N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u


Ondan qorx, bundan qorx… Ona yaltaqlan, buna yaltaqlan



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə59/94
tarix31.12.2021
ölçüsü0,92 Mb.
#112473
1   ...   55   56   57   58   59   60   61   62   ...   94
Turkologiya-2011-2

Ondan qorx, bundan qorx… Ona yaltaqlan, buna yaltaqlan [4. S. 101]; Q ö 

n  ç  ə.  Bilmirəm…  Bəlkə  mən  tamam  başqa  cür  yaşadığım  üçün  belə  dü-



şünürəm… Bəlkə mən o həyatın ləzzətini, sirrini dərk edə bilmirəm?  [4. S. 

96]. 



 

46 


 İ.  Əfəndiyevin  dramlarının  dilindəki  müxtəlif  quruluşlu  sintaktik 

təkrarlar  mətnin  struktur-semantik  bütövlüyünü  təmin  edir.  Mətnin 

komponentlərini  əlaqələndirir,  mikromətnlərin  qapanmasında,  örtülməsində 

əsas  rol  oynayır.  Bu  cür  təkrarlar  personajın  nitqini  təşkil  edən  mətnin 

semantikasını  açır,  müxtəlif  münasibətləri  meydana  çıxarır.  Təkrarlar 

qapalılıq  keyfiyyətinə  malik  olduğu  üçün  sintaktik  konstruksiyaları  dövrəyə 

alır.  Təkrar  olunan  elementlər  leksik  və  sintaktik-semantik  münasibətləri 

təmin edir, tematik-rematik bağlılığın xarakterini açır [5. S. 38]. 

 

 Beləliklə,  İ.  Əfəndiyevin  dram  əsərlərinin  dilində  təkrarlar  bir  sistem 



təşkil  edir.  Xalq  dilinin  strukturundan  çıxış  edən  dramaturq  yaratdığı 

personajların nitqində aşağıdakı tip təkrarlara müraciət etmişdir: ana anadır



qız  qızdır,  gəliş  gəlmək,  gedəndə  getsin,  gələndə  gəlsin,  baxmırlar  ki

baxmırlar,  gələndə…  gəlməyəndə,  yalançının  yalançısı,  artırmağına  artıra 

bilərikgedəndə də gedərsinizqayıdanda qayıdarıqçatdırarıq çatardeyirlər 

qoy  desinlər,  öküzsən,  öküz,  öküz  gəldin,  öküz  də  gedəcəksən,  qəribənin 

qəribəsidir,  kor-kor,  gör-gör  və  s.  Bu  və  ya  digər  təkrar  növləri  semantik 

çalarları gücləndirir, mətnin emosionallığını təmin edir. 




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin