● ayə 37:
﴿وَلاَ تَمْشِ فِي الأَرْضِ مَرَحًا إِنَّكَ لَن تَخْرِقَ الأَرْضَ وَلَن تَبْلُغَ الْجِبَالَ طُولاً﴾
“Yer üzündə təkəbbür və lovğalıqla hərəkət etmə. Şübhəsiz, sən nə yeri yara bilər, nə də ucalıqda dağlara çata bilərsən.”
● ayə 38:
﴿كُلُّ ذَلِكَ كَانَ سَيٍّئُهُ عِنْدَ رَبِّكَ مَكْرُوهًا﴾
“Bütün bunların günahı Rəbbinin yanında bəyənilməmişdir.”
● Etiqadi, siyasi, hərbi və iqtisadi sahələrlə yanaşı evdən bayıra get-gəl kimi xırda məsələlərlə bağlı göstəriş verməsi İslamın hərtərəfli bir din olmasını göstərir. Məsələn:
a) Yol gedərkən orta həddi gözlə.2
b) Təkəbbür və lovğalıqla yerimə.
v) Yer üzündə aram və təkəbbürsüz hərəkət edənlər Allahın bəndələridir.1
q) Küçə və bazardan təkəbbür və dəbdəbə ilə keçən varlı Qarun tənqid olunur.2
● Peyğəmbər (s) hətta Məkkənin fəthi günü palansız bir ulağa süvar olmuşdu. İmam Həsən Müctəbanın (ə) çoxsaylı minikləri olduğu halda Məkkəyə piyada gedirdi. Bütün bunlar din övliyalarının təvazökarlığını göstərir. Həzrət Əli (ə) təvazökarlıqla yol getməyi müttəqilərin sifəti sayır.3
Dostları ilə paylaş: |