Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə110/128
tarix01.01.2022
ölçüsü6,75 Mb.
#103309
1   ...   106   107   108   109   110   111   112   113   ...   128
Boyun adı

XVI əsr

Bu gün

Kayı

94

25

Avşar (Əfşar)

86

53

Kınık

81

46*

Eymür

71

28

Karkın

62

34

Bayındır

52

28**

Salur

51

22

Yürəgir

44

9

Çəpni

43

36

İğdir

43

14

Bayat

42

32

Ala-Yundlu

29

1

Kızık

28

21

Yazır

24

19

Dodurğa

24

12

Bəydili

23

9

Büğdüz

22

6

Çavuldur (Çavundur)

21

17

Yıva

19 (?)

-

Döyər

19

6

Qara-Evli

8

6

Peçeneq

4

10***

Alka-Bölük (Alkaravlı)

-

-

Baharlu

-

-


ANADOLU və SURİYADAKI TÜRKMƏN

OYMAQLARI İLƏ İLGİLİ SİYAHILAR
Anadolu və Suriyada yaşayan türkmən oymaqları haqqında bəzi siya­hı­lar vardır. Bu siyahılardan ən əskisi XIV əsrdə tərtib edilmişdir. Digərləri isə XV, XVII və XVIII əsrlərdə meydana gətirilmişdir Bunlardan başqa, XIX əsrdə Çuxurovada və Qərbi Anadoluda yaşayan oymaqlarla əlaqədar siya­hı­lar da vardır. Kitabda yeri gəldikcə bu siyahılardan istifadə edilmişdir. türkmən oymaqlarının tarixini tədqiq etmək istəyənlərə kömək üçün Katib Çələ­bi­­nin siyahısı orijinalda, digər müəlliflərin siyahılarının türkcə tərcü­mə­si aşa­ğıda verilmiş­dir.

Ən əski siyahı XIV əsrdə yazılmış “Kitabü icabət is-sail ila mərifət ir-rə­sail” adlı əsərdədir. Bu siyahı XV əsrın ilk rübündə ölən (1418) Kalkaşən­di adlı misirli müəllifin “Sübh ül-aşa”adlı kitabında da var. O, türk­mənlərə da­­­ir başqa bilgilər də verir. Bundan dolayı həmin müəllifdəki siyahı əsas ki­mi qəbul olunmuş və “Kitabü icabət is-sail”dəki siyahıya istinadən lazımi dü­­­­zəlişlər edilmişdir.


1. ƏN ƏSKİ SİYAHI (XIV əsr)
"Ət-Təskif”də1 deyildiyinə görə, türkmən oymaqlarının çox azına Şərq öl­kə­lərinin böyüklərinə göndərilən məktublar kimi məktub yazılırdı. Geri qa­lanlarına “taətiş-şərifə” sözü yazılır. Bununla bərabər, onlara gön­dərilən mü­hüm yazılarda yalnız “şərifə” kəlməsi olur.

1. Türkmənlərdən Murad xoca2. Buna əs-sami yazılmır, yalnız adı ya­zı­lır.

2. Bozdoğan oğlunun qardaşı oğlu Böyük Bakiş (Bəgiş?). Buna əs-sami yazılmır, yalnız adı yazılır3.

3. Zeyn ül-mülk Bozdoğan. Buna da əs-sami yazılmır, yalnız adı yazılır. Ancaq onun üçün “Şərq ölkələrindəki türkmən böyüyü” sifəti adından öncə yazılır4.

4. Boz-oxlular. Türkmən İnal oğlu Əli bu icmadandır, əs-sami yazılmır, bi­linən adı yazılır.

5. Əlişar oğlu Yaqub. Buna adı və əs-sami yazılır. “Ət-Təskif”də deyil­diyinə görə, 741-ci ildə (1340/1341) qazı Nəsrəddin bin ən-Nəsai ona (yəni Əlişar oğlu Yaquba) belə yazmışdı5.



6. Döğər Salim6. Adı və əs-sami7 yazılır.

Bilinməlidir ki, yenə “ət-Təskif”dən nəql edilərək Suriya (Şam) yörələ­rin­­dəki türkmənlər haqqında bilgi verilmişdir. Həmin kitabda türkmən bəy­lərindən heç birinə taət1 kəlməsi yazıl­mamışdır. Əgər onlara yazılması lazım gə­lən bir şey olsa, bütün oymaqlarına göndərilən yazılarda mütləq şərif2 kəl­məsi işlənirdi.



Aşağıdaki oymaqlar türkmənlərdən sayılır:

Birincisi: boz-oxlar. Dulqədir oğlunun oymağı və daha öncə adı çəkilən İnal oğulları bunlardandır.

İkincisi: üç-oxlar. Ramazan oğulları və özərlilər3.

Üçüncüsü: avşarlar. Bunlar Hələb türkmənləridır.

Dördüncüsü: döyərlər4. Bunlar Döyər Salimin oymağıdır.

Beşincisi: xarbəndəlilər5. Bunlar Mustafanın oymağıdır.

Altıncısı: ağac ərilər.

Yeddincisi varsaq(lar). Bunlar Tarsus türkmənləridir.

Səkizincisi: kınıklar.

Doqquzuncusu: bayındırlar. Bunlar kınıklardandır6.

Onuncusu: bəydililər7. Taşbun (Taşkun) oğulları bu oymağın başlarıdır.

Onbirincisi: bayatlar.

“Təskif”də “türkmənlər daha da çox oymaqdır, burada hamısını an­maq mümkün deyildir” deyilir8.



Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin