Orijinal adı: «Education Glossary»



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə23/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   19   20   21   22   23   24   25   26   ...   92
KİTAB Təhsil lüğəti

 
Əlavə imtahan (Supplementary Examination) - Əsas imtahandan sonra şagirdə (tələbəyə) 
lazımi nəticəni əldə edə bilmədiyi fənlər üzrə təkrar imtahan vermək imkanının yaradılması.
Əlçatanlıq (buraxılış, çıxış) (Access) - İnsanların ehtiyacı olan müxtəlif məlumat və xidmətləri 
qanunvericiliyə uyğun şəkildə əldə edə bilmək hüququ.
 
Əlillik (Disabilities) – Fərdin qabiliyyətlərinin inkişafı prosesinin müvafiq normalara uyğun 
gəlməməsi. Bu uyğunsuzluq özünü fiziki, ictimai, emosional, münasibət, davranış, idraki 
istiqamətlərdə göstərə bilər. 
 
Əminlik intervalı (Confidence interval) - Ümumi göstəricinin əldə ediləcəyinə əminlik 
dərəcəsinin hüdudları; həmin hüdudların müəyyən etdiyi orta göstəricidən kənarlaşmanı bildirmək 
üçün standart vahidlərlə ifadə edilən ara məsafə.
Əsas fənn (Core subject) - Tədris kursunda bütün tələbələr üçün icbari olan fənn. 
 
Əsas tədris məşğələləri (Core academics) - Orta məktəblərdə tədrisi tələb olunan fənlər. Bura 
əsasən, ana dili, tarix, riyaziyyat, kimya, fizika, biologiya və s. daxildir. 
 
Əsas tədris planı / kurikulum toplusu (Core curriculum) – Məktəblərdə bütün şagirdlər 
(tələbələr) tərəfindən öyrənilməsi tələb edilən biliklərin əsas hissəsi.
 
Əsas təhsil (Basic Education) – cəmiyyətdə yaşaya bilmək üçün qaydaların, bilik və 
bacarıqların öyrənilməsinə yönələn və bir çox hallarda məcburi olan təhsil; əmək fəaliyyətinə 
başlamazdan əvvəl alınmış və yetkinlik yaşında təhsilin davam etdirilməsinə istiqamətlənmiş 
təhsil. Müxtəlif təhsil sistemlərində əsas təhsilin müddəti fərqli ola bilər, məs., Azərbaycanda əsas 
təhsil pillələri 1- 9 və 1-11-ci siniflər hesab edilir. 
 

 
Fəal təlim - (İnteractive learning) - Şagirdlərin fəal idrak fəaliyyətinə əsaslanan və təhsil 
prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlim. “İnteraktivlik” termini 


- 17 - 
“dialoq, qarşılıqlı təsir və ya əlaqə” deməkdir; çox vaxt “interaktiv təlim metodları”, “problem-
dialoq”, “problemli”, “evristik təlim (yaradıcı təfəkkürün formalaşdırılması)” anlayışlarından da 
istifadə olunur. Fəal (interaktiv) təlim – tədrisin və idrak fəaliyyətinin təşkili və idarə olunması 
metodlarının məcmusudur. Bu təlim üçün aşağıdakı cəhətlər səciyyəvidir:
- müəllim tərəfindən şüurlu surətdə (iradi olaraq) idraki problem situasiyasının yaradılması;
- problemin həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinin stimullaşdırılması;
- şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və mənimsənilməsi 
üçün şəraitin yaradılması. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin