35. S ə ə d l ü3 İranda Halbal yörəsində yaşayırlar ..........5.000 (nəfər)
36.В u l v e r d i Farsda oturur............................................... əhalısi təqribən 5.000 (nəfər)
37. Q a ş q a y4 Qaşqay da Farsda oturur .........................................12.000-15.000 (nəfər)
38. Q u r d Bunlar Fars, Mazandaran və İraqda yaşayırlar 3.000-4.000 (nəfər)
39. А с ı r l u5 İsfahanın şimal qərbindəki Səravənd nahiyəsində...............6.000-ə qədər
Bu dili (türkcəni) danışan başqa oymaqlar da var. Fəqət onları buraya daxil etmək üçün əldə kifayət qədər material yoxdur. Üstəlik, mənə Avropada yazılan və bu oymaqlardan bəhs edən hər hansı bir əsər məlum deyil”1.
2. Lady Shellin siyahısı (XIX əsrın ortası)
Lady Shellin siyahısından da göründüyü kimi, XIX əsrın ortalarında İrandaki türk oymaqlarının mühüm bir qismi torpağa bağlanaraq köçəri həyata vida etmişdir. Köçəri həyat tərzini davam etdirən eldaşları bunlara tat və taxtaqapu(lu?) demişlər. Orxon kitabələrində rast gəldiyimiz tat sözünün yabançı mənasını ifadə etdiyi bilinir. Tat sözü daha sonralar oğuzlar tərəfindən iranlıları ifadə etmək üçün işlədilmişdir. Səfəvi dövründə də İrandakı yerli və oturaq ünsürlərin həmin söz ilə (yəni tat sözü ilə) ifadə edildiyi məlumdur. XIX əsrdə torpağa bağlanmış türk ünsürlərinə də taxtaqapu ilə birlikdə tat adının verildiyi müşahidə olunur. Ancaq bu sözün oturaq türklər haqqında yayğın bir deyim halına gəlmədiyini söyləmək mümkündür. Türkiyədə isə tat sözünün özəlliklə kəndlilər və oymaqlar arasında lal və kəkəmə anlamlarında işlənməkdə olduğunu bilirik2.