Diqqət və hafizənin psixologiyasi 1



Yüklə 495,95 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix31.12.2021
ölçüsü495,95 Kb.
#113594
1   2   3   4   5   6   7   8
III DİQQƏT HAFİZƏ-converted

Diqqətin  yayınması  onun  hazırda  qarşıda  duran  məqsədləəlaqədar  olmayan  cisim 

və hadisəüzərinə yönəlməsində ifadə olunur. Diqqətin əsas xüsusiyyətlərindən biri 

də  onun  dalğınlığıdır.  Dalğınlıq  əqli  fəaliyyətlə  məşğul  olanlarda  özünü  biruzə 

verir.  


         Hafizə  şəxsiyyətin  psixi  həyatının  əsasıdır.  Odur  ki,  insan  hafizəsinin 

qanunlarının  öyrənilməsi  psixoloji  elmlərin  çox  mühüm  bölmələrindən  biridir. 

Məlumdur ki, bizim hər bir hissimiz, yaşantılarımız, hərəkətlərimiz müəyyən izlər 

qoyurlar  ki,  bu  uzun  müddət  saxlanılır,  müvafiq  şəraitdə  yenidən  təzahür  edir  və 

şüurun  predmeti  olur.  Ona  görə  də  hafizə  dedikdə,  keçmiş  təcrübənin 

nəqşləndirilməsi,  yadda  saxlanması  və  yada  salınması  başa  düşülür.  Bu  insana 

imkan  verir  ki,  informasiya  toplasın,  keçmiş  təcrübənin  izləri  ilə  bu  təcrübəni 

doğuran  hadisə  yox  olduqda  da  iş  aparıla  bilsin.  Hafizə  hadisələri  eyni  dərəcədə 

emosional  sahəyə  və  qavrayış  sahəsinə,  hərəki  proseslərin  və  intellektual 

təcrübənin möhləmləndirilməsinə də aiddir.  

Hafizənin  insan  həyatında  və  fəaliyyətindəəhəmiyyəti  olduqca  böyükdür.  Əgər 

hafizə  olmasaydı  hər  şey  insana  həmişə  yeni  görünərdi.  Hafizə  olmasaydı  insan 

“əbədi  olaraq yeni doğulmuş uşaq vəziyyətində qalardı.”(İ.Seçenov).  Bütün psixi 

proseslərin ən mühüm xarakteristikası olan hafizə insan şəxsiyyətinin validliyini və 

tamlığını təmin edir.  

       Hafizənin növlərini ayrı-ayrı meyarlara görə təsnif etmək olar:  

1. Genetik meyara, yəni mənşəyinə görə hafizənin 4 növünü qeyd etmək olar: 1) 

surət hafizəsi və ya obrazlı hafizə (ardıcıl surətlər, əyani (eydetik) surətlər, 

təsəvvür surətləri); 2) hərəkət hafizəsi; 3) emosional hafizə; 4) sözlü-məntiqi 

hafizə.  

Hərəkət  hafizəsi  müxtəlif  hərəkətlərin  və  onların  sisteminin  yadda  saxlanılması, 

hifz olunması və yada salınmasıdır.  



Surət  hafizəsi  gerçəkliyin  cisim  və  hadisələrinin  keçmişdə  qavramış  olduğumuz 

surətlərinin yadda saxlanılması, hifz edilməsi və yada salınmasıdır.  



Emosional  hafizə  yaranmış  hisslərin,  şəxsi  emosional  vəziyyətin  və  affektlərin 

yadda saxlanılması və yada salınmasıdır.  

2.  Fəaliyyətin  məqsədindən  və  hafizənin  ixtiyari  surətdə  tənzimedilmə 

səviyyəsindən  asılı  olaraq  hafizənin  qeyri-ixtiyari  və  ixtiyari  növlərini 

fərqləndirirlər.  

Sözlü-məntiqi  hafizə  fikirlərin,  anlayışların  yadda  saxlanılması,  hifz  edilməsi  və 

yada salınmasından ibarətdir.  

Əgər bu və ya digər materialın yadda saxlanması, xatırlanması üçün qarşıya xüsusi 

məqsəd qoyulmursa və onlar sanki öz-özünə, müəyyən yol və vasitələrdən istifadə 




Yüklə 495,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin