M. C. AtakiŞİyev n. M.ŞIXƏLİyeva r. N. NurəLİyeva maliYYƏ menecmenti (Dərslik)


 Dövriyyə vəsaitləri və kreditor borclarının nisbiliyi üzrə həllər



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə29/55
tarix22.03.2023
ölçüsü0,96 Mb.
#124247
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   55
kitabyurdu org-maliyye-menecmenti

6.4. Dövriyyə vəsaitləri və kreditor borclarının nisbiliyi üzrə həllər 
Dövriyyə vəsaitlərinin idarə edilməsinin iki aspekti dövriyyə vəsaitlərini nə cür 
maliyyələşdirilməsi və ləğv edilən aktivlərin payı öyrənildi. Bu iki aspekt qarşılıqlı 
asılıdırlar. Başqa amillərin daimilik şəraitində likvid aktivlərin böyük həcmində firma 
öz dövriyyə vəsaitlərini qısamüddətli ssudalar hesabına maliyyələşdirə bilər. Digər 
tərəfdən firma dövriyyə vəsaitlərini sadə səhmlərin köməyi ilə tam maliyyələşdirirsə 
likvidliyi saxlamağa ehtiyac olmur. Odur ki, dövriyyə vəsaitlərinin idarə edilməsinin iki 
aspekti birlikdə öyrənilməlidir. 
Əgər pul vəsaitlərinin gələcək daxilolmaları məbləği dəqiq məlumdursa, firma 
borcun ödənilməsi qrafikini vəsaitlərin daxil olması qrafiki ilə uyğunlaşdıra bilər. 
Nəticədə mənfəət maksimum olacaq və az gəlir gətirən likvid aktivləri saxlamağa 
ehtiyac olmaz. Xüsusi vəsaitlərin daxilolma məbləğləri dəqiq müəyyən edilmədikdə 
maliyyə direktoru ödəniş qabiliyyətinin olmaması ehtimalını aydınlaşdırmalı və 
ssudanın təminat dərəcəsinə görə ondan qaçılmağı planlaşdırmalıdır. 
Firma ssudanın təminat dərəcəsini belə hallarda saxlaya bilər:
1) likvid aktivlərin payının artırılması; 
2) maliyyələşdirmə müddətlərinin uzadılması. 
Birinci halda vəsaitlər azmənfəətli aktivlərə qoyulur, ikinci halda isə firma 
ssudalar üzrə faizləri onlara ehtiyac olmadığı halda ödəyir. 
Bundan başqa faizlər üzrə gözlənilən məsrəflər uzunmüddətli maliyyələşmədə 
qısamüddətliyə nisbətən çox olur. 
Ssudanın uyğun təminat dərəcəsi haqqındakı həllə risk və mənfəətlilik və maliyyə 
direktorunun riskin nəzərə alınması şərti ilə münasibəti təsir edəcəkdir. Ssudanın 
əlverişli təminatı, pul vəsaitlərinin çatışmazlığı kəmiyyəti ilə ölçülə bilər. Bu zaman pul 
vəsaitlərinin çatışmazlığı nəticəsində gözlənilən məsrəflərlə imtina ediləcək mənfəət 
müqayisə edilir. 
Pul vəsaitlərinin əskikliyinin gözlənilən kəmiyyəti müəyyən əskikliklə əlaqədar 
olan məsrəflərin onların əmələgəlmə ehtimalına vurulmasıdır. Tutaq ki, 10% ehtimal 
olunur ki, əskiklik 50000 m. və 5% - 100000 m. olacaqdır. Əgər pul əskikliyi ilə 
əlaqədar məsrəflər 10000 və 25000 m. olarsa, gözlənilən məsrəflər 0,10 x 10000 =1000 
və 0,05 x 25000 = 1250 m. olacaqdır. Pul vəsaitlərinin əskikliyi şəraitində gözlənilən 
məsrəflərin ümumi məbləği 2250 man. olacaqdır. 


50 
Əlverişli həll, pul vəsaitləri əskikliyinin gözlənilən kəmiyyətinin aşağı düşməsi 
və bu həllin yerinə yetirilməsi dəyərinin alternativi ilə müqayisə olunmaqla tapıla bilər. 
Həll o vaxt optimal hesab edilə bilər ki, son alternativ dəyər pul vəsaitlərinin gözlənilən 
əskikliyinin son həddinə bərabər olsun. Bu yanaşmanın mürəkkəbliyi pul vəsaitlərinin 
əskik kəmiyyətini qiymətləndirməyin çətinliyindən ibarətdir. Firmanın kredit 
qabiliyyətinin pisləşməsi və onun müəyyən öhdəçilikləri ödəyə bilməməsi hiss edilmir 
və onları dəqiq hesablamaq olmur. 
Bütün bu mürəkkəbliklər, maliyyə direktoruna imkan verir ki, pul vəsaitlərinin 
əskikliyinin müxtəlif imkanları ilə əlaqədar məsrəfləri hesablayaraq sonradan riskin 
mümkün səviyyəsini müəyyən etsin. 
Hər bir həll likvidliyin artması, kreditləşmə müddətinin uzadılması və ya onların 
kombinasiyaları firmanın mənfəətliliyinə təsir göstərir. Verilmiş risk səviyyəsi üçün 
maliyyə direktoru daha az «baha» həll seçib, onu yerinə yetirə bilər. Digər tərəfdən 
maliyyə direktoru ən «baha olmayan» həlləri riskin müxtəlif səviyyələri üçün seçə bilər. 
Sonra isə ssudanın təminatı dərəcəsindən asılı olaraq mümkün riski seçə bilər. Əgər 
firma pul vəsaitlərinə kəskin ehtiyac olduqda kredit ala bilərsə, o zaman mənfəətdən 
imtina etmək məsələsinə baxılmalıdır. Firmanın borc almaq imkanı artdıqca, ssudanın 
təminat dərəcəsi azalır. Kompaniya bir neçə kredit və ya avtomatik kredit alması 
haqqında danışıq apara bilər ki, tez pul almaq imkanı olsun. Kompaniyanın belə 
kreditləri almaq imkanı olduqda, hazırlıq məsrəflərini (kompensasiya qalıqları, faiz 
məbləği) başqa variantların dəyərləri ilə müqayisə etməlidir. Əlbəttə, şərtsiz pul
vəsaitlərinin alınması məbləğinin məhdudiyyəti vardır. Odur ki, firma, bu bölmədə 
öyrənilmiş prinsiplərə uyğun olaraq, müəyyən dərəcədə ssudaların təminatına malik 
olmalıdır.


51 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin