90
daimi donma xəritələrinin tərtibi üçün yaradılır. Qeyd etmək
lazımdır ki, kosmik şəkillərin geokrioloji interpretasiyasının
spesifikası deşifrələnmələrin və hesablama üsullarının birgə
tətbiqi ilə bağlıdır. Bu zaman landşaft deşifrələnməsinin nəticəsi
həm hesablama vaxtı ilkin məlumatların alınması üçün, həm də
onun nəti-cələrinin qiymətləndirilməsi korrelyasiyası üçün
istifadə edilir.
Hidrogeoloji tədqiqatlarda kosmik informasiyanın dəyəri
ondan ibarətdir ki, distansion zondlamanın materialları
tədqiqatçılara yeraltı suların dinamikasına təsir göstərə bilən
sturuktur (plikativ və dizyunktiv) formaların yerinin təyinində
kömək edir.
Dostları ilə paylaş: