Elnur
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları
99
Çovdar barit yatağı
Çovdar barit yatağı Daşkəsən filiz rayonunun şimal-qərb
hiss
əsində Çovdar qızıl yatağının ətrafında, Çovdar antiklinalının
c
ənub-qərb qanadında yerləşir. Burada üst bayos və bat yaşlı
süxurlar, şimal, şimal-qərb istiqamətli çat sistemi ilə kəsilmişdir.
Bu çatların əmələ gəlməsi, bat vulkanizminin fəaliyyətinin
z
əifləməsi vaxtına təsadüf edir. Ona görə də bu çatların çoxu açıq
olmuş, onlar ya dayka tipli subvulkanlarla, ya da subvulkanlardan
ayrılmış hidrotermal məhlullar hesabına əmələ gəlmiş barit
damarları ilə dolmuşdur. Bəzən eyni çatda həm dayka, həm də
barit damarı qeyd olunur.
Çovdar yatağının damarları böyük məsafəyə (bəzən 1,0 km.-dən
artıq) izlənilməklə, həm də böyük qalınlığa (bəzən 1,5-2,0 m.)
malikdirl
ər. Ona görə də Kiçik Qafqazın «barit zolağında» ilk
n
əzəri cəlb edən bu yataq olmuşdur. Yataqda dəfələrlə axtarış və
k
əşfiyyat işləri aparılmış və onun ehtiyatları dəfələrlə yenidən
hesablanmışdır. 1931-ci ildən 1963-cü ilə qədər aparılmış geoloji-
k
əşfiyyat işləri nəticəsində Çovdar yatağında A, B, C
1
v
ə C
2
kateqoriyaları üzrə cəmi 357,5 min. ton barit ehtiyatı
hes
ablanmışdır.
1955-ci il
ə kimi bu ehtiyatın 225,3 min. tonu çıxarılmışdır,
bundan sonra yataq konservasiya olunmuşdur. 1972-ci ildə Dövlət
Ehtiyatlar Komissiyası Çovdar yatağının qalıq ehtiyatını
araşdırmış və 132,2 min. ton olması müəyyənləşdirilmişdir.
Bu ehtiyatdan 32,0 min. tonu B-
kateqoriyasına, 23,0 min. tonu
C
1
kateqoriyasına və 44,2 min. ton isə C
2
kateqoriyasına aid
olmuşdur. Dövlət komissiyası 6598 №-li protokola əsasən Çovdar
yatağının qalıq ehtiyatlarını dövlət balansından silmişdir. Buna
baxma
yaraq Çovdar yatağında bunda sonra 2 dəfə axtarış işləri
aparılmışdır.
1986-1990-
cı illərdə G. Quliyev və K. Həsənov Çovdar
yatağında axtarış işləri aparmaqla, onun proqnoz resursların 1,372
min.
ton miqdarında qiymətləndirmişlər.
|