SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3


SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə36/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   ...   32   33   34   35   36   37   38   39   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT
SOCIOLOGY. SOCIAL PSHYCHOLOGY. POLITICS 2022 Cild 2, N 3 
30-35 
 


~ 33 ~ 
Maddi təmizlik Adəm övladı doğulduğu gündən etibarən dünyasını dəyişənədək onu 
müşayiət edir və etməlidir. Ona görə Allahın peyğəmbəri (s) deyir ki: ―imkanınız çatan bütün 
vasitələrlə özünüzü təmizləyin. Allah-Təala islamı təmizlik üzərində qurub və Cənnətə yalnız təmiz 
şəxs gedəcəkdir‖. [3, 879] Belə ki, vücudunun paklığına riayət edən insan mələklərin alqışını 
qazanar. Aşağıdakı hədis bu həqiqəti bariz şəkildə göstərir: ―Bu bədənləri təmizləyin ki, ―Allah da 
sizi təmizləsin. Hansı bəndə gecə təmiz bədənlə yatsa, onunla paltarı arasında bir mələk yatar və 
gecənin hansı saatında o tərəf - bu tərəfə çevrilsə, həmin mələk deyər: Allahım! Bəndəni bağışla. 
Çünki o, təmiz bədənlə yatıb‖. [3, 878] 
İnsan duadan əvvəl qəlbən, ruhən və cismən duaya hazır olmalıdır ki, arzuları həyata keçsin. 
Bu səbəbdən əməl ediləsi şərtlərə diqqət yetirməlidir: 
a) Maddi təmizlik. Dua edənin dəstəmazı yoxdursa, dəstəmaz almalıdır, hətta muradı çox 
böyük və xüsusidirsə qüsl etməlidir. Bütün bunlar duaya verilən əhəmiyyəti göstərir və qəbul 
edilməsi üçün də olduqca önəmlidir. Lakin dəstəmazsız da dua etmək olar. [7, 39] 
b) Mənəvi təmizlik. Tövbə və istiğfar (bağışlanma) ilə təmizlənmək. 
c) Üzü qibləyə sarı tutmaq. Namazdan sonrakı dualarda olduğu kimi mümkün qədər üzü 
qibləyə sarı tutmalıyıq. Lakin bu şərtin icrası mütləq deyildir.
Duanın başlanğıcı və sonu. 
Duadan öncə çoxlu həmd-səna etmək (yəni Allahın əzəməti və böyüklüyünün tərifi) və 
Allah Rəsuluna (s) çoxlu salavat (dua) demək lazımdır. Bunları ərəbcə bilməyənlər azərbaycanca 
belə deyə bilərlər: ―Həmd (mədh, tərif, alqış) Aləmlərin Rəbbi olan Allaha məxsusdur. 
Peyğəmbərimizə (s), Onun ailəsinə və bütün əshabələrinə (yoldaşlarına, məsləkdaşlarına) salət 
(dua) və salam olsun.‖ [7, 42] 
Duanın əvvəlində olduğu kimi axırında da bu dualar deyilməlidir. Çünki Allah-Təala 
salavatları hökmən qəbul edir. Beləliklə, iki salavatın arasında edilən dua da onların hörmətinə 
qəbul olunur.
Duaya salavatla başlamaq döydüyümüz qapının önündə duran və qapının açarlarını əlində 
tutan şəxsə salam vermək kimidir. [7, 41] 
Peyğəmbərimizin (s) salavat və salam haqqındakı mübarək sözləri aşağıda verilmişdir:
―Qiyamət günü insanlardan mənə ən yaxın olanlar, mənə ən çox salavat gətirənlərdir‖. 
―Kim mənə salavat gətirsə, Allah-Təala o şəxsi on qat bağışlayar‖. 
―Cümə günü mənə daha çox salavat gətirin. Çünki sizin salavat və salamlarınız mələklər 
vasitəsilə mənə çatdırılır‖. [8, 76] 
Dua edən insan cisminin təmizliyinə-geyiminə, xarici görünüşünə diqqət etməklə bərabər, 
bəzi xüsusları da nəzərə almalıdır: 
a) Əlləri səmaya qaldırıb ovucları açaraq dua etmək. Əlləri yuxarı qaldırmaq Allahın qüdrət 
əlinin üstünlüyünü xatırlamaq üçündür. Ayrıca olaraq duada əllərin yuxarı qaldırılması ―təabbüdi‖ 
əmrlərdəndir, yəni Allah Rəsulu (s) bu şəkildə dua etdiyi üçün biz də belə dua etməliyik. 
Bir hədisdə peyğəmbərimiz (s) belə buyurmuşdur: 
―...Allahdan ovuclarınızın içi ilə istəyin, çölü ilə (arxası ilə) deyil. Duanı bitirəndə də 
ovuclarınızı üzünüzə çəkin.‖ [7, 42] Duanın axırında da əlləri üzümüzə, bərəkətə səbəb olsun deyə 
çəkirik. Beləcə dua ilə əllərə enmiş mərhəməti üzümüzə çəkmiş oluruq. 
b) Dua vaxtı gözləri göyə dikməmək. ―Bəzi insanlar namazda gözlərini göyə dikərək dua 
etməkdən əl çəksin. Yoxsa Allah onların gözlərini kor edər.‖ Hədisdən bəlli olur ki, Allah Rəsulu 
(s) bu cür dua etməyi qadağan etmişdir.
c) Uca səslə dua etməmək. Dua və zikri, yəni ibadətləri uca səslə etmək doğru deyil. 
Dinimiz bu cür davranışları düzgün qarşılamır. Allah qəlbimizdən keçən ən gizli hisslərdən 
xəbərdar olduğu halda ona uca səslə ibadət etmək, çağırıb-bağırmaq ixlasın (səmimiyyətin) 
riyakarlığa, duanın şikayətə çevrilməsinə səbəb olar. [7, 43] 
İnsanı həyatı boyu müşaiyət edən sınaqlar, çətinliklər və bəlalar onun ruhani aləminin 
sarsılmasına, psixoloji durumunun tənəzzül etməsinə və qəlbinin ümidsizlik xəstələyinə mübtəla

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin