Maddi-enerji ehtiyatlardan səmərəli istifadə istehsa-
lın mənfəətliliyinin təmin olunmasında mühüm rol oyna-
yır. İstehsalın özünəməxsus xüsusiyyətlərindən asılı ola-
raq, istehsal xərclərində maddi-enerji ehtiyatlarının bu və
ya digər növlərinin xüsusi çəkisi xeyli fərqlənir, sənaye
müəssisələri isə müvafiq olaraq, material tutumlu, enerji
tutumlu, yanacaq tutumlu olur və s. Maddi-enerji resursla-
rından səmərəli istifadə edilməsi nəticəsində müəssisənin
əldə edəcəyi illik mənfəətin məbləği tapılır.
İstehsal xərcləri – məhsulun hazırlanmasına çəkilən
canlı və maddiləşmiş əmək məsrəflərinin məcmusunu xa-
rakterizə edir. İstehsal xərclərinin azaldılması hesabına
müəssisənin əldə edəcəyi illik mənfəətin məbləğini hesab-
lamaq üçün bazis və plan illərindəki məhsul vahidinin məs-
rəf norması (kq-la) material vahidinin topdansatış qiymə-
tinə və plan ilinə nəzərdə tutulan məhsulun sərfinə vurulur.
280
Məhsul vahidinin maya dəyərinin aşağı salınması
hesabına müəssisənin əldə edəcəyi illik mənfəətin məblə-
ğini hesablamaq üçün bazis ilində məhsulun topdansatış
qiymətindən məhsul vahidinin maya dəyərinin aşağı düş-
məsi hesabına həmin məhsulun topdansatış qiymətinin
azalmasına vuraraq 100%-ə bölürlər və onu faizlə müəy-
yən edirlər.
Yeni texniki istehsalın tətbiqi nəticəsində müəssisə-
nin əldə edəcəyi illik mənfəətin məbləğini hesablamaq
üçün məhsulun maya dəyərinin plan və bazis arasındakı
fərqi plan ildə buraxılan məhsulun sayına vuraraq, ondan
yeni texnikanın dəyərini çıxırlar.
Mənfəət bazar münasibətlərinin kateqoriyası kimi
aşağıdakı funksiyaları yerinə yetirir:
- firmanın fəaliyyəti nəticəsində əldə edilmiş iqtisadi
səmərəni xarakterizə edir;
- firmanın maliyyə resurslarının əsas elementidir;
- müxtəlif səviyyəli büdcələrin gəlir hissəsinin for-
malaşmasının mənbəyidir.
Zərər də müəssisənin fəaliyyətində müəyyən rol oy-
nayır. O, maliyyə vəsaitlərindən istifadə, istehsalın təşkili
və məhsulun satışı istiqamətində müəssisənin uğursuzluq-
larını göstərir.
Müəssisə və istehsal firmalarında mənfəətin öz kə-
miyyətinə, iqtisadi məzmununa və funksional təyinatına
görə dörd göstəricisi formalaşır. Bütün bu hesablamaların
bazasında müəssisənin istehsal-təsərrüfat və ya firmanın
istehsal – kommersiya fəaliyyətinin əsas göstəricisi olan
balans mənfəəti dayanır. Verginin hesablanması üçün xü-
susi göstərici – ümumi mənfəət, bunun əsasında isə vergi
tutulan və vergiyə cəlb edilməyən mənfəət hesablanır.
281
Vergilər və büdcəyə digər ödəmələr edildikdən sonra ba-
lans mənfəətinin qalan hissəsi xalis mənfəət adlanır. O,
müəssisənin fəaliyyətinin son maliyyə nəticəsini xarakteri-
zə edir.
Balans mənfəətinə üç əsas element:
a) məhsulun reallaşdırılmasından, işlərin yerinə yetiril-
məsindən, xidmətlərin göstərilməsindən, mənfəət (zərər);
b) müəssisənin əsas vəsaitlərinin və digər əmlakının
reallaşdırılmasından daxil olan mənfəət (zərər);
c) reallaşdırmadan (satışdan) kənar əməliyyatlarının
maliyyə nəticələri daxildir.
Məhsulun (iş və xidmətlərin) reallaşdırılmasından
mənfəət müəssisənin əsas fəaliyyətinin maliyyə nəticəsi-
dir. Reallaşdırmadan mənfəət reallaşdırmadan mədaxillə
(ƏDV-siz və aksizsiz) istehsal və reallaşdırma xərclərinin
(kommersiya maya dəyəri) fərqi kimi müəyyən edilir.
Müəssisənin əsas vəsaitlərinin və digər əmlakının reallaş-
dırılmasından mənfəət (zərər) özünün balansında olan əm-
lakın satışından əldə olunur.
Reallaşdırmadan kənar maliyyə nəticələrinə alınmış
və ödənilmiş cərimə, peniya və digər sanksiya növlərinin
saldosu, həmçinin hesabat ilində aşkar olunmuş keçmiş
illərin mənfəəti, keçmiş illərdə silinmiş debitor borclarının
ödənməsindən daxil olan məbləğ, müəssisənin hesabların-
da olan pul vəsaitlərinə görə ödənilən faizlər, digər müəs-
sisələrin nizamnamə kapitalında pay iştirakından gəlirlər,
qiymətli kağızlar üzrə gəlirlər və s. daxildir.
Büdcəyə vergilər və digər ödənişlər köçürüldükdən
sonra xalis mənfəət müəssisənin sərəncamına keçir. Müəssi-
sə həmin mənfəətdən öz nizamnaməsinə uyğun istifadə edir.
282
Mənfəət, yuxarıda qeyd edildiyi kimi, müəssisənin
xüsusi vəsaitlərinin formalaşmasının, onun gələcək inkişa-
fının başlıca mənbəyidir. Buna görə də maliyyənin plan-
laşdırılmasının ən mühüm məsələlərindən biri də mənfə-
ətin bölgüsü siyasətinin (yaxud divident siyasətinin) işlə-
dilməsidir.
Müəssisənin əldə etdiyi mənfəətdən istifadə onun
qaydada bölüşdürülməsini tələb edir. Hazırda müəssisənin
sərəncamında qalan mənfəətin müəssisə tərəfindən buraxı-
lan məhsulun maya dəyərinin tərkibinə daxil edilməyən
xərclərin ödənilməsində istifadə edilir. Həmin xərclərə
aiddir: müəssisənin təftiş komissiyasının və müəssisə ic-
laslarının keçirilməsi üzrə xərclər, nümayəndəlik xərcləri,
reklam xərcləri, yarmarka və sərgilərdə iştirak etməyə gö-
rə xərclər, idarəetmə sisteminin təkmilləşdirilməsi üzrə
xərclər, baş idarənin saxlanılmasına çəkilən xərclər, təhsil
müəssisələrinin saxlanılmasına çəkilən xərclər, qeyri-is-
tehsal sferasına çəkilən xərclər, məhsulun istehsalı ilə bila-
vasitə əlaqədar olmayan xərclər, mükafatlandırmaya çəki-
lən xərclər, pensiyalara edilən əlavələr, əlavə məzuniyyət-
lər üçün ödənişlər, rabitə xidmətinə çəkilən xərclər, sosial
məsələlərin həllinə yönəldilmiş xərclər və s.
Müəssisənin sərəncamında qalan mənfəətin bölgüsü-
nə əsas tələb ondan ibarətdir ki, onun istehlaka və yığıma
gedən hissəsi arasında optimal nisbət geniş təkrar istehsal
prosesini maliyyə resursları ilə təmin etsin.
Mənfəətin bölgü siyasəti işlənərkən məsələnin iki tə-
rəfi diqqət mərkəzində saxlanılır: bır tərəfdən, dividentlə-
rin (səhmlərə görə mənfəət payı, yaxud təsis payına uyğun
mənfəət payı və s.) verilməsi mülkiyyətçilərin maraqlarını
müdafiə etməlidir. Yüksək dividentlər müəssisənin inves-
283
torlar üçün cazibədar edir; digər tərəfdən isə, dividentlərin
maksimumlaşdırılması, yaxud mənfəətin daha çox hissəsi-
nin mülkiyyətçilər arasında bölgüsü istehsalın inkişafına
yönəldilən (təkrar investisiya) mənfəət payının azalmasına
gətirib çıxarır ki, bu da müəssisənin gələcək inkişafına
problemlər yaradır. Buna görə də mənfəətin bölgüsü siya-
səti bu iki məsələnin optimal əlaqələndirilməsi əsasında
qurulur.
Mənfəətin bölgüsünü, onun istifadəsinin əsas isti-
qamətlərini müəyyən edərkən, hər şeydən əvvəl, rəqabət
şəraitini nəzərə almaq lazımdır, çünki bu şərait müəssisə-
nin istehsal gücünü əhəmiyyətli dərəcədə artırmaq və təzə-
ləmək zərurətini diktə edə bilər. Buna uyğun olaraq, kapi-
tal qoyuluşlarını, dövriyyə vəsaitlərinin artırılmasını, elmi-
texniki tədqiqatların aparılmasını, yeni texnologiyaların
tətbiqini, mütərəqqi əmək metodlarına keçidi və s. maliy-
yələşdirmək üçün mənfəətdən ayırmaların miqyası müəy-
yənləşdirilir.
Dostları ilə paylaş: |