بچهره ریخت سنبل پرپیچ تاب را ،
در حلقه کمند نگر آفتاب را.
Çöhrəsinə tökdü qıvrım, parlaq saçları,
Kəməndin halqasında günəşə nəzər et.
Çün dilarami-kəbki-xüramanın nəzəri cəvanın cəmali- ədimülmisalinə düşdi, bədihətən bu əbyati oxudi.
Beyt:
یار با سلسله زلف گرهگیر آمد،
دل دیوانه خبر باش که زنجیر آمد.
تیر مژگان به کمان و به کمین زلف کمند،
ترک خونخوار من امروز به نخجیر آمد.
شب همه تا به سحر بود خیالش بنظر،
صلح طالع شد و تدبیر به تقدیر آمد.
Yar buruq saçları ilə gəldi.
Dəli ürək bil ki, qəm-qüssə gəldi.
Kaman qaşları zülfün kəmininə kəmənd vurdu.
Mənim qaniçən türküm (gözəl) bu gün ova gəldi.
Gecə sübhədək xəyala dalmış idi,
Sübh açıldı və tədbir alındı.
Ərus çün tavusi-məst damadın hüsni-cəmalın müşahidəsindən təməttö`i-ruh aparurdı. Nagah cəvanun nəzəri dilarama düşdi. Bu beyti oxudı.
Beyt:
به چهره پرورد آنماه زلف مشکینرا،
که آفتاب دهد ترتیب ریاحین را.
Ay üzlü qara zülfünü üzünə tökdü
Ki, günəş saçların oxşasın.
Dilaram cavabında dedi:
Beyt:
شرفیاب حضور بزم جانانم سعادت بین
شهی را با گدای التفات بی نهایت بین.
بدل گفتم که کاش از لعل لب یک بوسه ام بخشد.
به ابرو گفت می بخشم اشارت بین بشارت بین.
Məclisi şərəfləndirməyi özünə səadət bil, cananım,
Şahın gədayə iltifatını saysız gör.
Ürəyimə dedim ki, kaş ləbinin ləlindən bir busə
bağışlasın,
Qaşına dedi:- Bağışlayaram işarə eylədi və müjdə verdi
Ta bir saat söhbətə məşğul olub, bir-birindən ləzzəti-ruhani apardilar. Çün məclisi-söhbət təmamü şərbəti-vüsal zəhri- məcranə əncam oldı. Aləmi-vidada dilaram ərz eylədi:
Beyt:
در عهد ما به کشور دل دست دست تست،
در شهر ما بلای سیه چشم مست تست.
در ملک دل چو یوسف مصری نشسته،
بنشین عزیز من که مقام نشست تست.
Ədimizdə qəlb məmləkətində əl sənin əlindir.
Bizim şəhərdə qaragözlü bəla sənsən.
Qəlb mülkündə Misirli Yusif kimi oturmusan,
Əyləş əzizim ki, əyləşmə məqamı sənindir.
Cəvan cəvabında həmin şeri oxudı.
Beyt:
خرم دلم که گنج به ویرانه می برم.
Ürəyim şaddır ki, xəzinəni viranəyə aparıram.
Öz mənzilinə müraciət qıldı. Məhzi-vürud qazi ilən məclisi- əqd münəqid olub, ərusi cəvanə tapşurdilər. Və bir-birindən kami-dil hasil qılub, eyş-işrətə məşğul oldilər. Düzd axər öz hüsni-tədbir və kəmali-binəziri səbəbindən kövkəbi bəxti- həzizdən övci-əlayə intiqal salub, kamrani-məratibü mənsəbi-məvacib təhsil qılandan sonra mütəəlqayətin və pədərü madərin izzəti-təmamü hörməti-malakəlam ilən həman vilayətə götürüb baqiyyə ömrlərin istirahət ilən keçürdilər.Bu dastani-qəribə və hekayəti-əcibə olsa da, ərəzi-ruzigarda yadigar qaldı.
Katib qeydi: Əsəri fars dilindən tərcümə edən və katibi Məhəmməd Qasım Qudyali Azərbaycani. 1263-cü ildə Salyanda köçürülmüşdür.
Ərəb və fars mənşəli sözlərin lüğəti
|
-A-
arastə - bəzənmiş
ariz – yanaq
azim – yola düşən
-B-
babət – xüsusi, barə
badisərsər – soyuq külək
badiyənəvərd – səhrada dolaşan
bala puşi – üst geyimi
bam – dam
bədiəl cəmal – gözəl
bəşarət – şad xəbər
bəyyinə - dəlil, sübut
beşkən – sındır
bidiriğ – yazdığı gəlmədən
bidət – küfr
bişümar – saysız
bilittifaq – birlikdə
bimürvətlik – insafsızlıq
bineyl – məqsədə nail olmama
biniyaz – ehtiyacı olmayan
birun olmaq – çıxmaq
biyabannişin – səhrada yaşayan
buy – iy
buqə - ölkə; torpaq
bülənd oldu – yüksəldi
burəhnə - çılpaq
-Ə-
əbginə - şüşə
əbrişəm – barama
əcz - acizlik
əda etmək – yerinə yetirmək
ədimülmisal – tayı bərabəri olmayan
əhbab – dost
əhdas – yaranma
əhvalpürsanlıq – hal-əhval tutma
əhsənülhal – vəziyyətin gözəlliyi
əkrad – kürdlər
əqd – nigah, kəbin; bağlama
əqdəs - ən müqəddəs
əlam - əlamət
əlamacəri – tam təfsilatı ilə
ələlsabeh – sübh çağı
əlbab – ürəklər; ağılar
əlhacət dərgahı – Allahdan bir şey diləmək
əlxəfiyyat – gizli işlər
ənadil – bülbüllər
ənbərsereştən – bərsaçan, ənbər xilqətli
əncampəzir – yerinə yetirilmiş
əndək-əndək – az-az
əşk – göz yaşı
ətsə vurmaq – asqırmaq
-X-
xan – süfrə
xarəngiz – tikan kimi
xərbizə - yemiş
xəşm – qəzəb
xunxar – zalım
xüram – naz ilə hərəkət etmə
xürdə - xırda, incə
-İ-
iblaq – çatdırma, yetişdirmə
ictinab – çəkinmə
inkisar – tabe
intiqal salmq – keçmə; yerini dəyişmə
istehlal – verilən söz, and, vəd
istima – dinləmə
istiğasə - yalvarıb-yaxarma
istixbar qılmaq – xəbər bilmək
istixlas – xilas olma
istihar – məşhur
-K-
kar – iş
kəbir – böyük
kəbk – kəklik
kəffarə - günahın bağışlanması üçün dini vəziyyət
kəkiləfşan – saçın dağınıqlığı
-M-
madərzad – anadangəlmə
malakəlam – sözlə ifadə edilə bilməyən
manehal – çətinlik yaratma, əngəl olma
mayəhtac – gərəkli şeylər
məcruh – yaralanmış
məhal – burada: iş
məhlikə - təhlükə
məhliqa – ay üzlü
məxlut – qarışmış
məng – burada: aradan qalxma
mərğüb – sevilən, bəyənilən
mərbut – bağlanmış; aid, mənsub
mərkəb – minik heyvanı
mərrix – Mars planeti
məsdud – bağlı
məsmu – eşidilmiş
məstucəb – xahişi qəbul olunan
məstur oldu – gizləndi
məşhun – dolu
mətin –möhkəm
məyyitə - meyit
məzmum – danlanmış, məzəmmət olunmuş
Mina xakı – Məkkə şəhərində olan yer adı
mivəçinlik – meyvə yığma
mukünan muyəkünan – ağlaya-aglaya
müzahim – zəhmət verən
-N-
nadidə - görmədən
narəsidə - hələ kama çatmamış
nədim – gözəl hekayələr danışan adam
nəhs – uğursuz
nikusurət – gözəl, gözəl üzlü
nisfül leyl – gecə yarı
nizul – nazil olma
nücum – astronomiya
nümudar – görünən, zahir olma
-Ö-
övsaf – vəsflər
-P-
pey – ardınca
peyğam – xəbər
pərhizkar – çəkinən
pəsəndidəsurət – surəti bəyənilmiş
pirastə - bəzənmiş
pürxətər – təhlükəli
-T-
teyyib – yaxşı, gözəl
təaqüb – bir-birinin ardınca
təcdid – təzələmə
tə`dad etmək – sadalamaq
təfaül etmək – fal açma
təfəhhüs – diqqətlə araşdırma
təfzih – biabır etmə
təhəmmül – səbr, dözüm
təxvis – təhvil
təkəllüm – söhbət
təla – qızıl
təlx – acı
təməttö aparmaq - əylənmə, həvəs etmək
təmhid – burada: tədarük
tənavül etmək – yemək-içmə
tənab – ip
tərrən – bütünlüklə
təvəqqüf – dayanmaq, durma
təzərv – qırqovul
tiğ – qılınc
tövzih - izah etmə
tülu – doğma, çıxma (günəş haqqında)
|
-C-
camə - paltar
canib – tərəf
cöv – aclıq
cübbə - üst geyim növü
-D-
danişmənd – alim
dəfətən – birdən-birə; birdəfəlik
dəstgir – dustaq edilmiş, tutulmuş
didə - göz
dihat – kəndli
dilculuq – nəvaziş göstərmək
dilgir – qəmli
dilkəş – üzək istəyən; sevgili
dimaq – burun
dirazquş – uzunqulaq
dübarə - ikinci dəfə
dürüq – doğru
-E-
ehtimam – səy, çalışma
-F-
faxir – gözəl
fariq – boş, asudə
farüğülbal – asudə, rahat
fazil – yüksək əxlaqlı
fəmən yəməl – bir kəs, yaxşılıq etsə
fəramuş – unutma
fərəhnak – sevincək
fərzənd – övlad
fəsihlisan – fəsahətli dili olan
fəvaki – meyvə, bəhər
filfövr – dərhal
fövt - əldən vermə; geçib getmə
-G-
gərdən – boyun
guhərbar – gövhər bəxş edən
gülfam – gülkimi
-H-
həmcəlis – yoldaş
hərəm - ərli qadın
həvalə qılmaq – tapşırmaq
həziz – ən aşağı, alçaq yer
hoda – doğru yol
kələndam – iri cüssəli
kəminkin – pusqu yeri
kəşti – gəmi
kəvakib – ulduzlar
kəzlək – bıçaq
kizb – yalan
kunə-kunə - növbənöv
künh – bir şeyin sonu, ən son nöqtəsi
-Q-
qafilə - karvan; atlılar dəstəsi
qaim – ayaq üstə duran; namaz qılan
qəbalə - qəbz
qəvi – güclü
qət – kəsmə
qəttaültəriq – yolkəsən, oğru
qəssal – mürdəşir, ölü yuyan
qılaf – qın
qurestan – qəbirsanlıq
qürfə - otaq
qüdum – uzaq yoldan gəlib çıxma
-L-
labəkarlıq – yalvarmaq
layələm – cahil
ləfz – deyiliş, tələffüz
ləhm - ət
ləmhə - gizlicə nəzər salma; an
lüxt – üryan, çılpaq
murçə - qarışqa
mübəddəl - əvəz edilmiş
mühərrik – hərəkətə gətirən; qızışdıran
mühəyya – hazırlanmış, tədarük edilmiş
mühib – sözündə duran adam, sadiq
müqəddər – miqdarı müəyyən edilmiş
müqəddər – yaxın
münim – səxavətli; varlı
münkər – inkar
müraciət qılmaq – qayıtmaq
mürasilə - yazışma, məktub
mərğzar – çəmənlik
mürtəkib olmaq – günaha əl atmaq
mürur – keçmə, ötmə
müsafihə - əl verib görüşmə
müsəddə - dərd verən
müstəhəq – haqlı olan
müstəme – qulaq asanlar
müşərrəf olmaq – vidalaşmaq
mütalibə qılmaq – haqqıni tələb etmə
mütəfərriq – dağınıq
mütəqəyyir - əsəbləşmək
mütəhəkkim – hakim olan
mütəhəyyir – çaşmış
müttəsil – ardıcıl; daimi
müvacihətən - üzbəüz
-R-
rəxtxab – çarpayı
rəml çəkmək – fala baxmaq
rəncidə etmək – incitmək
rida - əba
rüğən – yağ
-S-
sail – dilənçi
saimül nəhar – gündüz oruclu olan
samit – səssiz
sane – yaradan
sariq – oğru
seyd – ov
sə`d – uğurlu
siməndam – gümüş əndamlı
sut – səs
-Ş-
şeyn – biabır
şəcərə - ağac
şəmm – iyləmə, qoxulama
şəmşir – qılınc
şikəm – qarın
şohər - ər
şurizar – şoran torpaq
-Ü-
übur etmək – keçmək
üqubəti dareyn – hər iki dünya əzabı
ümurat - əmrlər, işlər
üruc – göyə qalxma
-V-
vafi – kifayət edən
vaqe – yerləşən, mövcud olan
vəlviradxan – təkrar-təkrar zikr edən
- Z-
zağ – qarğa
zaviyənişin – tərki dünya
zəmin – torpaq
zəmmə - əlavə etmə, qatma, artırma
zərxəridə - qızılla alınmış
zircamə - alt paltarı
|
M Ü N D Ə R İ C A T
Ön söz (Möhsün Nağısoylu)............................................. 3-12
I ”Düzd və Qazi”, (farsca əlyazmadan tərcümə)...........................................................................13-19
II “Düzd və Qazi”, (farsca daşbasma çapından tərcümə)........................................................................... 20-45
III “Düzd və Qazi” (əlyazmanın mətninin transfoneliterasiyası).........................................................46-52
IV “Düzd və Qazi” (daşbasma çapının mətninin transfoneliterasiyası) ........................................................53-83
Ərəb və fars mənşəli sözlərin lüğəti................................. 84-89
Dostları ilə paylaş: |