BiSMİllahir-rəhmanir-rəHİm kitabda istifadə olunan əDƏbiyyat


NƏ ÜÇÜN FƏDƏKİ FATİMEYİ ZƏHRA (Ə)-A VERMƏDİLƏR?



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə33/47
tarix10.01.2022
ölçüsü1,08 Mb.
#106540
1   ...   29   30   31   32   33   34   35   36   ...   47
Peyqemberin-s-haqq-canishini

NƏ ÜÇÜN FƏDƏKİ FATİMEYİ ZƏHRA (Ə)-A VERMƏDİLƏR? 

Həqiqət bundan ibarətdir ki, əgər Əbu Bəkr Fədəki Zəhra (ə)-a verməklə razılaĢsaydı, 

bu iĢ Zəhra (ə)-ın xilafəti də tələb etməyinə səbəb olacaqdı. Ġbni Əbil Hədid bu məsələni 

“Nəhcül-bəlağə”yə yazdığı Ģərhində çox incəliklə bəyan edib deyir: “Mən öz müəllimim 

Əli ibni Fariqidən soruĢdum ki, Fatimənin Fədəki tələb etməsindəki iddiası yerli idimi? 

O,  “bəli”  -  deyə  cavab  verdi.  Mən  dedim:  Bəs  onda  nə  üçün  Əbu  Bəkr  Fədəki  ona 

vermədi, halbuki, Əbu Bəkr onun düz danıĢan olduğunu bilirdi!? 

O gülümsəyib (heç vaxt zarafat əhli olmadığı halda) nəcib bir cavab verərək dedi: 

 

Əgər  həmin  vaxt  Əbu  Bəkr  Fatimənin  iddia  etməsi  ilə  eyni  zamanda  Fədəki  ona 



versəydi,  sabahı  gün  gəlib  xilafəti  öz  əri  Əli  üçün  tələb  edəcəkdi,  Əbu  Bəkri  isə  öz 

məqamından  götürəcəkdi.  Bu  halda  onun  müdafiə  olunmağa  heç  bir  əsası  və  dəlili 

olmayacaqdı. Çünki, Fədəki Fatiməyə verməklə onun öz iddiasında doğruçu olduğunu da 

qəbul edəcəkdi və bu halda Ģahidə ehtiyac olmayacaqdı. 

Sonra  Ġbni  Əbil  Hədid  sözünə  əlavə  edib  deyir:  “Müəllimim  bu  sözləri  zarafatyana 

desə də, bunlar danılmaz bir həqiqətdir.”145 

KeçmiĢ  bəhslərdə  “Səhihi-Buxari”,  “Tarixi-Təbəri”,  “Əs-səvaiqül-muhriqə”  kimi 

kitablarda AyiĢədən nəql edilmiĢ hədisdə oxuduq ki, Fatimə (ə) gecə ikən dəfn edildi, Əli 

(ə)  ona  tənha  namaz  qıldı  və  Əbu  Bəkrə  də  xəbər  vermədi.  “Əs-səbətü  minəs-sələf” 

kitabının  müəllifi  “Səhihi-müslüm”,  “Sünəni-Beyhəqi”,  “MüĢkilül-Asar”  (müəllif: 

Təhavi) və “Təbəqat” (müəllif: Ġbni Səd) kitablarından nəql edib deyir: “Fatimə (ə) gecə 

dəfn edildi. Əli (ə) Əbu Bəkrə xəbər vermədi.” 

Hakim  NiĢapuri  AyiĢədən  belə  nəql  edir:  “Peyğəmbərin  qızı  Fatimə  (ə)  gecə  ikən 

dəfn  olundu.  Əli  (ə)  özü  tənha  ona  namaz  qıldı  və  Əbu  Bəkri  bu  iĢdən  xəbərdar 

etmədi.”146 

Beyhəqi AyiĢədən belə nəql edir: “Fatimə atasından sonra altı ay ömür sürdü. Vəfat 

etdikdə  isə Əli onu gecə dəfn etdi. Bu haqda Əbu Bəkrə xəbər  vermədi, özü ona tənha 

namaz qıldı.” 

Görəsən nə üçün Əli (ə) Fatimə (ə)-ı məhz gecə dəfn edib, Əbu Bəkrə xəbər vermədi? 

                                                

144

 “ġərhi-Nəhcül-bəlağə”, 16-cı cild, səh.208; “Nəhcül-bəlağə”, 45-ci məktub. 



145

 “ġərhi-Nəhcül-bəlağə”, 16-cı cild, səh.284 

146

 “Müstədrəküs-səhiheyn”, 3-cü cild; “Mərifətüs-səhabə, bəhsi. 




 

43 


Əli (ə) onların tərəfindən çoxlu vəfasızlıq, əzab-əziyyət görmüĢdü. Amma onlara qarĢı öz 

nara-zılığını  çox  da  büruzə  vermirdi.  Bütün  bunlarla  yanaĢı  Fatimə  (ə)-ın  dəfn  məra-

simini  Əbu  Bəkrə  xəbər  vermədi  və  onu  gecə  dəfn  etdi.  Çünki,  Fatimə  (ə)  özü  belə 

istəmiĢdi. Səbəbi də ondan narazı və qəzəbli olması idi. 

Ġbni Qüteybənin  nəql etdiyi rəvayətdə oxuduq ki,  Əbu Bəkr  və Ömər  Fatimə (ə)-ın 

evinə  daxil  olub,  salam  verdikdə,  Fatimə  (ə)  üzünü  divara  çevirib  onların  salamını 

almadı.  Halbuki,  bütün  müsəlman  fəqih  və  alimləri  buyurmuĢlar  ki,  salam  verən  Ģəxs 

müsəlman  olduqda  onun  cavabını  vermək  vacibdir.  Zəhra  (ə)  onlara  dedi:  “Allaha  and 

olsun,  əgər  Peyğəmbəri  görsəm  sizin  hər  ikinizdən  ona  Ģikayət  edəcəyəm!”  Sonra  Əbu 

Bəkrə dedi: “Hər namazda Allahdan, sizi mühakiməyə çəkməsini istəyəcəyəm.” 

Deməli, Zəhra (ə) Ģəhadətinə kimi onlardan narazı idi. 



 

44 



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin