163
halında da məxfiliyə təminat verir. Kriptoqafiyaya çoxlu kitablar, məqalələr,
fərmanlar həsr olunub. Yalnız qısa xülasə ilə kifayətlənək.
Şifrləmənin simmetrik və qeyri-simmetrik adlanan iki əsas üsulu fərqləndirilir.
Simmetrik şifrləmə üsulunda eyni açar (gizli saxlanılan) həm məlumatı şifrləmə, həm
də deşifrləmə üçün istifadə olunur. Olduqca effektiv (sürətli və etibarlı) simmetrik
şifrləmə metodları mövcuddur.
Simmetrik şifrləmənin əsas çatışmayan cəhəti ondan
ibarətdir ki, gizli açar həm
göndərənə, həm də alana məlum olmalıdır. Bu bir tərəfdən açarların göndərilməsi
problemini qoyur. Digər tərəfdən alan şəxs şifrlənmiş və deşifrlənmiş məlumatın
varlığı əsasında bu məlumatı konkret göndərəndən almasını sübut edə bilməz. Çünki
belə məlumatı o özü də generasiya edə bilər.
Asimmetrik metodda iki açar istifadə olunur. Onlardan biri,
gizli olmayan
(sahibinin ünvanı ilə birlikdə nəşr oluna bilər) şifrləmə üçün istifadə olunur, digəri
(gizli, yalnız alana məlum) deşifrləmə üçün istifadə olunur.
Asimmetrik metodların əsas çatışmayan cəhəti aşağı sürətli olmalarıdır. Buna
görə onlar simmetrik metodlarla birgə işlədilir. Məsələn, açarların göndərilməsi məsə-
ləsini həll etmək üçün əvvəlcə məlumat təsadüfi açarla
simmetrik şifrlənir, sonra bu
açarı alan tərəfin açıq asimmetrik açarı ilə şifrləyirlər, bundan sonra məlumat və açar
şəbəkə ilə ötürülür.
Diqqəti
ona yönəldək ki, asimmetrik metodlardan istifadə etdikdə, adresatın (ad,
açıq açar) cütünün əslliyinə zəmanətə malik olmaq lazımdır. Bu məsələnin həlli üçün
sertifikasiya mərkəzi anlayışı daxil edilir. Sertifikasiya mərkəzi adlar/açıq açarlar
sorğu kitabını öz rəqəm imzası vasitəsi ilə təsdiq edir.
Kriptoqrafik metodlar informasiyanın tamlığına etibarlı nəzarət
etməyə imkan
verir. Yalnız təsadüfi səhvlərə davam gətirməyə qadir olan ənənəvi nəzarət cəmlərin-
dən fərqli olaraq, gizli açarın tətbiqi ilə hesablanmış kriptoqrafik
nəzarət cəmi praktik
olaraq verilənlərin bütün mümkün hiss olunmayan dəyişilmələrini istisna edir.
Dostları ilə paylaş: