Duyğular haqqında anlayış



Yüklə 249,32 Kb.
Pdf görüntüsü
səhifə6/19
tarix01.01.2022
ölçüsü249,32 Kb.
#106542
1   2   3   4   5   6   7   8   9   ...   19
Mövzu.4 İdrak proseslərinin ümumi xarakteristikası. Duyğular

İybilmə duyğuları. İybilmə duyğusu çox müxtəlif iylərin inikasından ibarətdir. 

Adətən insanlar iyləri onların xoş yaxud xoşagəlməz olması baxımından fərqləndirirlər. 

İybilmə duyğusunun reseptoru burun boşluğunun yuxarı hissəsində yerləşir. Bu hissədə 

yerləşən hüceyrələr müxtəlif  iylərə qarşı çox həssas olur. Cisimlərin havada uca bilən 

mikroskopik hissəcikləri hava ilə birlikdə burun boşluğuna daxil olur və reseptorlara 



 

 

 



 

təsir edir. Beləliklə də iybilmə duyğusu əmələ gəlir. 



Dadbilmə duyğuları. Müxtəlif maddələrin suda, yaxud tüpürcəkdə həll olunması 

nəticəsində  onların  ağız  boşluğunda  dad  reseptorlarına  təsiri  zamanı  əmələ  gəlir. 

P.P.Lazarevin nəzəriyyəsinə görə, ağız boşluğunda dörd növ dad reseptorları yerləşir. 

Elə bu reseptorlar da dörd növ dad duyğusunun yaranmasına səbəb olur: şirinlik, acılıq, 

duzluluq, turşluluq duyğuları. 

Dilin  selikli  qişasının  müxtəlif  sahələrinin  həm  eyni,  həm  də  müxtəlif  dad 

qıcıqlandırıcılarına  həssaslığı  cürbəcürdür.  Məsələn  adamın  dilinin  ucu  şirinə,  ətrafı  

turşuya, kökü acıya daha həssasdır. 




Yüklə 249,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin