Otuz ikinci fəsil
Qərasi kəndi
Dəməşq-Hələb magistralına baxan əl-İmarə
təpəsi düşmənin işğalında olan Qərasi kəndinin
şimalında yerləşirdi. Qərasi kəndi bizim
çoxumuza acı xatirəni yada salırdı: Seyid
İbrahim həmin kənddə kəşfiyyat zamanı
şəhadətə qovuşmuşdu. Onun dəfələrlə təpənin
hündür
yerində
dayanıb
fikrə
getdiyini
görmüşdüm.
Üzünə
külək
əsir,
saçını
qarışdırırdı. Belə olanda uşaqlar onu fikrə
dalmağa
qoymur,
dövrəyə
alıb
zarafata
başlayırdılar.
252
– Bu şəhadət jestləri ilə bizi ələ salmısan?! Əşi,
birdəfəlik şəhid ol, canımız qurtarsın!
Seyid İbrahim də gülüb deyirdi:
– Mən şəhid olan deyiləm. Gedin işinizin
dalınca.
Çoxsaylı hücumlarla da əl-İmarə təpəsini ala
bilmədik. Qərara gəldik ki, torpaq istehkam
əməliyyatı ilə irəliləyək. Zirehli buldozerlər
istehkamı hər gecə 100 metr irəli aparırdı, canlı
qüvvə də dərhal arxasına doluşurdu. Qərargah
komandirləri hər gecə həmin təhlükəli yerlərdə
olur, işin irəliləyişini yaxından izləyirdilər.
İmam Hüseyn (ə) briqadasının bir batalyonu
da o istehkamın arxasına göndərilmişdi. Bölgədə
peşəkar ordu birləşmələri və digər batalyonlar
da vardı. Adətən batalyon bir yerə göndəriləndə
öz texnikasını, snayper, minaatan və digər
birləşmələrini
də
aparırdı.
Daha
yaxşı
əməkdaşlıqdan ötrü biz də belə etmişdik.
Briqadamızın ilk şəhidlərini orada verdik.
Topdaşıyan pikapların biri üç sərnişinlə birgə elə
ilk günlərdə Qərasi kəndindən atılan raket
atəşinə məruz qaldı, iki nəfər şəhid oldu, maşın
sıradan çıxdı.
253
Qərasi kəndini azad etməkdən ötrü İmam
Həsən (ə) briqadasının, Fatimeyi-Zəhra (ə)
briqadasının və Vətən müdafiəçilərinin iştirakı
ilə bir əməliyyat planlaşdırılmışdı. Əməliyyat
səhərin ala-toranlığında başlandı. Biz İmam
Həsən (ə) briqadasının ratsiya şəbəkəsini
dinləyirdik. Canlı qüvvə uğurla Qərasi kəndinə
girib qələbəsini elan etdi. Üç saatdan sonra isə
ratsiyadan
narahatedici
səs-küy
qopdu.
Fatimeyi-Zəhra
(ə)
briqadasının
komandir
maşını bir təpənin başına çıxmış və raketlə
vurulmuşdu. Əməliyyat komandiri dayanmadan
deyirdi: “Bizi qayçılayırlar”. Dərhal İmam
Hüseyn (ə) briqadasına həyəcan siqnalı verildi.
Yarım batalyon döyüşçü maşınlara minib
əməliyyat yerinə yola düşdü.
Vəziyyət sakitləşəndən sonra İmam Hüseyn
(ə) briqadasına qayıtmaq əmri verildi. Bu zaman
evlərin birinə raket düşdü və uşaqlarımızdan
ondan çoxu şəhadətə qovuşdu. Süleyman çox
narahat oldu və hirsləndi. Uşaqlara dəfələrlə
demişdi ki, belə şəraitlərdə bir yerə toplaşmayın,
bir-birinizdən aralı şəkildə geri qayıdın. Çünki
düşmən bir nəfərdən ötrü raket atmır, uzaqdan
254
bir toplantı gördükdə isə raketlərindən istifadə
edirdi.
İstehkam əməliyyatı ilə gecə ikən əl-İmarə
təpəsinin 500 metrliyinə çatdıq. Qərara alındı ki,
qalan ərazini piyada qüvvələr alsınlar. Bu
əməliyyat İmam Hüseyn (ə) briqadasına
tapşırıldı. Bölgənin coğrafi mövqeyinə görə tank
və BMP aparmaq mümkün deyildi. Buna görə
də, hücumçu bölüyümüzdən istifadə etdik.
Uşaqlar irəliləyəndən sonra ratsiyadan eşitdik ki,
düşmən onları gözləyirmiş. Onlar düşmənin
atəşi altında çox tezliklə ağır zərbələrə məruz
qaldılar, gecənin sonlarına qədər müqavimət
göstərdilər, təpəni almağa ümidləri vardı, geri
çəkilmə əmri verilməyincə qayıtmadılar.
Bu zaman biz hücum nöqtəsinə yerləşmişdik.
Bizim arxamızdan oraya yeddi mərmi atıldı,
uşaqlarımızın ikisi şəhid oldu. Mərmilər
özümüzünkülər tərəfindən yanlışlıqla atılmışdı.
Cəld kəndin içinə minaatanlarımızın yanına
getdik. Dedilər ki, biz atmamışıq. Süleyman bir-
bir lülələrə əlini vurdu; soyuq idi. Araşdıranda
öyrəndik
ki,
ordu,
Hizbullah,
Vətən
müdafiəçiləri və hər bir briqada öz minaatan
bölüklərini kəndə yerləşdiriblər. Biz də bir-bir
255
hamısına baş çəkib mərmiləri kimin atdığını
öyrənə bilmədik.
Bu, əl-İmarə təpəsində son əməliyyat oldu.
Gecə
istehkamı
əməliyyatı
ilə,
həmçinin
artilleriya və minaatan bölüklərinin köməyi ilə
düşməni tədricən təpədən çıxara bildik.
|