Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir


Sahibkarlıq fəaliyyətinin növləri və təsnifatı



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə18/101
tarix10.05.2022
ölçüsü2 Mb.
#115786
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   101
3.3. Sahibkarlıq fəaliyyətinin növləri və təsnifatı 
 
Sahibkarlıq  fəaliyyətinin  müxtəlif  cür  növləri  möv-
cuddur. Hər hansı biznes fəaliyyəti bu və ya digər dərəcə-
də  məhsul  və  xidmətlər  istehsalı,  mübadiləsi,  məhsulun 
bölgüsü və istehlakı ilə sıx bağlıdır.  Sahibkarlıq fəaliyyə-
tinin  aşağıdakı  növləri:  istehsal  sahibkarlığı,  kommersiya 
və  maliyyə  sahibkarlığı  fərqləndirilir.  Sahibkarlığın  adı 
çəkilən növləri bir neçə yarımnövlərə bölünür. Sahibkarlı-
ğın mövcud olan növ və yarımnövlərini aşağıdakı sxemdə 
göstərmək olar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sxem 1. Sahibkarlıq fəaliyyətinin növləri 
 
Sahibkarlığın növləri 
İstehsal 
Kommersiya 
Maliyyə 
 
Konsultativ 
İnnovasiya 
Xidmətlər  
göstərilməsi 
Elmi-texniki 
Məhsul istehsalı 
İstehlak məhsulları 
istehsalı 
İstehlak xidmətləri 
istehsalı 
İnformasiya 
Ticarət 
Alqı-satqı 
Ticarət- 
vasitəçilik 
Əmtəə 
birjası 
Bank 
Auditor 
Sığorta 
Lizinq 
Fond 
birjası 
Ümumi
 
idarəetmə 
Xüsusi 
xidmətlər 
Marketinq 
İnzibati 
İstehsal 
İnformasiya 
texnikası 
Kadr
 
idarəetməsi 
Maliyə
 
idarəetməsi 


 
 
54 
İstehsal  sahibkarlığı  fəaliyyətinin  ən  aparıcı  növü 
hesab edilir. Burada məhsul, əmtəə istehsalı həyata keçiri-
lir,  xidmətlər  göstərilir,  müəyyən  mənada  dəyər  yaradılır. 
Lakin  bazar  iqtisadiyyatına  keçid  şəraitində  bu  sferanın 
fəaliyyəti müəyyən uğursuzluğa məruz qalmışdır. Belə ki, 
təsərrüfat əlaqələri pozulmuş, maddi-texniki təchizat siste-
mi  zəifləmiş,  məhsul  satışı  kəskin  surətdə  aşağı  düşmüş, 
müəssisənin maliyyə vəziyyəti pisləşmişdir.  
Bazar iqtisadiyyatına keçidin ilk dövrlərində kommer-
siya sahibkarlığı daha geniş inkişaf etmişdir. Kommersiya 
sahibkarlığı alqı-satqı əməliyyatını əhatə edir. Sahibkarlığın 
bu  növündə  fəaliyyətin  nəticəsi  daha  tez  əldə  edilir.  Bu 
sfera son zamanlar fərdi və xüsusi sahibkarlığın inkişafı ilə 
əlaqədar  genişlənmişdir.  Burada  daha  çox  təşəbbüskar  in-
sanlar  fəaliyyət  göstərirlər.  Əgər  istehsal  sahibkarlığında 
müəssisənin  rentabelliyi  10-12%  həcmindədirsə,  kommer-
siya firmasında bu göstərici 20-30%  və daha çoxdur.  
Kommersiya  sahibkarlığı  daha  səmərəli  bir  növdür.  
Kommersiya  sahibkarlığının  ən  geniş  yayılmış  formaları 
kimi  əmtəə  birjaları  və  ticarət  təşkilatları  fərqləndirilir. 
Birjanın alver meydanında alqı-satqı ilə yanaşı, həm də sı-
ğorta  edilməsi,  veksellərin  alınıb-satılması  və  s.  bu  kimi 
məsələlər həll edilir. Dünya ticarət birjasının çiçəklənməsi 
dövrü London birjası başda olmaqla, XIX  əsrə düşür. Bu 
gün ən etibarlı və nüfuzlu birja Nyu–Yorkun Yoll-Strit kü-
çəsində yerləşən məşhur ticarət birjasıdır.  
Sahibkarlıq fəaliyyətinin növlərindən biri də maliyyə 
sahibkarlığıdır  (maliyyə-kredit).  Bu  fəaliyyət  sferasına 
tədavül və mübadilə daxildir. Maliyyə sahibkarlığı istehsal 
və kommersiya sahələrində formalaşır. Sahibkarlıq fəaliy-
yətinin  göstərilən  növlərindən  fərqli  olaraq,  maliyyə  sa-


 
 
55 
hibkarlığı  yüksək  rentabellik  normalarına  malik  olmur, 
onun səviyyəsi 5-10% həddində dəyişir.  
Ölkədə  pul  dövriyyəsi  ilə  sıx  əlaqədə  olan  maliyyə 
sahibkarlığı əsas yer tutur.  
Maliyyə  sahibkarlığının  fəaliyyətinin  əsas  sahələrini 
kommersiya bankları və fond birjaları təşkil edir. Adı çə-
kilən bu iqtisadi strukturlar həm də bazar münasibətlərinin 
ən mühüm atributlarındandır.  
Kommersiya  bankları  səhmdar  tipli  maliyyə-kredit 
idarəsi olub, kommersiya təşkilatlarının haqqı ödənilməklə 
kreditləşdirir, pul əmanətlərinin (depozit) qəbulunu həyata 
keçirir və müştərilərin tapşırığı ilə digər əməliyyatlar apa-
rır. Kommersiya banklarının gəlirlərinin əsas mənbəyi de-
pozitlərin  faiz  dərəcələri,  cəlb  edilmiş  vəsaitlər  ilə  ssuda 
vasitələri arasındakı fərqdən ibarətdir. 
Kommersiya banklarının əməliyyatları əsas etibarı ilə 
3  qrupa  ayrılır:  passiv  (vəsaitlərin  cəlb  edilməsi);  aktiv 
(vasitələrin  yerləşdirilməsi);  komissiyon  vasitəçilik  (müş-
tərilərin tapşırığı ilə müxtəlif əməliyyatlar). 
Kommersiya  banklarının  fəaliyyətlərinin  əsas  xüsu-
siyyətləri  müəssisələrin  vəsaitlərinin  cəlb  edilməsindən 
ibarətdir. Bu banklar kommersiya xarakteri daşıyaraq kre-
ditorlara pulları müəyyən müddətə və müəyyən faiz dərə-
cələri ilə verirlər. Kommersiya banklarının verdikləri kre-
ditlər bu və ya digər səbəbdən vaxtında qaytarılmalıdır.  
Bazar  münasibətlərinin  bir  sturukturu  və  maliyyə 
sahibkarlığının ən mühüm elementlərindən biri fond birja-

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin