Ofisdə Təhlükəsizlik Toplanma məntəqələri



Yüklə 16,45 Kb.
tarix10.06.2022
ölçüsü16,45 Kb.
#116816
Giriş təlimatı


Ofisdə Təhlükəsizlik
Toplanma məntəqələri (binada hardadırsa)
Elektrik avadanlıqları ilə iş; slip, trip, fall – sürüşmə, ilişmə, yıxılma
Ofisdə first aid kitlər hardadı? Onlardan kim istifadə edə bilər?
Yanğın zamanı nə etmək lazımdır? Təxliyyə planı necədir? Yanğınsöndürmə balonları hardadı? Onlardan kim istifadə edə bilər?
Erqonomika (stulda necə oturmaq, yorulanda nə etmək, kompüter hara, necə, hansı bucaq altında yerləşdirilməlidir?)
Föqəladə hal zamanı kontakt nömrələr 103, 102, 112 + yanğın söndürmə komandası (binanın özününkü) + SƏTƏM üzrə məsul şəxs - əlaqə nömrələri
Ofisdə hansısa qəza, near miss olarsa ilk nə etməli, necə report etməli

Giriş təlimatı nədir?
Giriş təlimatı: İşə yeni qəbul edilən və ya müəssisəyə ezam edilən fəhlə və qulluqçular məcburi qaydada təhlükəsizlik texnikası üzrə giriş təlimatı almalıdır.
Başqa sözlə desək, giriş təlimatının məqsədi, sahəyə yad adam daxil olanda onu məlumatlandırmaqdır. Giriş təlimatının keçirilməsi xüsusi jurnalda və fəhlənin şəxsi kitabçasında qeyd olunmalıdır.

1. Əməyin mühafizəsi haqqında qanunvericilik: - müəssisənin bütün obyektlərində tətbiq olunmuş daxili əmək intizamı qaydalarını öyrənmək və ona riayət etmək;


iş vaxtını (işə vaxtında gəlmək və getmək, nahar yeməyinə vaxtında çıxmaq) pozmamaq və bu tələbləri yerinə yetirmək.

2. Təhlükəsizlik texnikası (TT): - ancaq sizə həvalə olunmuş işi təhlükəsiz üsullarla yerinə yetirə biləcəyinizə əminsinizsə yerinə yetirin;


əgər işin təhlükəsiz olmasına inanmırsınızsa onda ƏM və TT üzrə mühəndisə, briqadirə, ustaya və ya iş icraçısına müraciət edib işin təhlükəsiz aparılmasına aydınlaşdırın.
Müəssisənin ərazisində ehtiyatlı olun və yadda saxlayın ki:
-sizdən başqa bu ərazidə bütün tikinti nəqliyyatları, yükqaldırıcı mexanizmlər və başqa hərəkət edən avadanlıqlar hərəkət edir;
-qazılmış yerlərdən tullanmaq olmaz, xüsusi keçid üçün hazırlanmış yerlərdən keçmək lazımdır;
- ərazidə keçidləri və yolları keçərkən nəqliyyatdan ehtiyatlı olun;
- ƏM və TT üzrə mühəndisin, sahə (obyekt) rəisinin, iş icraçısının və ya ustanın icazəsi olmadan başqa sahələrə (işlə əlaqədar deyilsə) getmək olmaz;
- iş vaxtı başqa işlə məşğul olmaq və başqalarına da mane olmaq qadağandır;
- iş yerləri işıqlı olmadıqda işləmək olmaz;
- İş yerlərində gözlərə zərər gətirən işlər apardıqda, gözə qoruyucu eynəklər geyinilməlidir;
- pilləkənlərdən çıxarkən tutacaqlarından tutun;
- qoruyucu dəbilqəni iş vaxtı çıxarmayın; - işıqsız olan iş yerlərinə girməyin və işləməyin;
Sizinlə və iş yoldaşlarınızla bədbəxt hadisə baş verərsə dərhal iş ustasını və sahə rəisini xəbərdar etmək və yaxınlıqdakı tibb məntəqəsinə müraciət etmək lazımdır.
3. İstehsalat sanitariyası:
- sağlamlığınıza təsir göstərən zərərli istehsalat faktorlarını bilməlisiniz;
- işə başlamamazdan əvvəl iş yerlərinin təmiz olmasını yoxlayın;
- iş yerlərinin havasının təmizliyini təmin edin;
- titrəyiş verici işlərdə işlədikdə, işdən sonra əllərinizi isti su ilə yuyun və ancaq xüsusi əlcəklərlə işləyin;
- bərk səs-küy olan işlərdə qulaqlarınıza xüsusi qulaqcıq geyinin;
4. Yanğın təhlükəsizliyi.
- iş yerlərində siqaret çəkmək qəti qadağandır, bunun üçün xüsusi ayrılmış yerlər olmalıdır;
- yanğınla əlaqədar işlər aparıldıqda, yanğın söndürmə vəsaitlərində istifadəni bilmək lazımdır;
- təhlükəli ərazilərdə ocaq yandırmaq qadağandır;
- yanğınla əlaqədar işlər aparıldıqda, xüsusi icazə və razılıq olmalıdır;
- yanğın baş verdikdə təcili olaraq sahə, obyekt rəhbərliyinə xəbər etmək və həyacan siqnalı vermək lazımdır;
- yanğın baş verərkən sahə, obyekt ərazisindən qəza çıxış planına uyğun ərazini tərk etmək lazımdır.
5. Zədələnmiş işçiyə ilkin yardım.
- ilkin yardım göstərmək üzrə təlimatı bilmək lazımdır;
- fərdi dərman qutusundan istifadəni bilməlisiniz;
- bədbəxt hadisə baş verdikdə ilkin yardım göstərin və yaxınlığdakı tibb məntəqəsinə müraciət edin.
6. Fərdi mühafizə vasitələri.
Fərdi mühafizə vasitələri aşağıdakılardır:
Dəbilqə, eynək, qulaqcıq, dielektrik xalça, respirator, qoruyucu əlcəklər, kəmər, çəkmə, elektrik qaynaq lövhəsi və s.
7. Fərdi mühafizə vasitələrinin saxlanması.
- istisimarda və ehtiyyatda olan fərdi mühafizə vasitələrinin saz və yararlı vəziyyətdə olmaları üçün onlar quru və təmiz yerdə saxlanmalı, mexaniki təsirlərə məruz qalmamalıdır;
- rezindən olan qoruyucu vasitələr bağlı otaqlarda saxlanılmalı, xüsusi şkaflara qoyulmalı, yeşiklərdə qablaşdırılmalıdır. Onlar yağlardan, benzindən, günəş şüalarından qorunmalıdır;
Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin