Ø
Kim ilə danışacağam: danışacağım adamla ortaq cəhətlərim nədir, onun ünsiyyət vərdişləri nələrdir, sizə qarşı münasibəti necədir, sizinlə danışarkən hansı taktikadan istifadə edir, müzakirə mövzusu nədir? Ø
Nə danışacağam: hər bir danışığın məqsədi olmalıdır, yəni bu məsələni müzakirə etməklə nəyə nail olmaq istəyirik. Ø
Necə danışacağam: ünsiyyətimizi dəqiq, səlis və mədəni qaydaları gözləyərək aparmalıyıq. İfadələrimizdə sadəliyə, konkretliyə fikir verməliyik. Təqdimatımız baxımlı olmalıdır. Qarşı tərəfin bizi nə dədərəcədə dinləmə istəyinin olub-olmadığını hiss etməli və bunu nəzərə almalıyıq. Mövzu:2 1. Azərbaycan dilində işgüzar üslubun mahiyyəti və xüsusiyyətləri. 2. İşgüzar üslubun xüsusiyyətlərini özündə əks etdirən çalışmalar və kommunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər. Rəsmi işgüzar üslub Azərbaycan ədəbi dilinin ən ənənəvi üslublarından biridir.
Bu üslub qanuna, sənədləşmə işlərinə (o cümlədən işgüzar yazışmalara), hüquq
münasibətləri sahəsinə xidmət edir. Obyektivliyə, ümumiləşdirməyə, təqdimatın
məntiqi təşkilinə, semantik aydınlığa, birmənalılığa və əminliyə meyl göstərir.
Rəsmi işgüzar üslub dövlətlə dövlət arasında, dövlətlə vətəndaşlar, vətəndaşlarla
vətəndaş arasında rəsmi sənədli əlaqə vasitəsidir. Bu üslubun hər bir mətni bir sənəd
xarakterinə malikdir. Buna görə rəsmi işgüzar üslub ciddi ifadə standartlarından
istifadə edir. Bu üslubun bütün mətnləri resept xarakterlidir və bütün üslublardan ən
mühafizəkarıdır. Digər üslublarda daim müşahidə olunan dil dəyişiklikləri burada
çox yavaş və nadir hallarda baş verir. Bu üslub bir neçə alt üsluba bölünür:
• diplomatik işgüzar üslub;