Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə107/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   103   104   105   106   107   108   109   110   ...   113

Bildirişlər


1. İlahi insanları unutmayaq, onların kamilliklərini nəql edək.

2. Səbir Allah tərəfindən təriflənilmiş bir xislətdir.

3. Səbir insanın ilahi rəhmətə qovuşması üçün zəmin yaradır.

4. İnsan ilahi sınaqlardan müvəffəqiyyətlə çıxdıqdan sonra dərəcə və məqam əldə edir.

5. İnsan saleh əməl sayəsində ilahi rəhmətdən bəhrələnir.

6. Səbir və salehlik peyğəmbərlik sifətlərindəndir. Bu sifətlərə malik insanda peyğəmbərlərdən nişan var.



● Ayə 87:


﴿وَذَا النُّونِ إِذ ذَّهَبَ مُغَاضِبًا فَظَنَّ أَن لَّن نَّقْدِرَ عَلَيْهِ فَنَادَى فِي الظُّلُمَاتِ أَن لَّا إِلَهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنِّي كُنتُ مِنَ الظَّالِمِينَ﴾

Zunnunu (Yunisi yada sal,) bir zaman qəzəblənib getdi düşündü ki, (rahatlığa çıxdı ) Biz onu sıxıntıya salmayacağıq. (Nəhəng) bir balıq onu kamına çəkdikdən sonra bu işin səbəbini anladı,) zülmət içində yalvardı ki, (Pərvərdigara,) Səndən başqa məbud yoxdur. Sən pak-pakizəsən. Həqiqətən, mən zalımlardan idim. (İtaətsizliyinə görə xalqdan qaçmamalıydım.)”



● Ayə 88:


﴿فَاسْتَجَبْنَا لَهُ وَنَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَكَذَلِكَ نُنجِي الْمُؤْمِنِينَ﴾

Duasını qəbul etdik, onu qəmdən qurtardıq. Biz, möminlərə bu sayaq nicat veririk.”



Nöqtələr


Təfsirlərdə həzrət Yunisin əhvalatı ilə bağlı bildirilir: Həzrət Yunis uzun illər xalqı allahpərəstliyə dəvət etdi, amma ona yalnız iki nəfər iman gətirdi. Onlardan biri abid, digəri alim idi. Belə bir vəziyyət yarandıqda abid Yunisə nifrin etməyi məsləhət gördü. Xalqın itaətsizliyi və inadkarlığından cana yığılmış Yunis nifrin etdi. Bəla nişanələri görünən vaxt Allahdan icazə almadan qəzəblənərək məntəqəni tərk etdi. O düşündü ki, rahatlığa çıxacaq. Amma bilmirdi ki, bu addımına görə Allah tərəfindən sıxıntıya salınacaq.

O, xalqdan uzaqlaşıb dəryaya üz tutdu. Başqa bir məntəqəyə getmək məqsədi ilə gəmiyə süvar oldu. Yol arası gəmi nəhəng bir daşa dəyib zədələndi və batmaq təhlükəsi yarandı.

Gəmi sahibləri qərara gəldilər ki, bu bəladan xilas olmaq üçün gəmidə olanlardan birini dənizə atsınlar. Püşk atıldı və püşkdən Yunisin adı çıxdı. Beləcə, Yunis dəryaya atıldı. Dalğaların qoynuna düşər-düşməz bir dəniz nəhəngi (iri bir balıq, balina) Yunisi uddu. Amma Allahın əmri ilə ilahi peyğəmbər nəhəngin qarnında hifz olundu.

Yunis balığın qarnındakı zülmətdə, suyun dərinliyində xalqı tərk etməklə bağlı zülmünü anladı. O günahını etiraf edib Allaha dua etdi və duası qəbul olundu. Yunis düşdüyü zülmətdən xilas edildi. Həmin hadisədən sonra ona “zunnun”, yəni balıq sahibi ləqəbi verildi.

“Saffat” surəsinin 143, 144-cü ayələrində buyurulur: “Əgər o təsbih edənlər zümrəsindən sayılmasaydı, Qiyamət gününədək balığın qarnında həbsdə qalardı.”

Bildirişlər


1. Tarixin bəyanında davamlı olaraq şirin və müvəffəqiyyətli hadisələrdən danışaq, acı hadisələrə sadəcə işarə edək.

2. Öz ilahi vəzifəmizi başa çatmış sayıb onu tərk etməyək.

3. Bəzən bir tələsik, hesabsız və icazəsiz hərəkət ağır cəza ilə nəticələnir.

4. Allah bizim düşüncələrimizdən və gümanlarımızdan agahdır.

5. Bəzən peyğəmbərlər gələcək hadisələrdən xəbərsiz olur.

6. Bir yersiz qəzəb bəzən ilahi peyğəmbəri çətinliyə salır.

7. Bəzən bir ləyaqətsiz əməl növbənöv zülmətlərə aparır.

8. Çətinlikləri araşdırarkən Allahı pak sayaq və çətinliyin səbəbini özümüzdə axtaraq.

9. Hərəkətlər, sevgilər və nifrətlər Allahın razılığına əsaslanmasa, xoşagəlməz nəticə ilə sonuclanır.

10. Allah qarşısında günahın etirafı özü bir kamillik və dua qaydasıdır.

11. Duada tövhid əqidəsi bəyan olunsa, Allah paklıqla yada salınsa, günah etiraf edilsə həmin dua qəbuldur.

12. Allahın təsbihi (paklığının bəyanı) və günahın etirafı çətinlik və məhrumiyyətlərdən qurtuluş rəmzidir.

13. Yeganə qurtuluş yolu Allahın razılığıdır.

14. Quran dastanları başa çatmış əhvalatlar yox, daimi bir cərəyan, sünnədir.

15. İman əhlinin qurtuluşu Allahın sünnəsi, qanunudur.

16. Uyğun zikrin nəzərdə tutulmuş halda deyilməsi insanı xilas edir.



● Ayə 89:


﴿وَزَكَرِيَّا إِذْ نَادَى رَبَّهُ رَبِّ لَا تَذَرْنِي فَرْدًا وَأَنتَ خَيْرُ الْوَارِثِينَ﴾

Zəkəriyyanı (yad et), bir zaman Rəbbinə belə dua etdi: “Pərvərdigara! Məni tənha buraxma. (Mənə varis olaraq övlad əta et əlbəttə ki,) Sən özün varislərin ən üstünüsən.”



● Ayə 90:


﴿فَاسْتَجَبْنَا لَهُ وَوَهَبْنَا لَهُ يَحْيَى وَأَصْلَحْنَا لَهُ زَوْجَهُ إِنَّهُمْ كَانُوا يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَيَدْعُونَنَا رَغَبًا وَرَهَبًا وَكَانُوا لَنَا خَاشِعِينَ﴾

Onun duasını qəbul etdik Yəhyanı ona bağışladıq. Zövcəsini onun üçün ləyaqətə çatdırdıq. Həqiqətən, onlar yaxşı işlərə tələsdilər, bizi ümid qorxu ilə çağırdılar, hüzurumuzda müti dayandılar.”



Nöqtələr


Peyğəmbərlər hər dəfə çətinliklə rastlaşdıqda Allah dərgahına üz tutmuş, Rəblərindən qurtuluş diləmişlər. Ötən ayələrdə uyğun istəklərdən bəzi nümunələrlə rastlaşdıq. (Ötən ayələrdə həzrət Nuhun, Əyyubun və Yunisin duaları ilə tanış olduq.)

İmam Hüseyn (ə) Peyğəmbər (s) Xəndək müharibəsi zamanı Allah dərgahına üz tutub belə ərz etdi: “Pərvərdigara! Sən Übeydə ibn Harisi Bədr günü, Həmzəni Ühüd günü məndən aldın. Bu isə Əlidir.” Sonra həzrət hazırkı ayəni oxudu.1

İmam Sadiq (ə) “Ümid və qorxu ilə” (“rəğəbən” və “rəhəbən”) ifadəsi haqqında buyurur: “Əlin içinin səmaya doğru tutulduğu hal rəğbət, əlin arxasının səmaya doğru tutulduğu hal rəhbətdir.”1


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin