64
sözlərinizə gəlincə, diqqət etmədən atalarınıza tabe olaraq, onların səhv sözlərini
bəyan etdiniz. Çünki əvvəlcədən şiənin İslami bir məzhəb olduğunu və Xatəmul-
ənbiyanın (s) Allahın əmriylə ümmətin qarşısında qoyduğu bir yol olduğunu sabit
etdik. Biz o həzrətin (s) əmrinə görə, Əmirəl-möminin həzrət Əli (ə) və pak Əhli-
beytinə (ə) bağlanırıq. Bizə verilən əmrə uyğun əməl edirik və özümüzü haqq
bildiyimizdən, qurtuluşa yetişəcəyimizə inanırıq.
Siyasətçilərdir Rəsulallan (s) ən kiçik bir göstərişi olmadan və Onun əmrinə
uyğun olmayan Səqifə iclasını təşkil edənlərdir, Onlar həzrət Peyğəmbərin (s)
xəttində və hər şeydən pak Əhli-beytə (ə) bağlı olan kəslər deyildilər. Çünki Əhli-
beytə (ə) bağlanmaq üçün O həzrətin (s) bilavasitə özündən göstəriş vardır və
etibarlı kitablarınızda da zikr olunmuşdur. Lakin Səqifə və Səqifə əhlinə bağlanaq
xüsusunda Rəsuli-əkrəm (s) tərəfindən qətiyyən heç bir göstəriş sadir olamışdır.
İranlıların Əmirəl-möminin Əlinin (ə) və mütəhhər Əhli-beytinin (ə) vilayət
məqamlarına diqqət etmələrinə gəlincə, əhli-sünnətdən olan qardaşlar ya inad və
təəssüb üzündən, ya düşünmədən, ya da heç bir araşdırma aparmadan, keçmiş ata-
babalarının adətinə bağlanaraq hökm vermişlər. Beləcə, əhli-sünnətin kitablarını
mütaliə edən digər yazarlar da yanlışlığa qapılmışlar. Belə məşhur bir atalar sözü
vardır: Tək başlarına hakimin yanına gedib, sevinclə döndülər. Onlar iranlıların
siyasi məqsədlərə görə haqq olan şiə məzhəbini seçdiklərini səhvən düşünmüşlər.
Həqiqətən, iranlıların Əmirəl-möminin Əliyə (ə) və o həzrətin (ə) Əhli-
beytinə (ə) olan maraq və sevgilərinin əsl səbəbini adət və
təəssübdən uzaq duraraq
öyrənək istəməmişlər və ya dərin bir şəkildə düşünüb diqqət etməmişlər. Bir az
düşünüb diqqət etsəydilər, həqiqətə tez yetişərdilər.
Əgər bir kəs və ya bir cəmiyyət bir işi siyasət məqsədi ilə etmiş olarsa, o iş
müvəqqətidir; nəticə əldə edib hədəfə yetişdikdən sonra gəldikləri eyni yolla da
geri dönərlər. Onlar şiə kimi min il o əqidədə sabit qalmaz, bu yol uğrunda
canlarını verməz, şiə kimi bayrağını qanlarıyla qorumaz və «La ilahə illəllah
Məhəmmədun (s) Rəsulallah»dan sonra «Əliyyun (ə) vəliyyullah» kəlməsini
söyləyərək, iftixar etməzlər.
66
Salman Farsinin belə xalis şiə olmasının səbəbi həzrət Əli (ə) haqqında
eşitdiyi ayə və Rəsulallahın (s) sözləri idi. Çünki dəfələrlə Rəsulallahın (s) belə
buyurduğunu eşitmişdi:
«
Əliyə itaət edən mənə, mənə itaət edən isə, Allaha itaət etmişdir; Əliyə
Dostları ilə paylaş: