Onkologiya ixtisası üzrə nümunəvi test sualları Bölmə ÇƏNBƏr bağirsaq xəRÇƏNGİ


) Süd vəzisi xərçəngi olan xəstələrdə “adyuvant müalicə” dedikdə nə nəzərdə tutulur?



Yüklə 1,34 Mb.
səhifə13/14
tarix21.10.2017
ölçüsü1,34 Mb.
#8200
1   ...   6   7   8   9   10   11   12   13   14

823) Süd vəzisi xərçəngi olan xəstələrdə “adyuvant müalicə” dedikdə nə nəzərdə tutulur?
A) Operasiyadan öncə hormonoterapiya

B) Operatiya zamanı şüa terapiya

C) Operasiya zamanı hormonoterapiya

D) Operasidan sonra şüa və ya kimyaterapiya

E) Operasiya zamanı kimyaterapiya
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", Bakı, Elm, 1993, 120s.
824) Süd vəzi xərçənginin müalicəsi hansı şərtlərə əsasən qurulur?
A) Şişin morfoloji tipi

B) Şişin lokalizasiyası

C) Xəstənin yaşı, TNM klassifikasiyası və reseptor status

D) Yalnız şişin inkişaf mərhələsi

E) Yalnız xəstənin yaşı
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", Bakı, Elm, 1993, 120s.
825) Süd vəzisi xərçənginin radikal müalicəsindən sonra xəstələrə nə vaxt profilaktik USM tövsiyyə olunur?
A) 2 ildə 1 dəfə

B) 3 ayda 1 dəfə

C) 6 ayda 1 dəfə

D) 9 ayda 1 dəfə

E) 12 ayda 1 dəfə
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", Bakı, Elm, 1993, 120s.
826) Süd vəzisi xərçənginin radikal müalicəsindən sonra digər süd vəzisinin mammografik müayinəsi nə zaman aparılmalıdır?
A) 9 ayda 1 dəfə

B) 6 ayda 1 dəfə

C) 3 ayda 1 dəfə

D) Hər ildə 1 dəfə

E) 2 ayda 1 dəfə
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", Bakı, Elm, 1993, 120s.
827) Süd vəzisinin intraduktal papillomasında əsas simptom hansıdır?
A) gilənin içəriyə dartılması

B) süd vəzi giləsindən gələn qanlı ifrazat

C) ağrı

D) süd vəzində əllənən törəmə



E) süd vəzinin deformasiyası
Ədəbiyyat: Клиническая маммология, под редакцией Е.Б.Камповой-Полевой, С.С.Чистяковой, ГЕОТАР-Медиа, 2006, Москва, 512
828) Süd vəzinin Pecet xərçəngi zamanı prosesin yalnız gilənin eroziv zədələnməsi zamanı müalicə taktikası:
A) Radikal şüa müalicəsi

B) Antibiotikoterapiya

C) PKT

D) Cərrahi müalicə



E) Antiestrogenterapiya
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", Bakı, Elm, 1993, 120s.
829) Süd vəzisi xərçənginin ödemli infiltrativ forması zamanı hansı müalicə üsulu məqsədə uyğundur?
A) Yalnız pkt

B) Yalnız şüa müalicə

C) Yalnız cərrahi müalicə

D) Kompleks müalicə

E) Simptomatik müalicə
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", Bakı, Elm, 1993, 120s.
830) Süd vəzisi xərçəngində statistikaya görə Her2 (+) reseptor statusu neçə % xəstələrdə rast gəlinir:
A) 50%

B) 100%


C) 75%

D) 25%


E) 5%
Ədəbiyyat: Клиническая маммология, под редакцией Е.Б.Камповой-Полевой, С.С.Чистяковой, ГЕОТАР-Медиа, 2006, Москва, 512
831) 35 yaşlı xəstənin sol süd vəzisində 2sm diametrində düyünlü törəmə müəyyən edilir. Dartılma simptomu kəskindir. Qoltuqaltında l/d əllənir. İlk növbədə hansı patologiyadan şübhələnmək lazımdır?

A) Fibroadenoma

B) Aktinomikoz

C) İltihab elementləri ilə kista

D) Düyünlü mastopatiya

E) Süd vəzi xərçəngi


Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", Bakı, Elm, 1993, 120s.
832) Süd vəzisi xərçənginin I mərhələsi zamanı hansı simptomlar qeyd olunur?
A) Dərinin xoralaşması

B) Süd vəzinin deformasiyası

C) “Limon qabığı” simptomu

D) Şiş törəməsinin olması

E) Süd vəzi dərisinin hiperemiyası
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", Bakı, Elm, 1993, 120s.
833) Süd vəzi xərçənginin T3N1M0 mərhələsində optimal müalicə taktikası:
A) pkt + RM+şüa

B) Ancaq pkt

C) Sadə mastektomiya

D) RM + şüa

E) RM + pkt
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", Bakı, Elm, 1993, 120s.
834) Süd vəzisi xərçəngi, uşaqlıq cisminin xərçəngi və yoğun bağırsaq xərçəninin əmələ gəlmə riskinin artması nə ilə zəngin olan qidanın qəbulu ilə əlaqələndirilir?
A) C vitamini

B) Bitki yağı

C) Heyvani piylər

D) Karbohidratlar

E) Meyvə və tərəvəz
Ədəbiyyat: Əliyev C.Ə., Cəfərov R.C., Nəcəfov T.Ə., Süd vəzisi xərçənginin diaqnostikası və müalicəsi ,Bakı,Elm, 1993,120 s.
835) Statistikaya görə qadınlarda ən çox hansı orqanın xərçənginə rast gəlinir?

A) Dalaq


B) Ağ ciyər

C) Süd vəzisi

D) Böyrək

E) Mədə
Ədəbiyyat: Əliyev C.Ə., Cəfərov R.C., Nəcəfov T.Ə., Süd vəzisi xərçənginin diaqnostikası və müalicəsi ,Bakı,Elm, 1993,120 s.


836) Süd vəzi xərçənginin qaraciyərə metastazını aşkar etmək üçün əsas müayinə üsulu:
A) USM və NMRT

B) Biokimyəvi müayinə

C) Rentgen müayinəsi

D) Angioqrafiya

E) Kolonoskapiya
Ədəbiyyat: Əliyev C.Ə., Cəfərov R.C., Nəcəfov T.Ə., Süd vəzisi xərçənginin diaqnostikası və müalicəsi ,Bakı,Elm, 1993,120 s.
837) Süd vəzi xərçənginin TNM təsnifatında M nəyi işarə edir?
A) Şişin ölçülərini

B) Residivi

C) Şişin lokalizasiyasını

D) Regionar metastazları

E) Uzaq metastazları
Ədəbiyyat: Клиническая маммология, под редакцией Е.Б.Камповой-Полевой, С.С.Чистяковой, ГЕОТАР-Медиа, 2006, Москва,512
838) Yarpaqvari fibroadenoma fonunda inkişaf edə bilər:
A) Süd vəzinin limfoması

B) Sarkoma

C) Pecet xəstəliyi

D) Axacaqdaxili papilloma

E) Süd vəzinin xərçəngi
Ədəbiyyat: Трапезников Н.Н.,Летягин В.П.,Алиев Д.А.,Лечение опухолей молочной железы, Москва, Медицина, 1989,176 с.
839) Süd vəzinin “Pecet xəstəliyi ” aiddir
A) Xərçəngönü xəstəliklərə

B) Bədxassəli şişlərə

C) Xoşxassəli displaziyaya

D) Mastopatiyaya

E) Süd vəzisinin sarkomasına
Ədəbiyyat: Əliyev C.Ə., Cəfərov R.C., Nəcəfov T.Ə., Süd vəzisi xərçənginin diaqnostikası və müalicəsi ,Bakı,Elm, 1993,210 s.
840) Uzaq metastazların aşkar olunması süd vəzi xərçənginin hansı mərhələsini təyin edir?
A) Mərhələ 3

B) Mərhələ 4

C) Mərhələ 0

D) Mərhələ 2

E) Mərhələ 1
Ədəbiyyat: Трапезников Н.Н.,Летягин В.П.,Алиев Д.А., Лечение опухолей молочной железы, Москва, Медицина,1989 ,176 с.
841) Süd vəzi xərçəngi hansı yolla metastaz verə bilər?
A) Yalnız implantasion

B) Heterogen

C) Yalnız hematogen

D) Yalnız limfogen

E) Hematogen, limfogen və implantasion
Ədəbiyyat: Əliyev C.Ə., Cəfərov R.C., Nəcəfov T.Ə., Süd vəzisi xərçənginin diaqnostikası və müalicəsi ,Bakı,Elm, 1993,210 s.
842) Süd vəzi giləsindən qanlı ifrazatın gəlməsi hansı xəstəlikdə müşahidə olunur?
A) Düyünlü mastopatiya

B) Axacaqdaxili papilloma

C) Fibroadenoma

D) Mastit

E) Sarkoma
Ədəbiyyat: Трапезников Н.Н., Летягин В.П., Алиев Д.А., Лечение опухолей молочной железы, Москва, Медицина,1989 ,176 с.
843) Süd vəzinin sektoral rezeksiyasına göstəriş nədir?
A) Mastalgiya

B) Mastitəbənzər xərçəng

C) Mastodiniya

D) Fibroadenoma, düyünlü mastopatiya, makrositoz mastopatiya

E) Diffuz kistoz mastopatiya
Ədəbiyyat: И.А.Гилязутдинов,Р.Ш.Хасанов, « Доброкачественные заболевания молочных желез», Казань, «Медлитература», 2007, 225 с.
844) Kişilərdə süd vəzinin xərçəngi zamanı qadınlardakı məlum olan hansı histoloji formalara rast gəlinir ?
A) Medulyar xərçəng

B) Bütün formalara

C) Axacaq xərçəngi

D) İnfiltrativ xərçəng

E) Paycıq xərçəngi
Ədəbiyyat: А.П.Баженова и др. Рак молочной железы, Москва, Медицина, 1985, 272 с.
845) Süd vəzisi xərçənginin cərrahi müalicəsi nəticəsində ən çox rast gəlinən fəsad hansıdır?
A) Yara kənarının nekrozu

B) Yuxarı ətrafın ödemi

C) Bazu kələfinin pleksiti

D) Limforeya

E) Bazu oynağının kontrakturası
Ədəbiyyat: Əliyev C.Ə., Cəfərov R.C., Nəcəfov T.Ə., Süd vəzisi xərçənginin diaqnostikası və müalicəsi ,Bakı,Elm, 1993,210 s
846) Qoltuqaltı nahiyədə əmələ gəlmiş əlavə süd vəzisinin müalicəsində hansı metoda üstünlük verilir?
A) Kombinəolunmuş

B) Konservativ

C) Şüa

D) PKT


E) Cərrahi
Ədəbiyyat: Əliyev C.Ə., Cəfərov R.C., Nəcəfov T.Ə., Süd vəzisi xərçənginin diaqnostikası və müalicəsi ,Bakı,Elm, 1993,210 s
847) Süd vəzi xərçəngi hansı toxumadan inkişaf edir?
A) Birləşdirici toxumadan

B) Qarışıqhüceyrəli toxumadan

C) Əzələ toxumasından

D) Damar toxumasından

E) Epitel toxumadan
Ədəbiyyat: Əliyev C.Ə., Cəfərov R.C., Nəcəfov T.Ə., Süd vəzisi xərçənginin diaqnostikası və müalicəsi ,Bakı,Elm, 1993,210 s
848) Süd vəzisi xərçənginin T2N0M0 mərhələsi zamanı T2 simvolu şişin hansı ölçüsünü göstərir?

A) 1-2 sm

B) > 5 sm

C) 2-5 sm

D) Əllənməyən şişi

E) 0,5-1 sm


Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və müalicəsi", Bakı, Elm, 1993, 120s
849) Süd vəzi xərçənginin Krukenberq metastazı hansı orqanda rast gəlinir?

A) Uşaqlıq

B) Yumurtalıqlar

C) Ağciyər

D) Plevra

E) Qaraciyər


Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və müalicəsi", Bakı, Elm, 1993, 120s.
850) Süd vəzisi xərçənginin hansı orqana metastazı alimin adı ilə bağlıdır?

A) Kontralateral aksilyar limfa düyünlərinə

B) Digər süd vəzisinə

C) Boyun l/d

D) Yumurtalığa

E) Qasıq l/d


Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və müalicəsi", Bakı, Elm, 1993, 120s
851) 45 yaşında qadının süd vəzisinin giləsi nisbətən içəri batmışdır. USM və mammoqrafik müayinədə düyünlü mastopatiya qeyd olunur. Sitoloji müayinədə xərçəng hüceyrələri tapılmamışdır. Hansı müalicə taktikası məsləhətdir?

A) Dinamik müşahidə

B) Radikal mastektomiya

C) Sektoral rezeksiya və ekspress biopsiya

D) Şüa müalicəsi

E) Antibiotikoterapiya


Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və müalicəsi", Bakı, Elm, 1993, 120s.
852) Süd vəzisi xərçəngi T2N1M0 mərhələsi zamanı N1 parametri nəyi göstərir?

A) Böyümüş hərəkətsiz regionar limfa düyünü konqlemeratı

B) Kontralateral limfa düyününün böyüməsi

C) Körpücüküstü limfa düyününün böyüməsi

D) Körpücükaltı limfa düyünündə MTS şübhə

E) Böyümüş,hərəkətli qoltuqaltı limfa düyünü


Ədəbiyyat: Клиническая маммология, под редакцией Е.Б.Камповой-Полевой, С.С.Чистяковой, ГЕОТАР-Медиа, 2006, Москва, 512
853) Süd vəzi xərçənginin radikal müalicəsidən sonra hansı markerlər müayinə olunmalıdır?

A) CEA, CA-125

B) CA-125, CA-19-9

C) CA-15-3, CEA

D) CEA, CA-19-9

E) CA-15-3, CA-125


Ədəbiyyat: Первичные опухоли молочной железы, под ред. В.П.Летягина, Москва 2004, 332 с.
854) Hansı steroid hormonların reseptorlarının təyin edilməsi süd vəzisi xərçəngi zamanı önəmlidir?

A) Heç biri

B) Qlükokortikoidlər

C) Androgenlər

D) Mineralkortikoidlər

E) ER, PR


Ədəbiyyat: Клиническая маммология, под редакцией Е.Б.Камповой-Полевой, С.С.Чистяковой, ГЕОТАР-Медиа, 2006, Москва, 512
855) Süd vəzi xərçəngi zamanı TNM klassifikasiyasında T parametri nəyi göstərir?

A) Şişin lokalizasiyasını

B) Şişin ölçüsünü

C) Uzaq metastazları

D) Limfa düyünlərinin böyüməsini

E) Şişin histoloji strukturunu


Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və müalicəsi", Bakı, Elm, 1993, 120s.)
856) Süd vəzi xərçənginin ən çox yayılan klinik forması aşağıdakılardan hansıdır?

A) Mastitəbənzər

B) Qızılyeləbənzər

C) Pansir

D) Düyünlü

E) Pecet xəstəliyi


Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", Bakı, Elm, 1993, 120s
857) Süd vəzi xərçənginin erkən diaqnostikasının daha informativ üsulu aşağıda sadalananlardan hansıdır?

A) İrikadrlı flyuroqrafiya

B) Palpasiya

C) Termoqrafiya

D) Mammoqrafiya və USM

E) Radionuklid diaqnostika ( P32 ilə )


Ədəbiyyat: Əliyev C.Ə., Cəfərov R.C., Nəcəfov T.Ə., Süd vəzisi xərçənginin diaqnostikası və müalicəsi ,Bakı,Elm, 1993,120 s
858) Süd vəzinin radikal rezeksiyası hansı mərhələdə daha məqsədə uyğundur?

A) 2b mərhələsi

B) 3a mərhələsi

C) 3b mərhələsi

D) 4 mərhələ

E) Süd vəzisi xərçənginin 1 və 2a mərhələsində


Ədəbiyyat: А.П.Баженова и др. Рак молочной железы, Москва, Медицина, 1985, 272 с.
859) Zahı qadının süd vəzisində ağrılı infiltrat (dərinin hiperemiyası və flyuktuasiya simptomu müsbət, temperaturu 39 ºC) aşkar edilir. İlk növbədə nəyi fikirləşmək olar?

A) Pecet xəstəliyi

B) Fibroadenoma

C) Lipoma

D) Sarkoma

E) Kəskin irinli mastit


Ədəbiyyat: А.П.Баженова и др. Рак молочной железы, Москва, Медицина, 1985, 272 с.
860) Süd vəzisinin xoşxassəli proseslərinin müalicə üsulu aşağıdakılardan hansı deyil?

A) Şüa müalicəsi

B) Dərmanlarla müalicə

C) Cərrahi müalicə

D) Hormonal müalicə

E) Fizioterapiya


Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və müalicəsi" ,Bakı, Elm, 1993, 120s.

Bölmə 26. Onkoloji xidmətin təşkili, epidemioloqiyası və statistikası

861) Sosial gigiyena elmi nəyi öyrənir?
A) Əhalinin sağlamlığına iqtisadi faktorların təsiri

B) Bütün sadalananları

C) Təbii amillər və əhatə dairəsinə təsiri

D) Ümumi sağlamlığı

E) Əhalinin sağlamlığına sosial faktorların təsiri
Ədəbiyyat: Р.Биглхол, Р.Бонита, Т.Кьельстрём «Основы эпидемиологии»
862) Səhiyyənin maddi-texniki bazasını təşkil edir
A) Bütün sadalananlar

B) Avadanlıqla təmin olunma

C) Komplektləşmiş həkim kadrları

D) Səhiyyənin bölmələri

E) Yataq fondu
Ədəbiyyat: Р.Биглхол, Р.Бонита, Т.Кьельстрём «Основы эпидемиологии»
863) Tibbdə birincili profilaktik istiqamətin inkişafı bütün göstəriciləri əhatə edir, bundan başqa

A) Zərərli vərdişlərin aradan qaldırılması

B) Əhalinin sanitar - gigiyena tərbiyəsinin yaxşılaşdırılması

C) Bərpa müalicə şöbələrinin və xəstəxana qovşaqlarının genişlənməsi

D) İdmanın, bədən tərbiyəsinin, sağlam həyat tərzinin təşviqatının yüksəlməsi

E) Çoxprofilli xəstəxanaların açılması


Ədəbiyyat: Р.Биглхол, Р.Бонита, Т.Кьельстрём «Основы эпидемиологии» Всемирная организация здравоохранения. Женева 1994
864) İxtisaslaşmış onkoloji stasionar şöbənin optimal gücü
A) 40-60 çarpayı

B) 100-120 çarpayı

C) 20-40 çarpayı

D) 80-100 çarpayı

E) 60-80 çarpayı
Ədəbiyyat: Г. Черенков «Клиническая онкология» М., 1999, 380 с.
865) Xəstəliklərin strukturunda əsas hissəni təşkil edir
A) Peşə xəstəlikləri

B) Ürək-damar xəstəlikləri

C) Kəskin respirator xəstəliklər

D) Bədxassəli şişlər

E) Hipertoniya xəstəliyi
Ədəbiyyat: Ш.Х. Ганцев «Онкология» Москва, 2004
866) Onkoloji xəstəlikləri aşağıdakı göstəricilərə görə öyrənmək olar
A) Profilaktik müayinə və dispanserə müraciət

B) Həkim Məsləhət Komissiyası və Həkim Əmək Ekspert Komissiyasının fəaliyyəti

C) Bütün cavablar döğrudur

D) Ölümün səbəbi

E) Əhalinin tibbi müəssisələrə müracəti
Ədəbiyyat: Ш.Х. Ганцев «Онкология» Москва, 2004
867) Ümumi ölüm səviyyəsinin göstəricisi aşağı sayılır, əgər
A) 1000 nəfərə 21-25-dən az

B) 1000 nəfərə 26-30-dan az

C) 1000 nəfərə 25-20-dən az

D) 1000 nəfərə 11-24-dən az

E) 1000 nəfərə 10-dan az
Ədəbiyyat: Р. Биглхол, Р. Бонита, Т. Къельстрем «Основы эпидемиологии»
868) Stasionar tibbi yardimin inkişafının əsas tendensiyalarına aiddir, bundan başqa
A) Mərhələ prinsipinin tətbiqi

B) Tibbi müəssisələrin əsas fondların qiymətinin azalması

C) Çarpayı fondunun azalması

D) Stasionarların əhəmiyyətinin artması

E) Tibbi müəssisələrin əsas fondların qiymətinin artması
Ədəbiyyat: Г. Черенков «Клиническая онкология» М., 1999, 380 с.
869) Şəhər xəstəxanasının fəaliyyətinin əsas göstəricisi
A) İl ərzində çarpayı gününün faktiki kəmiyyəti

B) Letallıq

C) Bütün sadalananlar

D) Çarpayının dövrü

E) Çarpayı günlərinin orta müddəti
Ədəbiyyat: Р. Биглхол, Р. Бонита, Т. Къельстрем «Основы эпидемиологии»
870) Xəstənin xəstəxanada yatma müddətinə təsir edir
A) Həkimlərin təkmilliyi

B) Xəstəxananın təchizatı

C) Xəstəliyin xarakterinə görə xəstələrin tərkibi

D) Müalicə üsulu

E) Bütün göstərilənlər
Ədəbiyyat: Г.Черенков «Клиническая онкология». М., 1999, 380 с.
871) Xəstənin xəstəxanada yatma müddətinin göstəricisi
A) Bütün xəstələrin stasionarda yatma müddətinin iki il ərzində evə yazılan ölən xəstələrin sayına nisbəti

B) Yuxarıda göstərilənlərin heç biri

C) Bütün xəstələrin stasionarda yatma müddətinin yarım il ərzində evə yazılan ölən xəstələrin sayına nisbəti

D) Bütün xəstələrin stasionarda yatma müddətinin bir il ərzində evə yazılan və ölən xəstələrin sayına nisbəti

E) Bütün xəstələrin stasionarda yatma müddətinin bir il ərzində evə yazılan xəstələrin sayına nisbəti
Ədəbiyyat: Г. Черенков «Клиническая онкология» М., 1999, 380 с.
872) Stasionarın fəaliyyətinin keyfiyyət göstəricilərinə aiddir, bundan başqa

A) Klinik və anatomik diaqnozların üst-üstə düşməmək faizi

B) Cərrahi aktivlik

C) Letallıq

D) Orta yatma müddəti

E) Dərmanlara sərf olunmuş vəsait


Ədəbiyyat: Р.Биглхол, Р.Бонита, Т.Кьельстрём «Основы эпидемиологии»Всемирная организация здравоохранения. Женева 1994
873) Uzunmüddətli əməyə qabil olmamağin ekspertizası kim tərəfindən aparılır
A) Poliklinikanın baş həkimi

B) Sayılanların hamısı

C) Sayılanlardan heç biri

D) Sosial sığorta orqanı

E) Rayon səhiyyə şöbəsi
Ədəbiyyat: Р.Биглхол, Р.Бонита, Т.Кьельстрём «Основы эпидемиологии»Всемирная организация здравоохранения. Женева 1994
874) Səhiyyənin müalicə profilaktik müəssisələrində əmək fəaliyyətinin ekspertizası ilə məşğuldur

A) Baş həkimin müavini

B) Baş həkim

C) Bütün sayılanlar

D) Müalicə həkimi

E) Şöbə müdüri


Ədəbiyyat: Ш.Х. Ганцев «Онкология» Москва, 2004
875) Qeyri-epidemik xəstəliklər arasında əlillik səbəbi olaraq 1-ci yer tutur:
A) Peşə xəstəlikləri

B) Ürək-damar xəstəlikləri

C) Bədxassəli şişlər

D) Qaraciyər və öd yolları xəstəliikləri

E) Hipertonik xəstəlik
Ədəbiyyat: Р. Биглхол, Р. Бонита, Т. Къельстрем «Основы эпидемиологии»
876) İlkin profilaktikanın əsas məqsədi
A) Sağlam həyat tərzinin təşkili

B) Sağlam insanlara dispanser nəzarəti

C) Əhalidə sağlam həyat tərzinin formalaşması

D) Sağlam insanlara və xəstələrə dispanser nəzarəti

E) Xəstələrin dispanser nəzarəti
Ədəbiyyat: Р.Биглхол, Р.Бонита, Т.Кьельстрём «Основы эпидемиологии»Всемирная организация здравоохранения. Женева 1994
877) Əhalinin sağlamlığına təsir edən əsas faktorlar
A) Ətraf mühitin (hava, su təhcizatı, yaşıllaşdırma və s.) vəziyyəti

B) Qidalanma

C) Əmək şəraiti

D) Uşaq və yeniyetmələrin tərbiyəsi və təhsili

E) Bütün sayılanlar
Ədəbiyyat: Р.Биглхол, Р.Бонита, Т.Кьельстрём «Основы эпидемиологии»Всемирная организация здравоохранения. Женева 1994
878) Dispanserizasiya işinin effektivliyi sayılanlardan hər biri ilə qiymətləndirilə bilər, bundan başqa
A) Hər 100 dispanserizasiya olunmuş şəxsin əməyə qabil olmaması hallarının və günlərinin sayının azalması

B) Xəstəliklərin vaxtında aşkar olunması və xəstələrin qeydə alınması

C) Poliklinika xidməti həddində doğum faizinin yüksəlməsi

D) Sağlamlığın yaxşılaşması və ya dayanıqlı xəstələrin remisyalı dispanserizasiyanın sayının çoxalması

E) Müayinə müddətinə nəzarət
Ədəbiyyat: Ш.Х. Ганцев «Онкология» Москва, 2004
879) Deontologiya – həkim və orta tibb işçilərinin vəzifə borcu – ondan ibarətdir ki,
A) Həkimlərin arasında münasibət qurmaq

B) Həkim – xəstə, xəstə - həkim, həkim- xəstənin qohumları arasında münasibət qurmaq

C) Xəstənin sağlamlığı üçün əlverişli şərait yaratmaq

D) Bütün göstərilənlər

E) Daha yaxşı müalicəni təmin etmək
Ədəbiyyat: Г. Черенков «Клиническая онкология» М., 1999, 380 с.
880) Həkim etikasının və deontologiyanın əsasını təşkil edən kriterilər, bundan başqa
A) Peşəkarlıq

B) Merkantilizm (mənfəət güdmək)

C) Humanizm

D) Regionun etnik xüsusiyyətləri

E) Fərdilik
Ədəbiyyat: Ш.Х. Ганцев «Онкология» Москва, 2004
881) Onkoloji xidmətin əsas hissəsini təşkil edir
A) Onkoloji kabinet

B) Onkoloji şöbə

C) MOM

D) Onkoloji dispanser



E) ETİ
Ədəbiyyat: Г. Черенков «Клиническая онкология» М., 1999, 380 с.
882) Onkoloji dispanserin məsələlərinə aiddir
A) Baxışın təşkili

B) Elmi- tədqiqat işləri

C) Bütün cavablar düzgündür

D) Həkimlərin onkoloji hazırlığı

E) Ölən və xəstələnənlər haqqında məlumatların təhlili
Ədəbiyyat: Ш.Х. Ганцев «Онкология» Москва, 2004
883) Respublikamızda kişilər arasında bədxassəli şişlərin hansı forması daha çox yayılmışdır?
A) Ağciyər xərçəngi

B) Qırtlaq xərçəngi

C) Düz bağırsaq xərçəngi

D) Mədə xərçəgi

E) Prostat vəzin xərçəngi
Ədəbiyyat: Султанов А. «Современные аспекты клиники, диагностики и лечения рака легкого» Elm 2008, 620 s.
884) Azərbaycanda mədə xərçəngi ilə xəstələnmənin dinamikası necədir?
A) Aşağı faizə doğru meyillidir

B) Dəyişməzdir

C) Müxtəlif regionlarda faizlər müxtəlifdir

D) Yuxarı faizə doğru meyillidir

E) Parabola şəkilindədir
Ədəbiyyat: Д.А. Алиев, А.А. Абдуллаев. «Злокачественные опухоли ободочной кишки», 8.
885) Siqaret çəkmək hansı xəstəliklərin yaranması ilə nəticələnə bilər?
A) Bütün cavablar düzdür

B) Ağciyər xərçəngi, qırtlaq xərçəngi, sidik kisəsi xərçəngi

C) Ağciyər xərçəngi, yumurtalıq və sidik kisəsi xərçəngi

D) Ağciyər xərçəngi, böyrək və qalxanvari vəzi xərçəngi

E) Ağciyər xərçəngi, Limfosarkoma, limfoleykoz
Ədəbiyyat: Султанов А. «Современные аспекты клиники, диагностики и лечения рака легкого» Elm 2008, 620 s.
886) Onkoloji təşkilati məsələlərin həlli üçün vacibdir
A) Maddi – texniki baza

B) Xüsusi yardım təşkilinin elmi əsaslandırılmış sistemi

C) Bütün cavablar düzgündür

D) Xərçəng – registrinin təşkili

E) Tibb elminin praktikasına vaxtında və geniş tətbiqi
Ədəbiyyat: Ш.Х. Ганцев «Онкология» Москва, 2004
887) Nəzarət kartının arxivdə ən az saxlanma müddəti?
A) 5 il

B) 24 il


C) 1 il

D) 10 il


E) 3 il
Ədəbiyyat: Г. Черенков «Клиническая онкология» М., 1999, 380 с.
888) Düz bağırsaqında polipi götürüldükdən sonra xəstə hansı mütəxəssisisn nəzarəti altında olmalıdır?
A) Cərrah və protokolun

B) Protokolun

C) Onkoloqun

D) Cərrahın

E) Terapevtin
Ədəbiyyat: Ш.Х. Ганцев «Онкология» Москва, 2004
889) 1-ci b klinik qrupuna daxil olan xəstələr
A) Bədxassəli şiş şübhəsi olan xəstələr

B) Şişə qədərki mərhələdə olan xəstələr

C) Bədxassəli şişlərdən müalicə olunmuş xəstələr

D) Bədxassəli şiş şübhəsi olan xəstələr və bədxassəli şişlərdən müalicə olunmuş xəstələr

E) Şişə qədərki mərhələdə olan xəstələr və bədxassəli şiş şübhəsi olan xəstələr
Ədəbiyyat: Г. Черенков «Клиническая онкология» М., 1999, 380 с.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin