İstehsaldaxili təsərrüfat hesabı – müəssisənin tam tə-
sərrüfat hesabının tərkib hissəsi olub, müəssisənin struktur
bölmələrinin işinin səmərəliliyinin və keyfiyyətinin yük-
səldilməsində maddi maraqlı olmalarını təmin edir. İsteh-
saldaxili təsərrüfat hesabı müəssisənin tam təsərrüfat hesa-
bından fərqlənir: müəssisələrin bölmələrinə hüquqi şəxs
hüququ verilmir, onların bitkin mühasibat balansı olmur,
onlar üçün daha az miqdarda göstərici müəyyənləşdirilir.
İstehsaldaxili təsərrüfat hesabı prinsiplərinin tətbiqi
əsasında müəssisənin struktur bölmələrinin mənafeyi ilə
onun işçilərinin şəxsi mənafeyi əlaqələndirilir və beləliklə
də hər bir bölmənin ictimai tələbatın ödənilməsindəki töh-
fəsini müəyyənləşdirmək mümkün olur. İstehsaldaxili tə-
sərrüfat hesabı aşağıdakı prinsiplərin gözlənilməsini nə-
zərdə tutur: əmək, maddi və maliyyə resurslarından səmə-
267
rəli istifadə olunmasında müəssisənin struktur bölmələri-
nin operativ-istehsal müstəqilliyi; lazımi istehsal fondları-
nın bölmələrə təhkim edilməsi, onlar üçün tapşırıqların
müəyyən edilməsi; təsərrüfat fəaliyyətinin nəticələrinin
uçotu və onların qiymətləndirilməsi; tapşırıqların yerinə
yetirilməsinə görə bölmələrin iqtisadi məsuliyyəti; bölmə
işçilərinin maddi və mənəvi cəhətdən həvəsləndirilməsi.
Öz xərcini ödəmə prinsipi o deməkdir ki, müəssisə-
lər məhsul satışından əldə etdikləri pul vəsaitləri ilə özləri-
nin bütün xərclərini ödəməlidirlər. Xərclərin ödənilməsi o
halda təmin ola bilər ki, müəssisənin məhsul satışından əl-
də etdiyi pul vəsaiti istehsal xərclərindən çox olsun. De-
məli, öz xərcini ödəmə prinsipini rentabelli işləyən müəs-
sisələr təmin edə bilərlər.
Öz xərcini ödəmə prinsipinin daha da inkişafı özünü
maliyyələşdirmədir; bu şəraitdə müəssisə nəinki sadə,
həmçinin geniş təkrar istehsala çəkdiyi bütün xərclərini, o
cümlədən elm və texnikanın inkişafına, istehsalın texniki
təchizatına yenidən qurulmasına çəkilən xərcləri öz mən-
bələri hesabına ödəyir. Özünü maliyyələşdirmə şəraitində
müəssisələrin hüquqları genişləndirilir və iqtisadi məsuliy-
yəti gücləndirilir.
Müəssisənin maliyyəsi münasibətlər sistemindən
ibarət olub, onun vasitəsi ilə müəssisənin pul ehtiyatları
yaranır və onlardan istifadə edilir. Bir tərəfdən bunlar pul
münasibətləridir, çünki pulun fəaliyyəti (hərəkəti) ilə əla-
qədardır; digər tərəfdən isə pul gəlirlərinin və yığımları-
nın, eləcə də maliyyə fondlarının formalaşdırılması, bölüş-
dürülməsi və ondan istifadə edilməsi prosesində müəs-
sisələrdə meydana gələn qarşılıqlı iqtisadi münasibətlər
sistemidir. Deməli, maliyyə müəyyən pul münasibətləri
268
sistemindən ibarət olub, eyni zamanda istehsal-iqtisadi
münasibətlərin xüsusi formasıdır.
Ümumiyyətlə, maliyyə sistemi qarşılıqlı surətdə əla-
qədar olan iki hissədən: ümumdövlət maliyyəsindən və
müəssisə maliyyəsindən ibarətdir. Ümumdövlət maliyyəsi
dövlət səviyyəsindən sahə və ərazi miqyasında milli gəli-
rin bölüşdürülməsi və yenidən bölüşdürülməsi prosesinə
xidmət edirsə, müəssisənin maliyyəsi onların vasitələrinin
hərəkəti prosesinə xidmət etməklə maddi istehsal sferası-
nın daxilində fəaliyyət göstərir və müəssisə miqyasında is-
tehsalın inkişafına xidmət edir. Deməli, müəssisə maliy-
yəsinin əsasını maddi istehsal təşkil edir, çünki burada
əmək kollektivinin maddi və mədəni tələbatının ödənilmə-
sinin mənbəyi olan mənfəət yaradılır. Müəssisənin maliy-
yəsi özündən aşağıdakı münasibətləri əhatə edir: a) müəs-
sisə ilə onun işçiləri arasındakı münasibətlər (məsələn,
əmək haqqının ödənilməsi); b) müəssisə və onun struktur
bölmələri arasındakı münasibətlər; v) müəssisələrin bir-
biri ilə münasibətləri (məsələn, maddi-enerji resurslarının
alınması üzrə hesablaşmalar zamanı pul vəsaitlərinin hərə-
kəti); q) müəssisə ilə dövlət və digər özəl təşkilatlar ara-
sındakı münasibətlər (məsələn, bank kreditləri üçün faizin
verilməsi, gəlir vergisinin ödənilməsi və s.); d) dövlət
müəssisə ilə onun tabe olduğu yuxarı dövlət təşkilatı ara-
sındakı münasibətlər.
Müəssisə maliyyəsi aşağıdakı üç əsas funksiyanı yeri-
nə yetirir: birincisi, müəssisənin istehsal və digər fəaliyyət
növlərini pul ehtiyatları ilə təmin edir; ikincisi, istehsalın
və əmək kollektivinin tələbatının ödənilməsi prosesinin
fasiləsizliyini təmin etmək məqsədi ilə pul gəlirlərini bö-
lüşdürmək; üçüncüsü, müəssisənin istehsal-təsərrüfat fəa-
269
liyyətinə, resursların əmələ gəlməsi, bölüşdürülməsi və
istifadəsinə manatla maliyyə nəzarətini həyata keçirir.
Bazar iqtisadiyyatı şəraitində bütövlükdə müəssisə-
nin, onun təsisçilərinin və işçilərin maliyyə müvəffəqiyyə-
ti maliyyə resurslarının əsas və dövriyyə vasitələrinə, ha-
belə iş qüvvəsinin stimullaşdırılması vasitələrinə nə dərə-
cədə səmərəli və məqsədəuyğun transformasiyasında asılı
olur. İdarəetmənin bütün səviyyələrində (strateji, taktiki,
operativ) maliyyə resurslarının rolu bu və ya digər dərəcə-
də vacibdir, inkişaf planında bunlar xüsusi ilə mühüm
əhəmiyyət kəsb edirlər.
İstehsal müəssisələrin maliyyəsi digər funksiyaları
da yerinə yetirir:
- müəssisənin istehsal potensialının formalaşdırılması
və artırılması, onun optimal strukturunun təmin edilməsi;
- cari maliyyə-təsərrüfat və kommersiya fəaliyyətinin
təmin edilməsi;
- sosial siyasətin həyata keçirilməsində və əhalinin
rifah halının yüksəldilməsində təsərrüfat subyektinin isti-
rakının təmin edilməsi.
İndiki şəraitdə növlərinə və miqyaslarına, təşkilati-
hüquqi formalarına, fəaliyyət şərtləri və ölçülərinə görə re-
al diferensiasiyası onların müəssisənin idarə edilməsinin
müxtəlif təşkilati strukturlarının formalaşmasına səbəb
olur. Müəssisənin idarə edilməsinin bu və ya başqa təşki-
lati strukturuna uyğun olaraq idarəetmənin maliyyə-iqtisad
bloku – kiçik bir şöbədən tutmuş, idarə, şöbə, büro, qrup
və s. bu kimi struktur bölmələrindən ibarət mürəkkəb
kompleksə qədər çox müxtəlif formalarda təşkil olunur.
|