79
TÜRKOLOGİYA
№ 2 2011
P E R S O N A L I А
ƏLİZADƏ AFİNA CAVAD QIZI
(Anadan olmasının 80 illiyi)
Görkəmli alim, filologiya elmləri
doktoru Afina Cavad qızı Əlizadə 1930-cu
ildə Salyanda anadan olmuşdur. Orta
məktəbi bitirdikdən sonra Azərbaycan
Pedaqoji İnstitutunun (indiki ADPU) dil və
ədəbiyyat fakültəsinə daxil olmuş, 1953-cü
ildə oranı bitirmişdir. Filologiya fakültəsini
bitirdikdən sonra Azərbaycan SSR EA-nın
Nizami adına Ədəbiyyat və Dil İnstitutunda
dilçiliyin ən ağır, ən mürəkkəb sahəsi olan
dil tarixi şöbəsində əvvəlcə laborant, daha
sonra elmi işçi kimi fəaliyyət göstərməyə
başladı. Artıq yarım əsrə yaxındır ki, dil-
çiliyin aktual problemlərini tədqiq et-
məkdədir. Bu müddət ərzində «Azərbaycan
dilinin kəmiyyəti kateqoriyası: (XIV–XVII
əsrlərin materialları əsasında)» mövzusunda
namizədlik dissertasiyasını, 1998-ci ildə
isə «XX əsrin əvvəllərində Azərbaycan
ədəbi dilinin elmi üslubu» mövzusunda
doktorluq dissertasiyasını müdafiə etdi.
Əsər Azərbaycan ədəbi dili və elmi
üslubunun təşəkkül tarixinə, XX əsrin
əvvəllərində elmi üslubun inkişaf
meyillərinə, elmi əsərlərin leksik və
qrammatik
xüsusiyyətlərinə
həsr
edilmişdir. Azərbaycan dilçiliyində ilk
dəfə olaraq müxtəlif elm sahələrinə
(riyaziyyat,
tibb,
kimya,
tarix,
coğrafiya)
dair
tarixən
yazılmış
əsərlərin dilini araşdıraraq bu üslubda
ədəbi
dilin
funksional
üslublar
sistemində yerini, təşəkkül tarixini, elmi
üslubun
ədəbi
dilin
normasına
çevrilmək
imkanlarını,
elmi-fikrin
dəqiq və səlis ifadəsi üçün cümlələrin
xarakterini və həmin prosesdə elmi
əsərlər yazan şəxsiyyətlərin rolunu açıb
göstərdi və müəyyən etdi.
A. Əlizadə bütün ömrünü xalqın
varlıq meyarı olan dilin tarixinin elmi
axtarışına sərf etmişdir. «Azərbaycan
ədəbi dili tarixi: (sovet dövrü)» (Bakı,
1968), «Azərbaycan dilinin tarixi
qrammatikası», «Azərbaycan dilinin
tarixi lüğəti», «“Kitabi-Dədə Qorqud”
dastanının izahlı lüğəti» (Bakı, 1999),
80
«Füzulinin poetik əsərlərinin izahlı lüğəti»
kimi əsərlərin yazılışında fəal iştirak
etmişdi. Bundan başqa o, 1997-ci ildən çapa
hazırlanmaqda olan üçcildlik böyük həcmli
«Azərbaycan dili tarixi» əsərinin də əsas
müəlliflərindən biridir.
A. Əlizadənin elmi fəaliyyəti dil
tarixinin şöbəsinin kollektiv tədqiqatlarında
iştirak etməklə məhdudlaşmamışdır. O,
dilçiliyin ayrı-ayrı problematik məsələləri ilə
bağlı 160-dan artıq elmi məqalənin müəllifidir.
Elmi axtarışlarında qatı açılmamış mədəniyyət
tariximizin müəyyən əsrlərində yazıya alınmış
abidələrinin dilini tədqiq etmişdir. Bu cəhətdən
M. Kaşğarinin «Divanü lüğat-it-türk» əsərinin
dil haqqında, «Kitabi-Dədə Qorqud toplusu»
(Bakı,
1999),
eləcə
də
«AMEA-nın
Xəbərləri»ndə, «Sovetskaya türkologiya» və
«Türkologiya» jurnallarında tədqiqləri elmi
dəyəri ilə diqqəti cəlb edir. Belə bir faktı da
xüsusi vurğulamaq lazımdır ki, göstərilən
abidələr, yalnız türk dilinin və ədəbiyyatının
deyil, eləcə də türk tarixinin mədəniyyətinin
araşdırılması və öyrənilməsi üçün misilsiz
mənbə və sonsuz qaynaq rolunun oynayan
əsərlərdir. Bu əsərlərlə bağlı A. Əlizadə bir
sıra beynəlxalq, eləcə də respublikamızda ke-
çirilən elmi-nəzəri konfranslarda, İ. Nəsimi,
M. Füzuli, Mirzə Kazım bəy, Ü. Hacıbəyov,
N. Nərimanov və b. dahilərin yaradıcılıqları ilə
bağlı toplantılarda maraqlı məruzələrlə çıxış
etmişdir. Dil tarixinin yorulmaz tədqiqatçısı
olmaqla yanaşı, öz işinin sözün həqiqi
mənasında vurğunudur. O, dilimizin qədim
abidələri ilə bağlı silsilə məqalələr yazmışdır.
Dilçi alim elmi axtarışlarında anadilli
yazılı abidələrin tədqiqinə xüsusi yer
ayırmaqla yanaşı, orta əsrlər Azərbaycan şair
və yazıçılarının əsərlərinə müraciət edərək bu
sahədə aktuallıq kəsb edən məsələləri tədqiqat
obyektinə çevirmişdir. Füzuliyə həsr
etdiyi elmi əsərlərində Azərbaycan bədii
dilinin inkişafında və elmi üslubunun
formalaşmasında Füzulinin yeni mərhələ
açdığını və xüsusi mövqeyi olduğunu,
şairin xalqın söz xəzinəsindən ustalıqla
istifadə etdiyini qeyd edərək, onun dilində
işlənmiş sözlərin leksik-semantik və fo-
noloji təhlilini aparmışdır.
A. Əlizadə özünə və işinə qarşı
hər zaman ciddi və tələbkar alimdir. O,
Azərbaycan dilinin tarixinin bu və ya
digər problemlərini tədqiq edərkən
bununla
əlaqədar
isə
ümumtürk
kontekstində yanaşan, ən kiçik lüğəvi
vahidin araşdırılmasında belə onlarla
türkdilli qaynaqları tədqiqata cəlb
edərək, əlyazmaları zərgər dəqiqliyi ilə
öyrənən, tədqiq edən alimlərimizdəndir.
Bir türkoloq, bir dilçi alim kimi türk
dillərinin tarixi üçün əvəzsiz xəzinə
olan, müasir türk dillərinin inkişaf pro-
sesini təhlil etmək, onların keçib gəldiyi
yolu düzgün müəyyənləşdirmək üçün
elmi əhəiyyətə malik ən mühüm
mənbələrdən biri Mahmud Kaşğarinin
«Divanü
lüğat-it-türk»
əsərinin
dilçiliyin
müxtəlif
aspektlərindən
tədqiqata cəlb etmiş və bir sıra dəyərli
elmi məqalələr yazmışdır.
Yorulmaz tədqiqatçı Azərbaycan
dilinin sistemli və əsaslı şəkildə elmi
tədqiq edən, XIX əsrin böyük alimi, rus
və Avropa şərqşünaslığının görkəmli nü-
mayəndələrindən olan ilk azərbaycanlı
professor Mirzə Kazım bəyin irsinə alim
həssaslığı ilə yanaşaraq, elmi əsərlərində
M. Kazım bəyin Azərbaycan dilinin
tədqiqindəki xidmətlərini araşdırmış,
onun «Türk-tatar dilinin ümumi qram-
81
matikası» əsərini müxtəlif yönlərdən linqvistik
tədqiqata cəlb etmişdir.
A. Əlizadə bir sıra respublika və
beynəlxalq səviyyəli konfrans və sim-
poziumlarda Azərbaycan dili tarixinin ən
aktual problemlərinə həsr olunmuş geniş
məruzələrlə çıxış etmişdir. Onun Füzulinin
500 illik, «Kitabi-Dədə Qorqud» dastanının
1300 illik, YUNESKO-nun
xətti ilə keçirilən Mirzə Kazım bəyin 200
illik, I Türkoloji qurultayın 80 illik yubi-
leylərinə həsr olunmuş konfranslardakı də-
rin məzmunlu məruzələri həmişə böyük
maraqla qarşılanmışdır.
Görkəmli alimin yüksək ixtisaslı
kadrların yetişdirilməsində də böyük
xidməti var. Hazırda A. Əlizadə
AMEA-nın Nəsimi adına Dilçilik İnsti-
tutunun nəzdində filologiya elmləri
doktoru və elmlər namizədi alimlik
dərəcəsi
verən
ixtisaslaşdırılmış
müdafiə şurasının üzvüdür. O, yalnız
ölkəmizdə deyil, onun hüdudlarından
çox-çox
uzaqlarda
beynəlxalq
simpoziumlarda,
elmi
sessiyalarda
iştirak etmiş, Azərbaycan dilçiliyini
ləyaqətlə təmsil etmişdir.
SAYALI SADIQOVA,
SOLMAZ SÜLEYMANOVA
Dostları ilə paylaş: