tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz Testin çətinlik dərəcəsi: asan
İ
stinad: İ.Behbudov və başqaları. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-
1000 cavab. Bakı, 2017
67. Aşağıdakı bəndlərin hansında ancaq fərdi mühafizə vasitəsi göstərilmişdir?
A) Şleym, dəbilqə, distansiyalı idarəetmə
B) Kombinezon, çəkmə, əleyhqaz, işıqlandırma vasitəsi
C) Kombinezon, çəkmə, əleyhqaz, qulaqlıq
D) Əleyhqaz, qulaqlıq, dəbilqə, hava təmizləyən qurğu
E) Soyuducu və isidici qurğu, kombinezon, çəkmə, əleyhqaz
Testin çətinlik dərəcəsi: asan
İ
stinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 36
68. Texnoloji sistemlərdə baş vermış qaz partlayışlarının və yanğınların qarşısını almaq üçün
istifadə olunan bu avadanlığın adı nədir?
A) Alovtutucu
B) Membran
C) Alov söndürücü
D) Qoruyucu klapan
E) Tənzimləyici klapan
Testin çətinlik dərəcəsi: asan
İ
stinad: İstinad: N.Ə.Səlimova, T.İ.Aylarova. Sənaye təhlükəsizliyi. Bakı, 2014. Səh. 252
69. Növbədənkənar təlimat barədə müddəalardan hansı doğrudur?
A) Növbədənkənar təlimat - istehsalat prosesi dəyişdikdə, avadanlıqlar, qurğular və alətlər yeniləri
ilə əvəz olunduqda və ya onların təkmilləşdirilməsi nəticəsində əmək şəraiti dəyişdikdə keçirilir
B) Növbədənkənar təlimat -bütün fəhlələr, onların vəzifəsinə aid olmayan birdəfəlik işləri yerinə
yetirmək və ya yüksək dərəcədə təhlükəli şəraitdə işləmək üçün tapşırıq alarkən keçirilir
C) Növbədənkənar təlimat - fəhlələrlə iş yerində onlar sərbəst işə buraxılmazdan əvvəl, bir işdən
başqa işə və ya digər xassəli iş sahəsinə (istehsalat şəraiti dəyişəndə) keçirilir
D) Növbədənkənar təlimat - bütün fəhlələrlə və bəzi kateqoriyalı qulluqçularla onların təhsilindən,
ixtisas dərəcəsinən, bu və ya digər peşə üzrə iş stajından və tutduqları vəzifədən asılı olmayaraq
hər 3 aydan bir işlərin təhlükəsiz aparılması üzrə keçirilir