264
plan tapşırıqlarını nəinki tamamilə, hətta artıqlaması ilə
yerinə yetirə bilər. Əksinə, müəssisə öz maliyyə təsərrüfa-
tını pis təşkil edərsə, onun lazımi miqdarda xammal və
material almağa, fəhlə və qulluqçulara əmək haqqı vermə-
yə imkanı olmayacaq, bu isə öz növbəsində istehsalın ge-
dişinə mənfi təsir göstərəcəkdir.
Müəssisənin maliyyəsi texniki-sənaye-maliyyə planı-
nın yerinə yetirilməsi gedişini və onun nəticələrini əks etdi-
rir və eyni zamanda müəssisə tərəfindən öz plan tapşırıq-
larının müvəffəqiyyətlə yerinə yetirilməsini təmin etmək
üçün bir vasitədir. Müəssisə maliyyənin yardımı ilə işçi
qüvvəsindən və istehsal vasitələrindən
nə dərəcədə səmərəli
istifadə edilməsini obyektiv surətdə qiymətləndirmək, işdə-
ki nöqsanları və “zəif cəhətləri” vaxtında aşkara çıxarmaq,
ehtiyat mənbələrini aydınlaşdırmaq və istehsalın təşkilinin
yaxşılaşdırılması işində daha düzgün və səmərəli yolları
axtarıb tapmaq üçün imkanlar əldə etmiş olur.
İşin kəmiyyət və keyfiyyət göstəricilərindən asılı
olaraq, pul vəsaitinin daxil olması, pul xərclərinin
istehsal-
təsərrüfat fəaliyyəti ilə bilavasitə əlaqədar olması müəssi-
sənin və onun ayrı-ayrı həlqələrinin işinə manatla nəzarət
etmək üçün əsas təşkil edir.
Müəssisələrin bütün fəaliyyəti kimi maliyyə təsərrü-
fatı
da plan üzrə, təsərrüfat hesabı əsasında aparılır.
Təsərrüfat hesabı – təsərrüfat mexanizminin ən mü-
hüm tərkib hissəsi olub, müəssisələrin əmək kollektivləri-
nin dövlət plan tapşırıqlarının, ayrı-ayrı istehlakçıların si-
farişlərinin və bağlanmış təsərrüfat
müqavilələrinin yerinə
yetirilməsində və işin səmərəliliyinin və keyfiyyətinin
yüksəldilməsində maddi maraqlı olmalarına imkan verir.
Təsərrüfat hesabının iki növünü: müəssisənin
tam təsərrü-
265
fat hesabını və təsərrüfatdaxili (istehsaldaxili) təsərrüfat
hesabını fərqləndirirlər.
Tam təsərrüfat hesabı aşağıdakı
prinsiplərə əsaslanır:
a) müəssisənin təsərrüfat-operativ müstəqilliyi – o
deməkdir ki, müəssisənin fəaliyyətinə yuxarı idarəetmə
orqanlarının qarışmasına yol verilmir. Müəssisə onun sə-
rəncamında olan vəsaitdən özü müstəqil istifadə edir.
Dövlət tapşırığına, istehlakçıların sifarişlərinə və bağlan-
mış müqavilələrinə müvafiq olaraq, ona lazım olan maddi-
enerji resurslarını əldə edir (satın alır), müəyyən məhsulun
istehsalını təşkil edir və onu həyata keçirir və həmin
məhsulu müəyyən etdiyi qiymətlərlə realizə edir. Müəssi-
sələrin belə təsərrüfat-operativ müstəqilliyi təsərrüfat he-
sabının mühüm şərtlərindən biridir;
b) rentabellik – o deməkdir ki, normal işləyən müəs-
sisələr istehsal etdikləri məhsulun hazırlanmasına çəkdik-
ləri xərcləri həmin məhsulun satışından əldə etdiyi qazan-
cın hesabına ödəyir və öz vəsaiti hesabına dövlət büdcəsi
qarşısındakı öhdəliklərini yerinə yetirmək (gəlir vergisi
formasında) və geniş təkrar istehsalı həyata keçirmək üçün
kifayət
qədər mənfəət götürür;
c) müəssisələrin maddi maraqlılığı prinsipi – müəs-
sisələri, onların rəhbərlərini və bütün işçilərini məhsulun
istehsalı və reallaşdırılmasına dair tapşırıqların (sifarişlə-
rin, müqavilələrin) müvəffəqiyyətlə yerinə yetirilməsi,
əmək, maddi və maliyyə resurslarından qənaətlə istifadə
edilməsi, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala-
ta daha sürətlə tətbiq edilməsi, istehsalın rentabellik səviy-
yəsinin yüksəldilməsi üçün maddi cəhətdən maraqlandır-
maq yolu ilə təsərrüfat hesabında
geniş tətbiq olunur;
266
d) müəssisələrin maddi məsuliyyəti prinsipi – götü-
rülmüş öhdəliklərin yerinə yetirilməsi və itkisiz işləməyin
təmin olunması üçün müəssisənin tam məsuliyyət daşıma-
sında ifadə olunur. Məhsulun istehsalı və satışı üzrə tap-
şırığı (sifarişi, müqaviləni) yerinə yetirmədikdə, zay məh-
sul buraxılışına yol verildikdə, məhsulun keyfiyyəti aşağı
düşdükdə, boş dayanmalar və maddi-enerji resurslarından
səmərəsiz istifadə halları olduqda təsərrüfat hesablı müəs-
sisələrin gəlirləri azalır, çünki müəssisələr öz işlərinin
maliyyə nəticələri üçün dövlət və sifarişlər qarşısında mə-
suliyyət daşıyır;
e) müəssisələrin fəaliyyəti üzərində manatla nəzarət
prinsipi tələb edir ki, pul göstəriciləri vasitəsi ilə müəssi-
sənin və onun struktur bölmələrinin
işin keyfiyyəti və nəti-
cələri aydınlaşdırılsın, hər bir müəssisənin və onun işçilə-
rinin fəaliyyətinə iqtisadi cəhətdən təsir göstərilsin.
Dostları ilə paylaş: