göstərdi ki, bu vahidlərin dildə işlənməsinin qədim tarixi vardır. Konkret
razlılığa yönəldilməsi, poetik ifadə vasitəsi kimi, bir tərəfdən, dilin ruhu, tə-
21
biəti, daxili imkanları, sözlərdəki məna rənginliyi, dilin tarixi, siyasi-ictimai
inkişaf mərhələlərində qazandığı ənənə, digər tərəfdən, klassik şairlərimizin
biliyi, zəkası, dünya görüşü, bədii təfəkkürü və yüksək sənətkarlıqları ilə bağ-
lıdır.
«Klassik poeziya qiymətli astronomik-kosmoloji informasiyalar
daşıması baxımından da çox qiymətli, həm də maraqlı məxəzdir. Bu əsərlərin
məxəzlərin müəlliflərinin istedadının çoxcəhətliliyi, idrakının dərinliyi
insanda heyrət və heyranlıq doğurur. Klassik poeziyamızın görkəmli
nümayəndələri olan müdrik insanlar təbiətlə kosmos, insanla kosmos
arasındakı ierarxik nizamı görürdülər» [27. S. 205].
Beləliklə, bədii ədəbiyyatdan, xüsusilə klassiklərdən onomastik
vahidlərin toplanması, tədqiq edilməsi, xalqın yaddaşında əsrlərdən bəri həkk
olmuş, müasir dilimiz üçün bəlkə də unudulmuş, lakin dilimizin tarixi,
xalqımızın mədəniyyəti, etnoqrafiyası üçün çox qiymətli olan faktları üzə
çıxarmaq, öz tarixi ilə bağlamaq baxımından böyük əhəmiyyətə malikdir.
Çünki onomastik vahidlər, xüsusilə toponimlər, antroponimlər, etnonimlər
xalqı soy kökü, qədim tarixi ilə bağlayan ən möhtəbər mənbələrdəndir.
Dostları ilə paylaş: