● Bildirişlər
1. Var-dövlətin düzgün olmayan istiqamətdə xərclənməsi şeytani işdir və bir növ nankorluqdur.
2. İsraf əhli təriflənməməli, əksinə məzəmmət olunmalıdır.
3. Mömin möminə qardaşdır.2 İsrafçılar isə şeytanla qardaşdırlar.
4. İsraf səxavət yox, naşükürlük nişanəsidir.
● ayə 28:
﴿وَإِمَّا تُعْرِضَنَّ عَنْهُمُ ابْتِغَاء رَحْمَةٍ مِّن رَّبِّكَ تَرْجُوهَا فَقُل لَّهُمْ قَوْلاً مَّيْسُورًا﴾
“Əgər Rəbbindən gözlədiyin bir mərhəmətin intizarı ilə onlardan üz çevirərsənsə, onlarla yumşaq danış.”
● Bu ayə xalqla münasib rəftar haqqındadır. Ona görə də Peyğəmbər (s) Allahdan qurtuluş və mərhəmət gözlədiyi bir vaxt istədiyini yerinə yetirmədiyi bir kəs üçün dua edir və buyurur: “Allah bizə və sizə Öz fəzlindən ruzi versin.”3
● Fatimeyi-Zəhra (s) ev işlərində kömək üçün Peyğəmbərdən (s) kəniz istədikdə həzrət buyurdu: “Məsciddə libası və yeməyi olmayan dörd yüz nəfər var. Əgər belə olmasaydı, sənə xidmətçi təyin edərdim.” Sonra Peyğəmbər (s) “Həzrət Zəhranın təsbihi” adlanan məşhur zikri öz qızına öyrətdi.4
● Quranda xalqla necə danışmağı aydınlaşdıran göstərişlər var. İnsan yumşaq, sadə, tutarlı, yaxşı və təmiz danışmalıdır.5
Dostları ilə paylaş: |