Pedaqogika və Psixologiyanın əsasları (Mühazirələr)
Plan : 1.Təlimin sinif dərs sistemi; 2.Dərs təlimin əsas təşkili forması kimi; 3.Dərsə verilən müasir tələblər; 4.Dərsin quruluşu və tipləri; Təlimin təşkili foraları təlim prosesinin mühüm tərkib hissələrindən biridir.
Müəllim və şagirdlərin müəyyən zaman fasiləsindəki fəaliyyəti, onların
qarşılıqlı əlaqələri təlimin təşkili formalarında öz əksini tapmışdır. Təlimin
müxdəlif təşkili formaları olmuşdur (fərdi, qrup, daltonplan və s.). Təlimin əsas
təşkili forması dərsdir. Çünki , bilik, bacarıq və vərdişlər əsasən dərsdə verilir.
Dərs təlim və tərbiyənin əsas təşkili forması kimi məktəbin bütün fəaliyyətinin
mərkəzində durur. Dərs pedaqoji prosesi zəncir kimi biri – birinə bağlıyır.
Müəllimin biliyi, bcarığı, yaradıcı fəaliyyəti məhz dərsdə özünü göstərir. Yeni
pedaqoji təfəkkürün şəxsiyyətin ahəngdar tərbiyəsinin də əsas məhz dərsdə
qoyulur. Müasir dərs haqqında müxtəlif təsəvürlər formalaşsa da, yalnız
pedaqoji təfəkkürün və düşüncənin həlledici əhəmiyyətə malik olması əsas
sayılır. Dərs cədcəl üzrə tərtib olunur, sabit (şagird) öyrənənlər qrupu üçün
nəzərdə tutulur, tədris proqramına əsasən təşkil edilir və dərsdə vaxta ciddi əməl
olunmalıdır.
Beləliklə dərs- müəlimin rəhbərliyi altında sabit cədvəl üzrə keçirilən bilik,
bacarıq, vərdişlərlə silahlandıran və tərbiyə edən məcburi məşğələ formasıdır.
Dərsdə müəllimin fikir və hisslərini əks etdirir. Dərsdə öyrənənləri
fəallaşdırmağın mühüm vasitəsi heyrətdir, yəni maraqdır. Təfəkkür, yəni
düşündürməsi heyrətdən başlayır. Bunun üçün şagirdlərin qarşısında idraki
suallar qoymaq vacibdir: nə üçün? Nəyə görə? Səbəb nədir? Kimi suallar fikri
fəallığa təhrik edir. Axtarıcılıq, tapmaq, anlamaq, düşündürmək kimi əqli
fəallıqlarını artırır. Müasir dövrdə şagirdlərin elektron portallardan istifadə
etməsidə dərsin daha təkmilləşdirilməsinə və idrak qabiliyyətlərinin inkişafına
kömək edir.