Profil dgn


AILƏDƏ KIŞININ MÜDIRIYYƏTININ ROLU



Yüklə 440,45 Kb.
Pdf görüntüsü
səhifə62/78
tarix01.01.2022
ölçüsü440,45 Kb.
#106491
1   ...   58   59   60   61   62   63   64   65   ...   78
[kitabyurdu.org] Genc aileler ucun gosterisler

AILƏDƏ KIŞININ MÜDIRIYYƏTININ ROLU 

Hər bir ictimai qurumun müdiriyyətə ehtiyacı var. Ailə 

də  ictimai  bir  qurumdur.  Əgər  ailədə  düzgün  müdiriyyət 

olmazsa,  onun  işləri  dolaşar,  nizam-intizam  aradan 

götürülər.  Himayə  və  müdiriyyətin  zəif  olduğu  ailələr 

müxtəlif  baxımlardan  problemə  məhkumdurlar.  Ailə 

qadının  lətafətinə,  hisslərinə,  mərhəmətinə  ehtiyaclı 

olduğu  kimi,  qüdrət,  çətinlik,  tədbir,  müdiriyyət  və 

rəhbərliyə də möhtacdır. Bu xüsusiyyətlər isə təbii və fitri 

şəkildə  kişidə  daha  güclüdür.  Ailədə  müdiriyyəti  İslam 

dini  kişinin  öhdəsinə  qoymuşdur.  Qadın  bu  müdiriyyəti 

təmkinlə  qəbul  etməlidir  ki,  ailə  işlərinin  tənzimində 

problem yaranmasın. 

Burada  zəruri  bir  nöqtəyə  işarə  etmək  lazım  gəlir: 

ailədə  müdiriyyəti  təhkim,  zor,  sərtliklə  eyni  tutmaq 

olmaz.  Bütün  ictimai  qurumlar,  o  cümlədən  ailədə 

müdiriyyət  işlərin  daha  yaxşı  idarə  olunması  və 

ixtilafların  qarşısının  alınması  üçündür.  Təəssüf  ki,  bə`zi 

kişilər  özünü  ailə-övladın  mütləq  hakimi  kimi  aparır  və 

onların  heç  bir  haqqını  tanımır.  Adətən,  belə  kişilər 




 

81

rəftarını  dəyişmək  istəmir.  Onlar  eqoizmə,  kobudluğa  o 



qədər  yer  vermişlər  ki,  bütün  tövsiyələri  qulaqardına 

vururlar. E`tiraf edək ki, bu sayaq qaba fərdlərlə birlikdə 

yaşamaq olduqca çətindir. 

Bə`zi  ailələrdə,  xüsusi  ilə  şəhərlərin  modern 

zümrələrində  vəziyyət  tamam  başqadır.  Bu  ailələrdə 

qadın kişinin rolunu əlinə almağa, ailənin idarəçiliyini öz 

öhdəsinə  götürməyə  çalışır.  Belə  bir  ruhiyyə  sağlam 

qadın  üçün  təbii  deyil  və  fitrətin  ziddinədir.  Bə`zən  də 

kişinin  müdiriyyət  zəifliyi  qadında  belə  bir  ruhiyyə 

yaradır.  Hər  halda  belə  bir  vəziyyət  nə  təbiidir,  nə  də 

qadın  və  ailənin  xeyrinədir.  Belə  rəftar  qadının  fizioloji 

və problem durumu üçün də zərərlidir. 

Ailə  üçün  yetərli  ideal  budur  ki,  qadın  və  kişi  öz 

xüsusi  vəzifəsini  yerinə  yetirsin  və  əl-ələ  verərək  ailə 

vəzifələrini  öhdəyə  götürsün.  Ailə  mübarizə  və  rəqabət 

meydanı yox, həmkarlıq və uyğunlaşma ocağıdır. 

Bə`zi  ailələrdə  isə  kişi  müdiriyyət  rolunu  əldən 

vermişdir  və  hər  kəs  azad  şəkildə  öz  yolunu  gedir.  Belə 

ailələrdə  böyüyən  qızlar  da  azaddır.  Onlar  ailə  həyatı 

qurduqdan sonra da  azadlıqlarını qorumağa  çalışırlar. Bu 

səbəbdən  də  əri  saya  saymır,  onun  istəklərinə  məhəl 

qoymurlar. Elə bu məqamda ziddiyyət yaranır. Bu fərdlər 

öz  ruhiyyələrini  islah  edib  dəyişənədək  uyğunsuzluq 

aradan qalxmır, əmin-amanlıq bərqərar olmur. 

Ailə işlərinin idarəçiliyində kişi elə bir üsul seçməlidir 

ki,  qadının  əks  reaksiyasına  səbəb  olmasın.  Yə`ni  kişi 

qadının  şər`i  hüquqlarını  qorumaqla  onda  belə  bir  inam 

yaratmalıdır  ki,  öz  baxışlarını  məcburi  şəkildə  qəbul 

etdirmək fikrində deyil. Adətən, kişinin səmimiyyəti, xoş 

niyyəti  sübuta  yetdikdə  ailədə  uyğun  problemlər 

yaranmır. 

 

82



Qadın  kişinin  müdiriyyət  rolunu  qəbul  edib  ailə 

işlərinin  idarəsində  həmkarlıq  göstərməklə  ailə  və 

övladların tərbiyəsi üçün möhkəm bünövrə qurmalıdır. 

Kişinin nəzərdən qaçırmamalı olduğu nöqtələrdən biri 

budur ki, qadın və ailənin ümumi mənafeyinə olan işlərdə 

onunla  məsləhətləşsin.  İmkan  həddində  ailənin  məsləhəti 

nəzərə  alınmalıdır.  Gerçəkdə  baxışlar  arasında  fərq  olsa 

da  məntiqi  dəlillər  arasında  müşkülün  həllinə  çalışmaq 

lazımdır.  Öz  nəzərini  ailəyə  məcburi  qəbul  etdirməkdən 

çəkinmək  lazımdır.  Ailənin  idarəsində  məsləhətli 

müdiriyyət bəhrəlidir. 

Kişinin  qəyyumluq  rolu  ailənin  ümumi  məsləhəti  ilə 

rabitəlidir, və qadının xüsusi vəzifə çərçivəsinə aid deyil. 

Kişi  evdarlıq  işlərinə  müdaxilə  etməməli,  bu  sahədə 

qadını azad buraxmalıdır. 

İctimai  bir  vahid,  o  cümlədən  ailədə  müdiriyyətin 

fəlsəfəsi  üstünlüyün  tə`mini  və  müdirin  hər  şeyə 

müdaxiləsi yox, nəzərdə tutulmuş işlərin ən üstün şəkildə 

idarəsidir. 

Əgər  kişi  bütün  bu  nöqtələri  nəzərdə  saxlasa,  yersiz 

müdaxilələrə, əmr və qadağalara yol verilməz. 

Ailə  məhəbbət,  fədakarlıq,  anlaşma  və  həmkarlıq 

məhəllidir.  Bu  prinsipə  zidd  üsullardan  istifadə  etmək 

olmaz. 



Yüklə 440,45 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin