İRANLILARIN DİYALEME QAZAN XAN VƏ XUDABƏND
ŞAHIN ZAMANINDA ŞİƏ OLMALARININ SƏBƏBİ
Lakin «şiə məzhəbi siyasi bir məzhəbdir», «məcusi iranlılar siyasətdə
ərəblərin əsarətindən və səltənətindən uzaqlaşmaq üçün bunu qəbul etmişlər»
1
Cild: 1, səh: 172
64
sözlərinizə gəlincə, diqqət etmədən atalarınıza tabe olaraq, onların səhv sözlərini
bəyan etdiniz. Çünki əvvəlcədən şiənin İslami bir məzhəb olduğunu və Xatəmul-
ənbiyanın (s) Allahın əmriylə ümmətin qarşısında qoyduğu bir yol olduğunu sabit
etdik. Biz o həzrətin (s) əmrinə görə, Əmirəl-möminin həzrət Əli (ə) və pak Əhli-
beytinə (ə) bağlanırıq. Bizə verilən əmrə uyğun əməl edirik və özümüzü haqq
bildiyimizdən, qurtuluşa yetişəcəyimizə inanırıq.
Siyasətçilərdir Rəsulallan (s) ən kiçik bir göstərişi olmadan və Onun əmrinə
uyğun olmayan Səqifə iclasını təşkil edənlərdir, Onlar həzrət Peyğəmbərin (s)
xəttində və hər şeydən pak Əhli-beytə (ə) bağlı olan kəslər deyildilər. Çünki Əhli-
beytə (ə) bağlanmaq üçün O həzrətin (s) bilavasitə özündən göstəriş vardır və
etibarlı kitablarınızda da zikr olunmuşdur. Lakin Səqifə və Səqifə əhlinə bağlanaq
xüsusunda Rəsuli-əkrəm (s) tərəfindən qətiyyən heç bir göstəriş sadir olamışdır.
İranlıların Əmirəl-möminin Əlinin (ə) və mütəhhər Əhli-beytinin (ə) vilayət
məqamlarına diqqət etmələrinə gəlincə, əhli-sünnətdən olan qardaşlar ya inad və
təəssüb üzündən, ya düşünmədən, ya da heç bir araşdırma aparmadan, keçmiş ata-
babalarının adətinə bağlanaraq hökm vermişlər. Beləcə, əhli-sünnətin kitablarını
mütaliə edən digər yazarlar da yanlışlığa qapılmışlar. Belə məşhur bir atalar sözü
vardır: Tək başlarına hakimin yanına gedib, sevinclə döndülər. Onlar iranlıların
siyasi məqsədlərə görə haqq olan şiə məzhəbini seçdiklərini səhvən düşünmüşlər.
Həqiqətən, iranlıların Əmirəl-möminin Əliyə (ə) və o həzrətin (ə) Əhli-
beytinə (ə) olan maraq və sevgilərinin əsl səbəbini adət və təəssübdən uzaq duraraq
öyrənək istəməmişlər və ya dərin bir şəkildə düşünüb diqqət etməmişlər. Bir az
düşünüb diqqət etsəydilər, həqiqətə tez yetişərdilər.
Əgər bir kəs və ya bir cəmiyyət bir işi siyasət məqsədi ilə etmiş olarsa, o iş
müvəqqətidir; nəticə əldə edib hədəfə yetişdikdən sonra gəldikləri eyni yolla da
geri dönərlər. Onlar şiə kimi min il o əqidədə sabit qalmaz, bu yol uğrunda
canlarını verməz, şiə kimi bayrağını qanlarıyla qorumaz və «La ilahə illəllah
Məhəmmədun (s) Rəsulallah»dan sonra «Əliyyun (ə) vəliyyullah» kəlməsini
söyləyərək, iftixar etməzlər.
65
Ağaların icazəsiylə tarixin aydınlığa qovuşması, onların siyasət hicabı ilə
özlərini şiə göstərmədiklərini həqiqət, dəlil, bürhan və qəlbdən qaynaqlanan sevgi
ilə haqq olan şiə məzhəbini seçib, qəbul etdiklərini bilməyiniz üçün bütün millətlər
arasında iranlıların həzrət Əli (ə) və mütəhhər Əhli-beytinə (ə) olan sevgilərinin əsl
səbəbini qısaca hüzurunuza ərz edirəm:
Əvvəla, iranlıların ağıl və zəkaları, cəhalət, adət və təəssübün onlara mane
olmamasını, eyni zamanda haqq və həqiqəti tez idrak edib, səmimi qəlbdən bunu
qəbul etməyin vacib olduğunu bilmişlər. Çünki müsəlman ərəblərin əliylə İranın
fəth edilməsindən sonra müsəlmanların onlara tanıtdırdıqları müqəddəs İslam
dinini tam azad bir şəkildə qəbul etməklərində heç bir məcburiyyət və zorakarlıq
olmadı. Müsəlmanlarla həmsöhbət olduqdan sonra dəqiq bir araşdırma ilə İslamın
haqq olduğunu anlayıb, neçə min illik atəşpərəstlik və Məcusiyyət dininin batil
olduğunu müəyyən edərək, tam bir istəklə iki tanrıya – Əhrimən və Yəzdana olan
inanclarından üz çevirib, İslam dinini qəbul etdilər. Beləliklə, həqqaniyyəti sabit
edən dəlilləri şiə məzhəbinə, yəni həzrət Əlini (ə) təqib etməklə, əqli dəlillərə
bağlandılar.
Dar düşüncəli yazarların çoxunun iddialarının əksinə olaraq, iranlıların vilayət
məqamına olan bağlılıqları və onların Əmirəl-möminin həzrət Əliyə (ə) olan
sevgiləri Harun və Məmunun xilafəti dövründə olmamışdır; bu sevgi bilavasitə
Rəsulallahın (s) zamanında insanların qəlbinə yerləşmişdi. Çünki hər iranlı
Mədinəyə gəlib müsəlman olduqda, sahib olduqları xüsusi baxışları və zəkalarıyla
haqq və həqiqəti həzrət Əlidə (ə) görürdülər. Bax, bunun üçün Rəsulallahın (s) əmr
və rəhbərliyi ilə o həzrətin (ə) vilayətinin sağlam ipinə sarılırdılar.
İmanın bütün dərəcələrinə sahib olan Salman onların başında yer almışdı. Hər
iki firqənin nəql etdiyinə görə, Rəsulallah (s) onun haqqında belə buyurmuşdur:
«Salman biz Əhli-beytdəndir».
O, Əvvəl gündən «Salmani Məhəmmədi» ləqəbiylə məşhur oldu. Baxın, bu
Salman xalis şiələrdən, İmamın (ə) vilayətinə maraq göstərənlərdən və Səqifə
hadisəsinə qarşı ciddi bir şəkildə müxalif olanlardandır. Sizin öz kitablarınızda
nəql olan hədisin hökmünə görə, ona bağlanmaq hidayət yoluna tabe olmaqdır.
66
Salman Farsinin belə xalis şiə olmasının səbəbi həzrət Əli (ə) haqqında
eşitdiyi ayə və Rəsulallahın (s) sözləri idi. Çünki dəfələrlə Rəsulallahın (s) belə
buyurduğunu eşitmişdi:
« Əliyə itaət edən mənə, mənə itaət edən isə, Allaha itaət etmişdir; Əliyə
Dostları ilə paylaş: |