Orotraxeal usulla endotraxeal intubasiya



Yüklə 8,58 Kb.
tarix31.03.2022
ölçüsü8,58 Kb.
#115075
Orotraxeal usulla endotraxeal intubasiya


Orotraxeal usulla endotraxeal intubasiya
Traxeyanın intubasiyası tənəffüs yollarının keçiriciliyini etibarlı təmin edən metod olub aşağıdakı göstərişlər əsasında aparılır

a) Xəstədə qanın qaz tərkibinin (P , O2 , PacO₂) sürətlə pisləşməsi va bu fonda psixi pozğunluqların izlənməsi

b) Tənəffüsün dəqiqəlik sayının 6-dan az 40-dan çox olması, yaxud dayanması təhlükəsinin yaranması

c) Tənaffüs yollarının adekvat keçiriciliyinin başqa üsullarla təmin edilə bilməməsi, o cümlədən bronxoskopiyaya ehtiyac yaranması

d ) Ümumi anesteziya zamanı əzələ relaksantlarının tətbiqinə lüzum olması.

Kliniki ölüm, komatoz hallar zamanı traxeyanı intubasiya etmək üçün xüsusi hazırlıq tələb olunmur. Digər hallarda öncə səthi narkoz vəziyyəti yaradılır. Bu məqsədlə giriş narkozu üçün istifadə edilən preparatlardan (tiopental, etomidat, ketamin, diazepam, morfin, promedol, natrium, oksibutirat) biri və ya onların müxtəlif kombinasiyaları tətbiq edilir. Nəhayat əzələ iflic ediciləri (ditilin, arduan) hesabına miorelaksasiya yaradılır və endotraxeal intubasiya hayata keçirilir. Miastenik sindrom zamanı adətən miorelaksantlara ehtiyac yaranmır. Xəstədə dərin hipoksiya, bradiaritmiya olan hallarda giriş narkozundan öncə M-xolinolitik (atropin, metasin) yeridilir. Huşu saxlanmış xəstələrdə planlı intubasiya tənəffüs yollarına yerli anestetik (dikain, lidokain) çilənir. Endotraxeal intubasiyanı həyata keçirən zaman əl altında ağız boşluğu və udlağı işıqlandırmaq üçün vasitə (larinqoskop, fibrobronxoskop) müxtəlif ölçülü endotraxeal borular, AMBU kisəsi (respirato) və vakkum sorucusu olmalıdır.

Endotraxeal borunun haradan salınmasını nəzərə almaq şərti ilə intubasiyanın aşağıdakı yolları ayırd edilir :



  • orotraxeal

  • nazotraxeal

  • traxeostomdan keçməklə

Orotraxeal intubasiya təcrübi fəaliyyətdə daha çox tətbiq edilir, hərçənd endotraxeal borunun ağız boşluğunda uzun müddət qalması məqsədə uyğun sayılmır, çünki ağızda sanasiya tədbirlərinin aparılmasına mane olur. Bu yolla intubasiya anestezioloji təcrübədə, yəni qısamüddətli ASV zamanı seçmə üsuludur.

Traxeyanın intubasiyası larinqoskopun (fibrobronxoskopun) köməyi ilə yaxud kor-koranə aparıla bilər. Larinqoskop laringoskopiya va endotraxeal intubasiya aparmaq üçün istifadə edilən alət olub 2 hissədən dəstak və dişcikdən ibarətdir. Dişcik ağız boşluğuna yeridilir və onun ucundakı kiçik lampa işıq salaraq udlaq-qırtlaq nahiyəsini aydın görməyə imkan yaradır . Hazırda Makintos (əyri dişcik) və Millerin (düz dişcik) dişcikləri geniş yayılmışdır.

Larinqoskopun köməyi ilə traxeyanı intubasiya etmək üçün öncə xəstənin başına xüsusi vəziyyət verilir :

-Klassik vəziyyət çiyinlərin altına bərk yastıq qoymaqla yaradılır

-Ceksonun səmərələşdirilmiş vəziyyəti başın altına 6-10 sm qalınlığında bark yastıq qoymaqla əldə edilir ki, bu zaman qırtlağı daha yaxşı görmək və asan intubasiya etmək mümkün olur.

Larinqoskop sol ələ götürülür , sağ əlin baş və şəhadət barmaqlarının qayçıyabənzər hərəkəti hesabına xəstənin ağzı açılır. Larinqoskopun dişciyi ehtiyatla ağıza yeridilir, dil yuxarı və sola tərəf çəkilir(I mərhələ). Sonra larinqoskopun dişciyi dilçək və nəhayət qırtlaq qapağı aydın görünənə qədər qabağa itələnir. Əgər düz dişcik tətbiq edilirsə qırtlaq qapağı dişciyin ucu ila tutulub yuxarı qaldırılır. Əyri dişcik istifadə edilən halda onun ucu qırtlaq qapağı ilə dilin kökü arasındakı çökəkliyə yerləşdirilir və dişciyin ucunu yuxarı qaldırmaqla qırtlaq qapağı qalxır. Hər iki halda səs telləri aydın görünür (II mərhələ). Sonra larinqoskopun kanalından aparılan vizual nəzarət altında endotraxeal boru traxeyaya yeridilir və bu zaman borunun qovuqcuğu səs tellərini ötüb keçməlidir . Sonda qovuqcuğa 5-10 ml hava yeridilir, nəhayat boru dodaqlara bərkidilir (III mərhələ).



Traxeyanın intubasiyası başa çatdıqdan sonra ağciyərlərin və epiqastral nahiyənin auskultasiya edilməsi, həmçinin monitorda kapnoqrafik əyriyə nəzarət olunması endotraxeal borunun düzgün yerləşməsini müəyyən etməyə imkan verir.
Yüklə 8,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin