Mövzu 11: Şifahi, əyani, əməli təlim metodları.
Plan:
1.Şifahi təlim netodları: müəllimin şərhi, mühazirə, müsahibə, diskursiya,
kitab üzərin də iş;
2.Əyani təlim metodları: illüstrasiya və demonstrasiya;
3.Əməli təlim metodları: praktik işlər, çalışmalar, labarator məşğələlər.
Tədris prosesi təlimin
məzmununun, metodlarının və təşkili formalarının
vəhdətnin özündə birləşdiri. Ümumi mənada metod müəyyən məqsəd nail
olmağa yönəlmiş faliyyət sistemidir. Təlimin hər bir metodu müəllimin öyrədici
işini və şagirdlərin fəal təlim idraki fəaliyyətinin əhatə edir. Təlim metodları
bunlardır :
1.Şifahi təlim metodları –müəllimin şərhi, mühazirə, müsahibə, diskursiya,
kitab üzərində iş:
Şifahi təlim metodu aparıcı metod olub əyani və əməli metodlara zəmin yaradır.
Müəllimin canlı sözü, şərhi , izahı təhsil alanların qarşısında problemlər qayur
və onların həlli yollarının göstərməyə imkan verir. Şifahi təlim metod qısa
müddət ərzində böyük həcmdə informasiyanın çatdırılması, keçmiş, indki zaman
və gələcək haqqında fikirlərin çatdırılması məqamını yaradır. Şifahi təlim
metodlarının aşağıdakı növləri var:
1.Müəllimin şərhi 3 cür olur:
a) nağıletmə - müəllimin şərhi ;
b) müəllimin izahı;
c)məktəb mühazirəsi;
Nağıletmə -fakt və hadisələri canlı, emosianal tərzdə şagirdlərə çatdırmaqdır.
Müəllim nağıl edərkən ardıcıl, məntiqi, başa düşmülən tərzdə şagirdlərə
çatdırılmalıdır. Şərh zamanı təkcə dərslikdəki materiallarla kifayətlənməyib
təcrübədən, hadisələrnidən də nümunələr gətirilməlidir;
Izah etmək – fakt
və hadisələri təhlil edərək,(canlı, emosianal tərzdə) sübuta
yetirərək izah etməkdir. Izah zamanı problemlərin dəqiq və dürust həllinə və
mükəmməl əsaslandırmağa yönəldilməlidir. Izah zamanı mübahisəli
məqamlarda şagirdlərin iştiraki da mümkündür;
Məktəb mühazirəsi – müəllim tərəfindən elmi məlumatların çatdırılması ,
öyrənənlər tərəfindən dinlənilməsi, lazım gəldikdə qeydlər aparmaq bacarığına
yiyələndirir. Məktəb mühazirəsi şərhin monoloji formasıdır.
Dostları ilə paylaş: