Profil dgn


BAŞQALARININ YAXŞI DOLANIŞIĞINI HƏYAT



Yüklə 440,45 Kb.
Pdf görüntüsü
səhifə61/78
tarix01.01.2022
ölçüsü440,45 Kb.
#106491
1   ...   57   58   59   60   61   62   63   64   ...   78
[kitabyurdu.org] Genc aileler ucun gosterisler

BAŞQALARININ YAXŞI DOLANIŞIĞINI HƏYAT 

YOLDAŞIMIZA NÜMUNƏ GÖSTƏRMƏYƏK 

Bə`zi xanımlar ardıcıl şəkildə başqalarının dolanışığını 

öz  ərinə  nümunə  göstərir,  bu  yolla  onu  alçaldırlar.  Belə 

bir  hərəkət  ağıl  və  ədəbdən  uzaqdır.  Qadın  tərəfindən 

daim  təhqirə  mə`ruz  qalan  ərdən  hansı  əsasla  səmimi  və 

mehriban münasibət gözləmək olar?! 

Qadın  və  kişi  birdəfəlik  olaraq  bu  sayaq  viranedici 

müqayisələrdən  əl  çəkməli,  bu  yolla  qarşı  tərəfi  incidib 

təhqir etməməlidirlər. 

Ailədə bu  sayaq  ləyaqətsiz  rəftarlara  yer  yoxdur.  Ailə 

eşq,  məhəbbət,  mərhəmət  fədakarlıq  ocağıdır  və 

səmimiyyət dolu bu ocaqda təhqirə yer verilməməlidir. 

Bə`zən  bu  müqayisə  ərlə  arvadın  ata  ailələrinə  də 

gedib  çıxır.  Tərəflərdən  hər  biri  öz  ata  evi  ilə  müqayisə 

aparır,  öz  ailəsinin  imkanlarını  və  imtiyazlarını  gözə 

çəkir.  Qarşı  tərəf  də  öz  növbəsində  yaxınlarının  tə`rifinə 

başlayır  və  nəhayət,  bu  çəkişmə  dava-dalaşla  nəticələnir. 

                                                 

21

 “Kəşfül-Ğəmmə”, c. 1, s. 465. 



 

80

Əslində  bu  sayaq  rəftarlar  tərəflərin  şəxsiyyətini 



açıqlayır.  Mə`lum  olur  ki,  bu  sayaq  fərdlər  hələ  ki 

düşüncə və ruhi yetkinliyə çatmamışlar, müştərək həyatın 

qayda-qanunlarından  xəbərsizdirlər.  Tərəflərdən  biri  öz 

yaxınlarını  tə`riflədikdə  digər  tərəf  ona  eyni  cür  cavab 

verməməli,  mə`nalı  bir  sükutla  onu  düşündürməlidir. 

Yaxınlarından danışan həyat yoldaşına anlatmaq lazımdır 

ki,  bu  sayaq  rəftar  yanlış  və  yersizdir.  Əgər  hücuma 

mə`ruz qalmış tərəf eynən qarşı tərəf kimi cavab versə və 

ya  həyat  yoldaşının  dediklərini  inkar  etsə,  iş dava-dalaşa 

gedib  çıxar  və  ailə  savaş  meydanına  çevrilər.  Belə 

məqamlarda  ər  və  arvad  münasib  bir  fürsətdə  sağlam 

söhbət  aparmaqla  qarşı  tərəfi  yanlış  mövqedən  çəkindirə 

bilərlər. 


Yüklə 440,45 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin