Nöqtələr
Quranda Allaha qarşı iftira ilə bağlı danışılarkən xalqın Allaha ünvanlanmış xəyali vəsfi nəzərdə tutulur. Quranda buyurulur: “Vay olsun sizə vəsfinizə görə.”1 Başqa bir ayədə oxuyuruq: “Allah tezliklə onların vəsfinin cəzasını verəcək.”2 Hazırkı ayədə isə belə buyurulur: “Allahdan sizin vəsflərinizə görə kömək istəyirəm.”
Bildirişlər
1. Bəzən inadkarlıq elə bir həddə çatır ki, aləmlərə rəhmət olan Peyğəmbər (s) nifrin etməyə məcbur olur.
2. Düşmənlərin inadkarlığı qarşısında Allahdan yardım alaq.
3. Duaya “Rəbb” sözü ilə başlayaq.
4. Rübubiyyət və mühakimə arasında yaxın bağlılıq var.
5. Hər şeydən xəbərdar olan mütləq alimin mühakiməsi haqdır.
6. Düşmənlərə münasibətdə də həddi aşmayaq. Artıq cəza istəməyək.
7. Hətta nifrin və cəza istəyərkən rəhməti yaddan çıxarmayaq, hamı üçün həmişəlik ümid bacası qoyaq.
8. Böhtanlar və hədyanlar cavabsız qalmayacaq. Unutmayaq ki, hər şey qeydə alınır. Tərif və tənqidlərimizə qarşı diqqətli olaq.
Dostları ilə paylaş: |