178
fiziologiyası tərəfindən öyrənilir. Tamamilə aydındır ki, informatika təliminə təkcə
müəyyən təfəkkür fəaliyyəti kimi baxıla bilməz. Təbiidir ki, İTM psixologiyada və
məntiqdə yeni kəşflər yaratmır, yalnız psixoloci və məntiqi tədqiqatların nəticə-
lərindən istifadə edir.
Məktəb informatika kursunun əsas vəzifələrindən biri olan şagirdlərdə
alqoritmik mədəniyyət formalaşdırılması üçün əsas elmi və propedevtik baza riyaziy-
yatdır.
İnformatika kursu riyaziyyatın alqoritmik və hesablama xəttini daha da inkişaf
etdirir, sistemləşdirir, konkretləşdirir və onu bitkin şəklə salır. "Alqoritm" və
"proqram" terminləri riyaziyyatda hələ informatika bir elm sahəsi kimi
formalaşmazdan əvvəl yaranmışdır. Bu sahələrdən olan fundamental biliklər riyazi
biliklərə çox yaxındır. Elə buna görə də riyaziyyat təlimi informatika kursunun əsas
anlayışlarının propedevtikasında həlledici rol oynayır.
İnformatika kursunun mühüm hissəsini təşkil edən hesablama texnikasının
element bazası haqqında məlumat əsasən yarımkeçirici tranzistorlara və maqnitli
materiallara əsaslanır. Yarımkeçirici materiallar prosessorun, məntiqi strukturların,
daxili yaddaş qurğularının konstruksiyalarında istifadə olunur: maqnitli materiallar isə
xarici yaddaş qurğularında çeviricilərdə, idarəedici mexanizmlərdə və s. informasiya
daşıyıcıları vəzifəsini yerinə yetirir. İTM kursu bunların öyrənilməsi zamanı
şagirdlərin fizikadan aldığı biliklərə əsaslanır.
Dostları ilə paylaş: