3
GİRİŞ
Həyat fəaliyyətinin təhlükəsizliyi - insanın
həyati
maraqlarına ziyan vurmadan reallaşdırdığı həyat fəaliyyətini
təmin edən vəziyyətdir.
İllər boyu alimlər təhlükəsizlik problemlərini tədqiq etmiş,
bu
tədqiqatlar
əsasında
"Təhlükəsizlik
nəzəriyyəsi"
yaranmışdır. "Təhlükəsizlik nəzəriyyəsinin" tədqiqat obyekti
insan
və onu əhatə edən mühit, tədqiqat predmeti isə insanın
təhlükəsizliyidir.
"Təhlükəsizlik nəzəriyyəsinin" əsas anlayışlarından biri
"Təhlükə" anlayışıdır. Təhlükə - İnsanın həyati maraqlarına
ziyan vura biləcək hər hansı bir hadisədir.
Təhlükəsizlik" dedikdə isə çoxları onu, səhvən təhlükənin
olmadığı bir vəziyyət kimi başa düşürlər. Bu, kökündən yanlış
bir fikirdir. Təcrübə göstərir ki, təbiətdə "Mütləq təhlükəsizlik"
anlayışı mövcud deyildir. Təhlükəsizlik yalnız nisbi ola bilər.
Təhlükəsizlik - təhlükə ehtimalının minimal olduğu bir
vəziyyətdir.
İnsanların böyük bir hissəsi təbii bioloji yaş həddinə qədər
yaşamır. İnsan həyatının fərdi uzunluğu onun həyatdakı
gündəlik davranışından, meydana çıxan
təhlükələrdən irəli
gələn problemlər hesabına get-gedə qısalır. Sağlam həyat
prinsiplərini gözləməyən, təhlükəni əvvəlcədən görüb ondan
qaçmağı, rasional həyat sürməyi
bacarmayan şəxs ömrünün
uzun olacağına ümid edə bilməz.
Lakin bununla yanaşı, şəxsin təhlükəsizliyinə yalnız onun
cəmiyyətdəki davranışı deyil, həm də onu əhatə edən ətraf
mühitin (təbii, sosial və texnogen) doğurduğu təhlükə və
hədələrin miqdarı və gücü də təsir edir. Ətraf mühitin vəziyyəti
isə, öz növbəsində, insanın ona dəyişdirici təsir göstərən həyat
fəaliyyəti ilə bağlıdır.
4
“Həyat fəaliyyətinin təhlükəsizliyi”
dərsliyi Azərbaycan
Respublikası Prezidentin 17.04.1998- ci il tarixli 700 saylı
fərmanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
25.09.1998-ci il tarixli 193 saylı qərarı, Azərbaycan
Respublikası Prezidentinin Fövqəladə
Hallar Nazirliyinin
yaradılması haqqında 16.12.2005-ci il tarixli 1182 saylı fərmanı
və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin
əsasnaməsi (19 aprel 2006-cı il №394) əsasında işlənilib
hazırlanmışdır. Azərbaycan Respublikası “Hər kəsin təhlükəsiz
və sağlam şəraitdə işləmək” hüququnu özündə təsbit edir.
Konstitusiyada vətəndaşların əmək, istirahət, təhsil, ictimai
təminat hüquqları və onların vəzifələri müəyyən edilmişdir.
İstehsalatda sağlam və təhlükəsiz
əmək şəraiti yaratmaqdan
ibarətdir.
Əmək mühafizəsinin əsas vəzifəsi işçilərin daim
sağlamlığını qorumaq, icra ediləsi işlərin təhlükəsizliyi üçün
şərait yaratmaqdır. Mülki müdafiənin öyrədilməsinin əsas
vəzifəsi sülh və müharibə dövrlərindəki
fövqəladə fallarda
fəaliyyət göstərmək və orta ixtisas məktəblərində aldıqları
ixtisasa müvafiq olaraq, obyektlərin sabit işinin təmin edilməsi
üsullarını öyrətməkdir. Mülki müdafiənin məqsədi əhali, onun
əmlakı və təbii mühit üçün mövcud olan təhlükəni, qorxulu
halların növlərini və xüsusiyyətlərini dəqiq müəyyən etməkdir.
Tibbi biliklərin əsaslarına yiyələnmək
və fövqəladə hallarda
əməli olaraq tibbi yardım göstərməyi bacarmaqdır.
Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət
Rabitə
və
Nəqliyyat
Kollecində
“Həyat fəaliyyətinin
təhlükəsizliyi” fənni mövcud ixtisaslara uyğun olaraq müstəqil
xüsusi fənn kimi tədris olunur.
“Həyat fəaliyyətinin təhlükəsizliyi” fənninin tədrisi forması
mühazirə, məşğələ şəklində keçirilir.