● İmam Sadiq (ə) niyyətdən və niyyətin ən üstün əməl olmasından danışarkən bu ayəni tilavət etmişdir.1
● “Şakilə” dedikdə insan ruhunun irsiyyət, tərbiyə, cəmiyyətin təsirindən formalaşmış şəkli nəzərdə tutulur. Bəziləri bu sözün fitrət mənasını bildirdiyini qeyd edir. Halbuki fitrət sabitdir. İnsanları bir-birindən fərqləndirən onların niyyəti, xisləti, adəti, düşüncə tərzi, ailə durumudur. Hər bir insanın əməli bu şərtlərlə müəyyənləşir.2
● Bildirişlər
1. İnsanın rəftarını müəyyənləşdirən onun düşüncəsi, ruhu və əxlaqıdır (məsəldə deyildiyi kimi, nə tökərsən aşına, o da çıxar qaşığına).
2. Rəftarlar insanın hal və adətlərindən qaynaqlandığı üçün yersiz xislətlərdən çəkinmək, əməllərin xasiyyətə çevrilməsinə imkan verməmək lazımdır.
3. Hidayət yolunun da dərəcələri və mərtəbələri var.
4. Niyyət üstün olduqca hidayət də yaxın olur.
● ayə 85:
﴿وَيَسْأَلُونَكَ عَنِ الرُّوحِ قُلِ الرُّوحُ مِنْ أَمْرِ رَبِّي وَمَا أُوتِيتُم مِّن الْعِلْمِ إِلاَّ قَلِيلاً﴾
“Səndən ruh haqqında soruşurlar. De ki, ruh Rəbbimin işlərindəndir (Ona aiddir). Sizə yalnız az bir bilik verilmişdir.”
Dostları ilə paylaş: |