● Bildirişlər
1. Səmavi kitablar gələcəkdən də xəbər vermişdir.
2. Yəhudi qövmünün keçmişi Tövratda da qeyd olunmuşdur.
3. Fəsadın insan həyatına, mədəniyyətə, iqtisadiyyata, hərbi işlərə və siyasətə aid növləri var.
4. Üstünlük istəyi və yer üzündə fəsad dünyapərəstlərin xislətlərindəndir.
5. Təkəbbür üzərində qurulmuş və təkrarlanan fəsad daha təhlükəlidir.
6. Bəzən müstəzəflər (zəif düşmüşlər) də təkəbbürə uğrayırlar.
● ayə 5:
﴿فَإِذَا جَاء وَعْدُ أُولاهُمَا بَعَثْنَا عَلَيْكُمْ عِبَادًا لَّنَا أُوْلِي بَأْسٍ شَدِيدٍ فَجَاسُواْ خِلاَلَ الدِّيَارِ وَكَانَ وَعْدًا مَّفْعُولاً﴾
“İlk fitnə vədi yetişdiyi vaxt qüvvəli və cəngavər qullarımızdan bir dəstəsini (sizi yerinizdə oturtmaq üçün) ayağa qaldırarıq. Evlərinizin içini axtararlar (ki, fitnəkarları tapıb cəzalandırsınlar). Bu, qəti bir vəddir.”
● Quran Bəni-İsraildən olan fəsadçıların kimin tərəfindən məhv ediləcəyini bildirmir. Amma təfsirlərdə qeyd olunur ki, nəzərdə tutulan Buxtun-Nəsr, Talut, Rum padşahı, Hitler və başqalarıdır. Amma bu açıqlamalar qiyamət və peyğəmbərlərin besətinə münasibətdə işlədilmiş “bəəsna” (“ayağa qaldırarıq”) müqəddəs sözünə uyğun gəlmir. Ola bilsin ki, nəzərdə tutulan məsələ gələcəyə aiddir.
Dostları ilə paylaş: |