SSRİ-nin dağılmasından və Azərbaycanın müstəqiüik əldə etməsin-dən sonra ölkədə, həyatın bütün sahələrində olduğu kimi, ali təhsildə də bö-yük dəyişikliklərə yol açılmışdır. Yeni yaranan özəl ali təhsil müəssisələri yüksək statusa malik olan əski dövlət məktəbləri ilə rəqabət aparmağa və dövlətin ali təhsili koordinasiya və idarə etməsinə meydan oxumağa başlamışlar. Bu yeni sektorun yüksəlişi, eyni zamanda, yeni təşkilati forma-lann və ali təhsil modellərinin yaranmasına təkan vermişdir.
Əfsuslar olsun ki, keçmiş Sovet İttifaqındakı ali təhsil məktəblərindən bəhs edərkən, insanın ağhna ilk növbədə korrupsiyaya batmış institutlar gə-lir. Müstəqillikdən sonra Azərbaycahda sürətlə yayılan özəl ali təhsil müəssisələrinin də böyük bir qismi, təəssüf ki, pul qarşılığında "diplom üyüdən dəyirman" vəziyyətinə gəlmişdir. Ancaq bunlarla yanaşı, bir çox böyük universitələrdən görkəmli elm adamlannı özünə cəlb edən və çox məhsuldar akademik proqramlar yaratmağa müyəssər olan bir neçə özəl universitə də mövcuddur. Onlann başçüan isə yüksək ideallara bağlı olan və ölkənin parlaq gələcəyinə inanan insanlardır.
Sürətlə dəyişən bir mühitdə yaranan yeni təşkilati formalan müşahidə etməyə hər kəsin imkanı olmur. Mən isə belə bir fürsətə sahib oldum, çünki Xəzər Universitəsində uzun müddət araşdırma apardım və mənə oradakı bütün əməkdaşlarla ünsiyyətdə olma imkanı tanındı. Rektorun bir xarici vətəndaşın onun müəssisəsindəki təşkilati mədəniyyəti araşdırmasını xoş görərək, bu mənada mənə heç bir məhdudiyyət qoymaması, məni bu mövzu üzərində işləməyə daha da həvəsləndirdi.
Keçid dövrünü yaşayan post-kommunist ölkələrindəki əsas məsələlərdən biri onlann öz totalitar sələflərindən miras qalan idarəetmə metodlannı dəyişib-dəyişməmələridir. Bu respublikalarda baş verməkdə olan sosial-iqtisadi dəyişikliklər istər-istəməz təhsilin idarəetməsinə də öz təsirini göstərir. Əwəllər dövlət fondundan böyük maliyyə dəstəyi alan təhsil, iqtisadi çətinliklərlə əlaqədar olaraq, bu maliyyə dəstəyindən məh-rum olmuş və bu, onlann bir çox problemlərlə qarşüaşmasına səbəb olmuşdur. Özəl universitələrin dövlətdən heç bir yardım almadan ölkədə ali