UYĞUNLAŞMA
İstənilən bir ictimai mühitdə, o cümlədən ailədə əsas
prinsiplərdən biri uyğunlaşma prinsipidir. Hər bir
toplumda,
eləcə
də,
ailədə
olan
fərdlər
fərqli
xüsusiyyətlərə malikdir. Həyat yoldaşı seçimində nə
qədər diqqətli olsaq da, seçdiyimiz fərddə fərqli
xüsusiyyətlərin
olması
qaçılmazdır.
Fərqli
mədəniyyətlərin tərbiyə etdiyi şəxslər arasında düşüncə,
psixologiya, əxlaq baxımından fərqlər olur. İki ailə
mədəniyyət, adət-ən`ənə baxımından bir-birlərinə nə
qədər yaxın olsalar da, onlar arasında fərqlərin
mövcudluğu qaçılmazdır. (Ayrı-ayrı millətdən olan iki
fərdin qurduğu ailənin davamsızlığı deyilənlərə sübut ola
bilər. Təbii ki, kökündən fərqli mədəniyyətlərdən
bəhrələnmiş iki şəxs olduqca çətin uyğunlaşır.
Təcrübə göstərir ki, xarici vətəndaşla ailə quran
şəxslərin xüsusi problemləri olur və onların izdivacı,
adətən, uzun çəkmir. Əlbəttə ki, istisnalar da var. Hətta
bu istisna hallarda da tərəflərdən biri o birinin əqidəsini
və mədəniyyətini qəbul edir.) Bütün bu səbəblərdən ailə
qurmuş
tərəflər
arasındakı
fərqlər
bizi
təəccübləndirməməlidir. Həyat yoldaşı seçərkən belə bir
nöqtəni nəzərdən qaçırmaq olmaz və bu seçimdə
çalışmalıyıq ki, prinsipial məsələlərdə tərəflər bir-birinə
uyğun olsunlar.
Prinsipial fərqləri olan iki nəfərin qurduğu ailə çox
çətin uyğunlaşır, bə`zən isə uyğunlaşmır.
Əlbəttə ki, bə`zən ailədə prinsipial yox, xırda
məsələlər ixtilaf yaradır. Hər halda, fərqlər azaldıqca
rabitə də möhkəmlənir. Tərəflər arasındakı fərqlərdən bir
qismi onların iste`dadları ilə bağlıdır. İste`dad fərqi isə
70
fərqli maraqlar, istəklər yaradır. Zövcələr arasındakı
fərqlərdən bir qismi də onların uzun illər boyu
formalaşmış adətləridir. Adəti atmaq isə olduqca çətindir.
Bir sözlə, tərəflər arasında fərqlər labüddür. Əgər fərqlər
qaçılmazdırsa, ailənin davamı üçün uyğunlaşmadan başqa
çarə yoxdur. Bütün toplumların, zümrələrin, eləcə də,
ailənin uyğunlaşma prinsipinə ehtiyacı var.
Dostları ilə paylaş: |