Müəssisənin adi fəaliyyətindən daxil olan gəlirlərin
rolu böyükdür. Bu qəbildən olan gəlirlərə artıq qeyd olun-
duğu kimi istehsal edilmiş məhsulun, göstərilmiş xidmətin
və görülmüş işin satılmasından əldə edilən gəlirlər aid olu-
nurlar. Başqa sözlə, bu növ gəlirlər müəssisənin təsis olun-
ması məqsədilə birbaşa bağlı olan gəlirlərdir.
Müəssisənin gəliri, əsasən, həcmi satılmış məhsulun
miqdarından və qiymətindən asılı olaraq, satışdan daxil
olan pul vəsaiti vasitəsilə formalaşır. Deməli, satışdan gə-
lən pul vəsaitinin məbləğini müəyyən etmək üçün satılan
hər bir növ məhsulun bazar qiyməti onun sayına vurula-
raq, cəmlənir.
Qeyd etmək lazımdır ki, əgər müəssisənin gəliri
onun istehsal etdiyi məhsulun satışından məcmu pul vəsa-
itlərinin məbləğidirsə, mənfəəti həmin məcmu pul vəsait-
lərinin məbləği ilə məcmu istehsal xərclərinin fərqidir.
Müəssisənin icra etdiyi əməliyyatlardan daxil olan
gəlirlər. Bu qəbildən olan gəlirlərə aşağıdakıları aid edirlər:
287
- müəssisənin kənar təşkilata müvəqqəti istifadə üçün
verdiyi aktivlərə görə ödəniş haqqı kimi daxil olan gəlirlər;
- kəşflərə görə patent, sənaye məhsulu nümunələri və
digər intellektual mülkiyyət növlərindən istifadə hüququna
görə daxil olan gəlirlər;
- başqa təşkilatların nizamnamə kapitalında iştirak
etməkdən (faizlər də daxil olmaqla qiymətli kağızlardan)
daxil olan gəlirlər;
- müəssisənin başqa təşkilatlarla müştərək işgüzar
əməkdaşlığından əldə olunan gəlirlər;
- banklar tərəfindən müəssisəyə mənsub pul vəsaitlə-
rindən istifadəyə görə ödədiyi faizlər;
- istehsal əsas fondları və digər aktivlərin başqa təş-
kilatlara satışından daxil olan gəlirlər aid edilirlər.
Yuxarıda sadalanan gəlirlər – əgər onların əldə olun-
ması təşkilat üçün əsas fəaliyyət növü ilə bağlıdırsa – “adi
fəaliyyət növlərindən gəlirlər” hesab olunurlar. Bu qəbil-
dən olmayan təşkilatlar üçün isə belə gəlirlər “müəssisənin
icra etdiyi əməliyyatlardan gələn gəlirlər”–ə aid olunurlar.
Müəssisənin gəlir növlərindən biri də “məhsulların,
göstərilən xidmətlərin və görülən işlərin satılması ilə bağlı
olmayan gəlirlərdir”. Bu gəlirlərə müqavilə şərtlərini poz-
duqlarına görə “müqabil tərəflərin” öhdəlikləri, cərimələr,
dəbbələmə pulu, peniyalar; təmənnasız, o cümlədən müqa-
vilə əsasında bəxşiş kimi verilmiş aktivlər; başqa təşkilat
tərəfindən müəssisəyə vurulmuş ziyanın ödənilən məbləği;
keçən dövrə aid olan, lakin hesabat ilində aşkar edilmiş
mənfəət; iddia (isk) vaxtı keçmiş kreditor və deponent
borcların qaytarılmasından gələn gəlirlər aid olunurlar.
288
Nəhayət, fövqəladə hallarla bağlı olan gəlirlər.
Adından göründüyü kimi müəssisə üçün bu qəbildən olan
gəlirlər onun təsərrüfatçılıq fəaliyyətində baş verən fövqə-
ladə hadisələrlə bağlı daxil olan gəlirlərdir. Bunlara iqtisa-
di məzmunlarına görə mütləq mənada “gəlir” demək o qə-
dər də düzgün deyildir. Buraya yanğın, daşqın, qəza və di-
gər təbii fəlakət halları üçün ödənilən sığorta ayırmaları,
bərpası və istifadəsi mümkünsüz olan aktivlərin satılma-
sından əldə olunan pul vəsaitləri aid edilir.
Son illərdə dövlət müəssisələrində geniş istifadə
olunan və hesablanan gəlirin üç növü mövcuddur:
Ümumi, təsərrüfat hesablı və xalis gəlir növlərini
fərqləndirirlər.
Müəssisənin ümumi gəliri – onun iş nəticələrini sə-
ciyyələndirən mühüm iqtisadi göstəricilərdən biridir. Baş-
qa sözlə, müəssisənin ümumi gəliri onun sərəncamına da-
xil olan pul vəsaitinin əməyin ödənilməsinin vahid fondu-
nun və müəssisənin xalis gəlirinin yaradılmasına yönəl-
dilən hissəsidir. Məhsulun, sənaye xarakterli işlərin və sə-
naye fəaliyyəti balansında olan əsas istehsalın və yardımçı
təsərrüfatların xidmətlərinin görülməsindən götürülən qa-
zancdan əmələ gəlir; bu qazanca həmçinin müstəqil ba-
lansda olan özünün qeyri-sənaye təsərrüfatına məhsul rea-
lizə etməkdən və əmək kollektivinə pullu xidmətlər gös-
tərməkdən, götürülən qazanc da (məhsulun və xidmətlərin
istehsalına və satışına çəkilən maddi məsrəflər çıxılmaqla)
daxildir.
İstehsalın silinmiş və artıq qalmış əmlakın, əvvəllər
alınmış maddi dəyəri malların satışından əldə edilən qa-
zanc müəssisənin ümumi gəlirinin tərkibinə aid edilmir,
çünki onlar müəssisə fəaliyyətinin nəticəsi deyildir. Müəs-
289
sisənin ümumi gəlirindən müəyyən edilmiş miqdarda gəlir
vergisi ödənilir, bank kreditlərinə görə faizlər verilir, qa-
lan məbləğ isə müəssisənin sərəncamına keçir. Müəssisə-
nin ümumi gəliri əsasında təsərrüfat hesablı gəlir yaranır.
Müəssisənin təsərrüfat hesablı gəliri – əməyin ödənil-
məsi üçün müəssisənin tam sərəncamına daxil olan (büdcə
və digər öhdəlikləri yerinə yetirdikdən sonra) vəsait və
mənfəətin bir hissəsidir. Təsərrüfat hesablı gəlir müəssisə
kollektivinin istehsal və sosial inkişafının mənbəyidir. Tə-
sərrüfat hesablı gəlir müəssisədən götürülə və yenidən
bölüşdürülə bilər. Təsərrüfat hesablı gəlir hesabına əməyin
ödənilməsinin vahid fondu və digər maddi həvəsləndirmə
fondları yaradılır. Təsərrüfat hesablı gəlir təsərrüfat mexa-
nizminin yenidən qurulmasında, müəssisələrin təsərrüfat
müstəqilliyinin genişləndirilməsində və istehsalın son nəti-
cələrinin yaxşılaşdırılması üçün onların marağının və
məsuliyyətinin artırılmasında mühüm rol oynayır.
Müəssisənin xalis gəliri – müəssisə işçilərinin əməyi
ilə yaradılmış izafi məhsulun pulla ifadəsi olub, məhsulun
satış qiymətində hesablanmış dəyəri ilə tam maya dəyəri
arasındakı fərqi təşkil edir. Müəssisənin xalis gəliri onun
pul yığımı və dövlət büdcəsi gəliri mənbəyidir. Müəssisə-
nin xalis gəliri əməyin ödənilməsinin vahid fondu yaradıl-
dıqdan sonra qeyd etdiyimiz kimi müəssisənin ümumi gəl-
irinin yerdə qalan hissəsidir. Xalis gəlirin ümumi məbləğin-
də mənfəətin payı çoxdur və ona görə də müəssisənin
mənfəəti onun xalis gəliri formasında çıxış edir.
Dostları ilə paylaş: |