43. Qiymətli kağızların məzmunu və funksiayları.
İqtisadiyyatın ümumi vəziyyəti qiymətli kağızlar bazarından əhəmiyyətli dərəcədə
asılıdır. Qiymətli kağızların buraxılması istehsal və kommersiya fəaliyyətinin
genişlənməsində kreditlərin cəlb edilməsi işinin mürəkkəbləşməsi ilə bağlıdır. Belə ki,
istehsalın inkişaf etdirilməsi və genişləndirilməsi üçün bir neçə şəxsin vəsaiti kifayət
etmir. Bunun üçün daha çox sayda sahibkarın və digər şəxslərin maliyyə vəsaitlərinin
səfərbər edilməsi lazım gəlir. Qiyməli kağızları almaq pul kapitalının bir hissəsini borca
vermək deməkdir. Qiymətli kağızların mühüm keyfiyyəti onların likvidliyi (yəni istənilən
anda pula çevrilə bilmək) və ölkədə olan sərbəst pul vəsaitlərinin iqtisadiyyatın müxtəlif
sahələrinə cəlb edilməsidir. Qiymətli kağızlar əmlak hüquqlarını və borc münasibətlərini
təsdiqləyən pul sənədidir. Qiymətli kağızlara səhmlər, istiqrazlar, veksellər, sertifikatlar
və s. aiddir, nağd və nağdsız formada buraxılır. Qiymətli kağızlar sərbəst pul vəsaitlərinin
səfərbərliyə alınması, iqtisadiyyata investisiyaların cəlb edilməsi, investorlara qiymətli
28
kağızlar haqqında məlumat verilməsi, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi,
iqtisadiyyatın iformasiya təminatı, açıq bazarlarda əməliyyatlar aparmaqla pul kredit
sisteminin tənzimlənməsi və s. funksiyalar həyata keçirirlər. Qiymətli kağızların meydana
gəlməsi nəticəsində kapitalın ikiləşməsi baş verir. Bir tərəfdə real kapital, yəni istehsal
fondları formasında olan kapital, digər tərəfdə isə onların qiymətli kağızlar formasında
ifadələri mövcud olur.
Dostları ilə paylaş: |