22
(həzəc-17 və həzəc-18) isə M. Ə. Sabirin şeirlərindən
müəyyən etmişik. M. Ə. Sabir bu qəlibləri hər dəfə eyni
şeirdə növbə ilə işlətmişdir. M. Ə. Sabirin bu qəliblərdən
istifadə etdiyi cəmi üç şeirinə rast gəlmişik (
bax,
M.Ə.Sabir, Hophopnamə. Bakı, “Yazıçı”-1992, səh.-240,
274, 279).
Ə. Cəfərin müəyyən etdiyi 266 variantda 92 növdən
74
qəlibi ona görə əsas qəlib kimi seçmişik ki, qalan
bütün növ və variant qəliblərinin demək olar ki, hər biri,
bu 74 qəlibdən yalnız birinci və ya sonuncu hecaya görə
fərqlənən “törəmə” qəliblərdir. Daha dəqiq desək,
“törəmə” qəliblər əsas qəliblərdən aşağıdakı xüsusiy-
yətlərinə görə fərqlənirlər:
-
Fə’ilAtün (
Dada-dahdah)
təfiləsi ilə başlayan
qəliblərdə birinci hecanın qısa əvəzinə uzun olması.
Azərbaycan əruzunda bu halın eyni şeirdə baş verməsi
bir qayda olaraq xəta syılmır. Məsələn, birinci hecası qısa
olan r
əməl-6 qəlibində yazılmış aşağıdaki beytdən bunu
görmək olar:
Dostları ilə paylaş: