12
11. Tədris materiallarının öyrənilməsi üçün tövsiyələr
Təhsilalanlar tərəfindən sərbəst yaradıcılıq işləri seminar dərslərinə hazırlaşarkən,
yaradıcı tapşırıqlar yerinə yetirilərkən, imtahana hazırlaşarkən, referat, esse, yoxlama yazı
işləri, təqdimat və s. yazılarkən, məruzə hazırlanarkən, kurs və diplom işi yerinə yetirilərkən
həyata keçirilir.
Təhsilalanların sərbəst işləri tədris prosesinin mütləq hissələrindəndir. Bu, müxtəlif
mənbələrdən əldə edilən və dərin düşüncə qabiliyyəti tələb olunan bilik və bacarıqlara
yiyələnmə yolu ilə mənimsəmə fəaliyyətinin inkişafına səbəb olur.
Sərbəst mənimsəmə fəaliyyətinin yaranması təhsilalanların dərketmə prosesində
mənimsəmə ehtiyacları arasında meydana gəlmiş
ziddiyyətlərin və bunların həllinin öz
gücünə yerinə yetirilməsinin formalaşması motivləri ilə əlaqəlidir. Fənlərin tədrisi prosesində
sərbəst mənimsəmə fəaliyyətinin motivasiyasının artırılması və insan resurslarının idarə
edilməsi biliklərinə yiyələnməyə marağın artırılması üçün tədrisin ənənəvi və müasir (aktiv)
forma və üsullarından istifadə edilir.
Proqrama uyğun olaraq müəyyən mövzuda mühazirə oxunmayıbsa, həmin mövzu
seminar dərsində müzakirə edilə, təhsilalan əlavə tapşırıq ala və ya işin digər formada yerinə
yetirilməsi haqqında hesabat təqdim edə bilər.
Bundan əlavə, bir qayda olaraq, təhsilalanlara sərbəst şəkildə öyrənmək üçün
problemli məsələlərə aid olmayan və başa düşülməsi kifayət qədər asan olan mövzular təklif
edilir
Dostları ilə paylaş: