşülməlidir. Hazırkı ayələrdə “yərisuni” dedikdə atadan irs ötürən övlad nəzərdə tutulur.1

● Peyğəmbər (s) buyurmuşdur: “Allahın mömin bəndələrinin mirası atanın ölümündən sonra Allaha ibadət edəsi saleh övladdır.” Sonra həzrət bu ayəni tilavət buyurdu.2

● “Rəziyy” sözü həm Allahın, həm də xalqın sevimlisi olmaq mənasını bildirir. Allahın insandan və insanın Allahdan razılığı məqamların ən üstünü və ən əzəmətlisidir.

● “Min qəblu səmiyya” cümləsi iki cür anlaşıla bilər: Həmin vaxtadək kimsəyə Yəhya adı qoyulmamışdır və ya bu sayaq xüsusiyyətlərə malik şəxsiyyət olmamışdır.

● “İtiyya” dedikdə həddi keçmək başa düşülür və qocalıq səbəbindən qəddi qurumuş şəxs belə adlandırılır.

● Zəkəriyya soruşur ki, onlar cavanlaşacaqlar, yoxsa elə pir yaşında övlad sahibi olacaqlar?3 Bəli, peyğəmbərlərin də biliyi məhduddur. Nəyəsə təəccüb etmələri onların peyğəmbərlik məqamına zidd deyil.

● İmam Baqir (ə) buyurur: “Övlad müjdəsindən Yəhyanın dünyaya gəlişinədək beş il vaxt ötdü.4


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   301   302   303   304   305   306   307   308   ...   621




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin