Xronik hemofilik artropatiya
Xronik hemofilik artropatiya – qansızmanın ağırlığından və
müalicəsindən asılı olaraq həyatın ikinci onilliyindən başlayaraq
(bəzən daha tez) istənilən vaxt formalaşa bilər. Bu proses hemartroz
zamanı oynağın qığırdaq toxumasının qanla təmasından sonra
başlanır və tez-tez təkrarlanan hemartroz, keçib getməyən xronik
sinovit zamanı güclənir. Bütün bunlar geridönməyən oynaq
zədələnmələrinə səbəb olur. Qığırdaq toxuması yeyildikcə proqressiv
artrit formalaşır. Bura daxildir:
►
yumşaq toxumaların ikincili kontrakturası
►
əzələlərin atrofiyası
►
anqulyar deformasiyalar
Deformasiya kontraktura ilə ağırlaşa bilər, bu da əzələ
qansızmaları və ya nevropatiyadan sonra müşahidə oluna bilər.
Adətən, hərəkət məhdudluğu və bükücü kontrakturaya rast gəlinir ki,
bu funksionallığın daha əhəmiyyətli itkisinə gətirib çıxarır.
Oynaqda hərəkət və ağırlıq gəzdirmə həddən artıq ağrılı ola bilər.
Ağrını müvafiq ağrıkəsici vasitələrlə idarə etmək lazımdır. Artrit
zamanı ağrını azaltmaq üçün SOG-2 inhibitorları istifadə eləmək olar
Dostları ilə paylaş: |