20. İqtisadi artım və səmərəlilik
İ
stehsalın səmərəliliyi və iqtisadi artım bir-biri ilə sıx əlaqəlidir. Belə ki, məhsul və
xidmətlərin əvvəlki dövrə nisbətən kəmiyyət və keyfiyyətcə artması istehsalın səvərəliliyinin
nəticəsidir. Onun yüksəldilməsi elmi texniki tərəqqinin nailiyyətlərindən geniş istifadə
edilməsindən iqtisadi ehtiyatlardan qənaətlə istifadə olunmasından, aztullantılı texnologiyaların
tətbiq edilməsindən və iqtisadiyyatda quruluş dəyişikliklərinin həyata keçirilməsi və s.
amillərdən asılıdır. Istehsalın səmərəliliyi, əmək məhsuldarlığı, fond verimi və fond tutumu
göstəriciləri ilə müəyyən olunur. Əmək məhsuldarlığı məcmuu məhsulun maddi istehsal
sahəsində çalışanların sayına nisbəti, fond verimi, milli gəlirin əsas və istehsal fondlarının orta
illik dəyərinə və dövriyyə vəsaitlərinə olan nisbəti, fond tutumu isə əsas istehsal fondlarının və
dövriyyə vəsaitlərinin orta illik dəyərinin milli gəlirə olan nisbəti kimi ölçülür. Istehsalın
səmərəliliyinin iqtisadi və sosial iqtisadi növləri vardır. Iqtisadi səmərəlilik az xərc çəkməklə
daha yüksək nəticənin əldə edilməsidirsə, sosial iqtisadi səmərəlilik ətraf mühitə və insanların
11
sağlamlığına zərər vurmadan az xərclə daha çox nəticənin əldə olunma prosesidir. Beləliklə,
iqtisadi artımın səmərəliliyi ölkədə istehsal olunan əmtəə və xidmətlərin keyfiyyətinin, rəqabət
qabiliyyətinin yüksəldilməsi yeni-məhsullar istehsalının mənimsənilməsi ölkənin sahə və
regionlarında iqtisadi ehtiyatların bölgüsü strukturunun yaxşılaşdırılması, insan kapitalına
investisiyaların artması, infrastruktur sahələrin inkişafı və s. vasitələrlə nail olmaq olar.
Dostları ilə paylaş: |