İxtiyari diqqətdən sonrakı diqqət isə iki mərhələyə ayrılır. Birinci mərhələdə
məqsədə müvafiq olaraq fəaliyyəti yerinə yetirmək üçün iradi səy göstərilir, ikinci
mərhələdə isə işlə maraqlanmağa başlayır və bu zaman iradi səy vasitəsiz maraqla
əvəz olunur.
4. Əlavə maraqların yaranması.
Diqqətin 5 əsas xüsusiyyəti ayırd edilir: diqqətin mərkəzləşməsi, davamlılığı,
həcmi, keçirilməsi və paylanması. Diqqətin mərkəzləşməsi dedikdə şüurumuzun
müəyyən bir obyektə yönəlməsi və başqalarından uzaqlaşması başa düşülür.
Diqqətin davamlılığı dedikdəümumi bir məqsədə tabe olan obyektlər üzərində
uzun müddət və fasiləsiz olaraq saxlanılması başa düşülür. Diqqətin həcmi dedikdə
eyni vaxtda əhatə olunmuş,aydın dərk olunan obyektlərin miqdarı başa düşülür.
Diqqətin keçirilməsi onun şüurlu surətdə bir obyektdən digər obyektə, bir
fəaliyyətdən digər fəaliyyətə keçirilməsidir. Diqqətin keçirilməsi məqsədli
prosesdir.
|